İncil və Tövratda hz. İsa (ə.s)-ın yer üzünə dönüşü

Daha əvvəlki hissələrdə hz. İsa (ə.s)-ın gəlişi mövzusunun xristianlıq üçün çox əhəmiyyətli olduğunu ifadə etmişdik. Bunun səbəbi Kitabı Müqəddəsi meydana gətirən Əhdi-Ətiq (Tövrat və yəhudilərin digər müqəddəs yazıları) və Əhdi-Cədid (dörd İncil və digər risalələr) Axırzaman ilə əlaqədar şərhlərin olmasıdır. Xüsusilə hz. İsa (ə.s)-ın gəlişi mövzusu İncil mətnlərində əhəmiyyətli yer tutur.

Tövrat və İncildə gələcəkdə olacaq hadisələrlə əlaqədar müxtəlif izahlar edilmişdir. Bilindiyi kimi, indiki Tövratda hz. İsa (ə.s)-ın adı keçmir, ancaq hz. Davud soyundan qurtarıcı bir Məsihin gələcəyi bildirilir. Ayrıca Tövratın bəzi hissələrində az da olsa son zamanlarda olacaq olan hadisələrdən bəhs edilməkdədir. İncildə isə hz. İsa (ə.s)-ın ikinci gəlişi, bu müqəddəs hadisənin işarələri və son zamanlar haqqında çoxlu sayda izaha rast gəlmək mümkündür.

Quran ayələrində bizlərə Tövrat və İncilin zaman ərzində təhrif edildikləri və bu səbəblə də müxtəlif səhv inanclar olduqları xəbər verilir. Yəni bu kitablarda haqq hissələr ola biləcəyi kimi insanlar tərəfindən əlavə olunmuş, səhv məlumatlar da var. Bu səbəblə də Tövrat və İncildə yer alan izahları Quran ayələriylə və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə uyğun olduqları ölçüdə qiymətləndirmək lazımdır. Ancaq aşağıdakı nümunələrdə də görüləcəyi kimi Axırzaman və hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişiylə əlaqədar xəbərlərin böyük bir qismi, İslami qaynaqlarla böyük paralellik göstərir.

Tövratda Hz. İsanın insanlara peyğəmbər olaraq göndərilməsinə dair işarələr olduğu kimi, Axırzamandakı ikinci dəfə gəlişinə dair ifadələr də mövcuddur. Ancaq Yəhudilərin böyük qisimi Hz. İsanı göndərilən Məsih olaraq qəbul etməmiş, ona digər peyğəmbərlərdən bəzilərinə etdikləri kimi böyük əziyyətlər vermişlər.

Allah Bəqərə surəsində bu şəkildə buyurmaqdadır:

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi? (Bəqərə surəsi, 87)

Məsih olaraq Hz. İsanı qəbul etməyən Yəhudilər, gələcəyini ümid etdikləri “həqiqi Məsih”i hələ də gözləməkdədirlər.

Xristianlar həm Tövratı, həm də İncili özlərinə qaynaq müqəddəs kitab olaraq gördüklərindən son zamanlarla əlaqədar mövzuları bu iki kitabı birlikdə şərh edərək açıqlamaqdadırlar. İncil araşdırıldığında, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlişinin təməl mövzulardan biri olduğu görülür. Bu açıqlamalarda hz. İsa (ə.s)-ın gəlişindən əvvəl və sonra meydana çıxacaq təbiət hadisələri, ictimai hadisələr izah edilir. İndiki vaxtda Peyğəmbərimiz (s.ə.v)-in də hədislərində təfərrüatlı olaraq bildirdiyi bu əlamətlərin çoxunun əvvəlki zamanlara müqayisədə diqqət çəkici tərzdə ortaya çıxdığına şahid olunur. Maraqlı olan bəhs olunan işarələrin biri və ya ikisinin deyil, demək olar hamısının bir-biri dalınca indiki vaxtda ortaya çıxmasıdır. Beləcə içində yaşadığımız zamanın Axırzaman olduğunu, başda İslami qaynaqlara görə, həm də Tövrat və İncilə əsaslanaraq söyləmək mümkündür.

