İncəsənət və dekorasiya anlayışı

Quranda ifadə edilən cənnət təsvirlərinin insan ruhuna ən çox zövq verəcək şəkildə diqqət

Quranda ifadə edilən cənnət təsvirlərinin insan ruhuna ən çox zövq verəcək şəkildə diqqət çəkdiyini bilər və dünya şərtlərində bu gözəlliyi xatırladan dekorasiya yaratmağa çalışar. Sırf dəb olduğu üçün müəyyən şablonlar arasında sıxışmaq məcburiyyətində olmadığını bilər. Tarix boyunca gəlmiş keçmiş bütün mədəniyyətlərin incəsənət anlayışlarından istifadə edə bilər və onların geridə qoyduqları bütün incəsənət əsərlərindən ilham ala bilər.

Ağıllı bir insanın dekorasiya etdiyi mühitdə yaşamaq həm çox zövqlü həm də çox rahatdır. Seçilən materiallar incəsənəti əks etdirməklə yanaşı, insan sağlamlığı baxımından da ən gigiyenik, ən komfortlu, ən asan təmizlənə bilən və ən uzun ömürlü olacaq şəkildə təşkil edilmişdir. Məsələn sırf gözəl olacaq deyə, sağlamlığa zərər verə biləcək bir qoxu, ya da bənzəri bir maddə ehtiva edən heç bir materialı istifadə etməz. Bunun yerinə eyni gözəlliyi fərqli materiallarla da əldə edə bilər.

Bütün bunlarla yanaşı dekorasiyada həmişə yenilik edə bilər. Eyni materiallarla eyni məkanda bir-birindən tamamilə fərqli və bənzərsiz olan yüzlərlə ayrı dekorasiya meydana gətirə bilər. Yaşadığı yerin dekorasiyasının monotonlaşmasına heç bir şəkildə icazə verməz. Kiçik, ya da böyük bəzi dəyişikliklərlə yaşadığı mühiti davamlı olaraq gözəlləşdirər.

Ağılla edilən dekorasiyada, gözə xoş gəlməyən heç bir şey olmaz. İşıq və səs nizamı, rəng seçimi insan gözünü və ruhunu ən rahatladacaq və ən zövq verəcək şəkildə olar.

Dekorasiyada simmetriyaya əhəmiyyət verər. İnsan gözünün simmetriyadan alacağı zövqü və əksində meydana gələcək qarışıqlığın həm gözə, həm də ruha verəcəyi yorğunluğu ağlı ilə hesablaya bilər.