Tövratda vəd edilən Məsih

Tövratda gələcəyi vəd edilən, gəlişi və edəcəkləri haqqında bir çox məlumat verilən “Məsih”, Quranda da ifadə edildiyi kimi, Hz. İsadır. Gözlənilən adam üçün, “Məsih” sözü xaricində, Məlik, Rəbb (əfəndi-təlimçi), Menahem kimi fərqli sifətlər istifadə edilmişdir.

Tövratda Məsihin gəlişindən bəhs edilərkən onun dünyada quracağı hakimiyyətə tez-tez toxunular. Millətlərə hökm etməsi, Hz. Davudun soyundan olması və ona bənzəməsi (Hz. Davud da öz zamanında gedə bildiyi bütün bölgələrdə hakimiyyət qurmuşdu) Məsihin təməl xüsusiyyətlərindəndir. Lakin Hz. İsa ilk gəlişində müharibələr etməmiş, yalnız peyğəmbərliyini insanlara açıqlamış, möcüzələr göstərmiş və Allahın ona vəhy etdiyi mesajları təbliğ etmişdir. Bu vəziyyətdə Tövrat izahlarının bir qisminin Məsih İsanın ikinci gəlişinə baxdığını söyləmək mümkündür.

Məsih ilə əlaqədar Əhdi-Ətiqdə (Tövrat və digər müqəddəs yazılar) çox sayda izah vardır. Hamısına burada yer verilməmiş, lakin fikir verməsi məqsədiylə bir neçə nümunə göstərilmişdir:

… Rəbb dünyanın uclarına hökm edəcək; və kralına qüvvət verəcək, və Məsihinin qüvvətini yüksəldəcək. (I Samuel 2: 10)

Və kralların günlərində göylərin Allahı əbədi olaraq xarab olmayacaq bir krallıq quracaq və onun hakimiyyəti başqa bir qövmə buraxılamayacaq və bu krallıqların hamısını O parçalayacaq və bitirəcək, və Özü əbədi olaraq dayanacaq. (Daniel, 2: 44)

Budur, özünə dəstək olduğum qulum… Ruhumu onun üzərinə qoydum; millətlər üçün haqqı meydana çıxaracaq. Qışqırmayacaq və səsini yüksəltməyəcək və onu küçədə eşitdirməyəcək. Əzilmiş qamışı qırmayacaq, və tüstüləyən fitili söndürməyəcək, haqqı həqiqətə çatdıracaq. Və dünyada haqqı gücləndirənə qədər zəifləməyəcək və cəsarəti qırılmayacaq və adalar onun şəriətini gözləyəcəklər… Mən, Rəbb, səni düzgünlüklə çağırdım, və əlini tutacağam, və səni qoruyacağam, və kor gözləri açasın, dustaqları zindandan, və qaranlıqda oturanları həbsxanadan çıxarasan deyə səni qövmə əhd, millətlərə işıq olaraq verəcəyəm. (İşaya, 42: 1-7)

Tövrat izahlarından, gələcək olan Məsihin, onunla mübarizə edəcək bütün rəhbərliklərə qarşı üstün gələcəyi aydın olmaqdadır. Bu mübarizəsinin nəticəsində əzilmiş, kor, qaranlıqlarda, zindanda olaraq təsvir edilmiş insanlıq aləminə həqiqətləri göstərərək onları işığa qovuşduracaq.

Digər xüsusiyyətləri də belə izah edilmişdir:

Və onun zövqü Rəbb qorxusunda olacaq; Və gözlərinin gördüyünə görə hökm etməyəcək, və qulaqlarının eşitdiyinə görə qərar verməyəcək; lakin kasıblara ədalətlə hökm edəcək, və məmləkətin alçaqları üçün düzgünlüklə qərar verəcək… (İşaya, 11: 3-4)

Hz. İsanın ikinci gəlişindəki hakimiyyəti əsnasında necə hökm edəcəyinə bağlı bu Tövrat izahları Quranda tərifi edilən peyğəmbər xüsusiyyətləriylə də böyük uyğunlaşma göstərməkdədir: Hz. İsa ədalətli, doğru qərar verən, sözləri çox təsirli və hikmətli, Allaha sadiq rəhbər olacaq. Bu xüsusiyyətlərə sahib üstün bir hökmdarın əli ilə Allah yer üzündə hüzur və sülhün yaşanmasını nəsib edəcək.

Tövratda Allahın varlığı və birliyinə olan imanın hakim olacağına dair bunlar izah edilməkdədir:

“Və o gün baş verəcək ki işıq olmayacaq, işıldayanlar qaralacaq; lakin Rəbbin bildiyi bir gün olacaq; gündüz də olmayacaq; gecə də ola bilməyəcək və baş verəcək ki, axşamlanın işıq olacaq və o gündə baş verəcək ki, Yerusəlimdən (Qüds) diri sular çıxacaq onların yarısı şərq dənizinə, yarısı qərb dənizinə axacaq; yayda da qışda da belə olacaq. Və bütün dünya üzərində Rəbb kral olacaq; o gün Rəbb bir, və adı bir olacaq.” (Zəkəriyya, 14: 6-9)

Dəccalın Hz. İsa tərəfindən öldürülməsindən sonra Allaha şirk qoşan fikir sistemləri də tamamilə sona çatacaq. Tövrat izahlarında da bu açıqca görülməkdədir. Tövhid inancı bütün dünyaya hakim olacaq.

Tövratda bu dövrün digər xüsusiyyətlərini izah edən bir çox bənzətmələr edilmişdir:

“Və qurd quzu ilə birgə oturacaq, və qaplan oğlaqla birlikdə yatacaq; və buzov və gənc aslan və yaxşı bəslənmiş davar da bir yerdə olacaq; və onları kiçik bir uşaq qoruyacaq. Və inəklə ayı otlanılacaq; onların balaları birlikdə yatacaq; və aslan davar kimi saman yeyəcək. Və əmzikdəki uşaq qara ilanın yuvası üzərində oynayacaq və süddən kəsilmiş uşaq əlini gürzənin üzərinə qoyacaq. Bütün müqəddəs dağımda zərər verməyəcəklər və həlak etməyəcəklər; çünki sular dənizi necə örtürsə, dünya da Rəbb bilgisi ilə dolu olacaq.” (İşaya, 11: 6-9)

Bu təsvirlər Hz. İsanın ikinci gəlişindən sonra hədislərdə tərifi edilən Qızıl dövrün xüsusiyyətləri ilə də çox böyük bənzərlik göstərməkdədir.

Hz. İsa (ə.s)-ın yer üzünə ikinci gəlişi ilə əlaqədar İncil açıqlamaları

Hz. İsa (ə.s)-ın dönüşünə bağlı İncilin 210 hissəsində 318 fərqli izah vardır. Aşağıda bəzilərinə yer verəcəyimiz bu izahlarda hz. İsa (ə.s)-ın Allah Qatına alınması və yer üzünə geri gələcəyinə dair çox açıq ifadələr var:

… Sizdən göyə alınan bu İsa, göyə çıxdığını necə gördünüzsə, eyni şəkildə geri gələcəkdir. (Elçilərin İşləri, 1: 11)

Bunun üçün sizə, “ Budur Məsih çöldədir” desələr getməyin. “Baxın, içəri otaqda” desələr inanmayın. Çünki Insan oğlunun gəlişi, şərqdə çaxıb qərbə qədər hər tərəfdən görülən şimşək kimi olacaq. (Matta, 24: 26-27)

Bunun üçün siz də hazır olun! Çünki Insan oğlu, ümid etmədiyiniz bir saatda gələcəkdir. (Matta, 24: 44)

Mübarək və tək Hökmdar, kralların Kralı, Rəblərin Rəbbi, ölümsüzlüyün tək sahibi. …heç bir insanın görmədiyi və görə bilməyəcəyi Allah, Məsihi təyin olunan zamanda ortaya çıxaracaq. Qürur və qüdrət sonsuza qədər Onun olsun. Amin. (1 Timoteyə, 6: 15-16)

Bundan belə, düzgünlük tacı mənim üçün hazırdır. Ədalətli hakim olan Rəbb, o gün bu tacı mənə və tək mənə deyil, Onun gəlişini həsrətlə gözləyənlərin hamısına verəcək. (2 Timoteyə, 4: 8)

Allahın bu müjdəsi bütün xalqlara bir şahidlik olmaq üzrə bütün dünyada eşitdiriləcək və o zaman gələcəkdir. (Matta, 24: 14)

“O zaman insan oğlunun əlaməti göydə görünəcək. Yer üzündəki bütün xalqlar ağlayacaq. İnsan oğlunun göydəki buludlar üzərində böyük güc və görkəmlə gəldiyini görəcəklər.” (Matta, 24: 30)

“Mələklər “Ey Cəliləlilər, niyə göyə baxırsınız?” deyə soruşdular. Sizdən göyə alınan bu İsa, göyə getdiyini necə gördünüzsə, eyni şəkildə geri gələcəkdir.” (Həvarilərin İşləri, 1: 11).

“Və oradan Qurtarıcı olan … İsa Məsihi gözləyirik.” (Filipililərə, 3: 20).

“Budur, buludlarla gəlir! Hər göz onu görəcək….” (Vəhy, 1: 7)

Qardaşlar, çoxbilmişliyə qapılmanızın qarşısını alacaq bu sirdən xəbərsiz qalmanızı istəmirəm: İsraillilərdən bir hissəsinin ürəyi, digər xalqlardan xilas olacaq olanların sayı tamamlanana qədər həssaslığını itirmişdir. Nəticədə bütün İsrail xilas olacaq. Yazıldığı kimi: “Qurtarıcı, Siyondan gələcək və Yaqubun soyundan tanrısızlığı uzaqlaşdıracaq.” (Romalılara, 11: 25-26)

Əncir ağacından dərs alın! Budaqları cücərib, yarpaqları yaşıllaşanda, yay mövsümünün yaxın olduğunu anlayarsınız. Eyni şəkildə, bütün bunların reallaşdığını gördüyünüzdə bilin ki, İnsan oğlu (İsa) yaxındır, qapıdadır. (Matta, 24: 32-33)

Daha əvvəl də vurğuladığımız kimi hz. İsa (ə.s)-ın ikinci gəlişiylə meydana gələcək İslam əxlaqının bu hakimiyyəti, ədalətin, zənginliyin, gözəl əxlaqın hakim olduğu bir dövr olacaq. Bu mövzuda İncilin müxtəlif hissələrində verilən məlumatlardan bəziləri bunlardır:

Nə xoşbəxt həlim olanlara; çünki onlar yerə mirasçı olacaqlar. (Matta, 5: 5)

Bunun üçün siz belə dua edin: …Hakimiyyətin gəlsin. (Matta, 6: 9-10)

İnsanlar şərqdən-qərbdən, şimaldan-cənubdan gələcək və Allahın Hakimiyyətində süfrəyə oturacaqlar. Və sonuncu olan bəziləri birinci olacaq, birinci olan bəziləri də sonuncu olacaq. (Luka, 13: 29-30)

Hz. İsa (ə.s)-ın ikinci gəlişi və bu dövrdə yaranacaq din əxlaqının dünya hakimiyyəti ilə əlaqədar izahlarda İslam dini ilə xristianlıq və yəhudilik arasında böyük uyğunlaşma olduğu açıqdır. Bu uyğunlaşma, üç dinin mənsublarının da önəmli gözləmə içində olmalarına vəsilə olmuşdur. Məhz indiki dövr, bu möcüzənin reallaşmasının ən çox gözlənildiyi və bəlkə də ən yaxın olduğu dövrdür. Bu isə bütün inananları şövqləndirəcək böyük müjdədir.