İmanı tam olaraq mənimsəyənlər bir tərəfdən dinə yönələrkən, Kamil iman sahibləri Quranı həyatının hər anında özlərinə rəhbər edərlər. Eyni şəkildə, səmimiyyətsiz insanların imanları müəyyən şərtlərə bağlı ikən, Kamil iman sahibləri qeyd-şərtsiz iman edərlər.
Şərtli iman edənlər ancaq nemət içində olduqlarında və bütün hadisələr onların istədiyi kimi baş verdiyində dinə sadiq qalar və gözəl əxlaqı təqlid edə bilərlər. Ancaq nemətlərdə azalma olduğunda, ya da hər hansı çətinliklə qarşılaşdıqlarında asanlıqla din əxlaqından uzaqlaşa bilər və sədaqətini poza bilərlər.
Kamil iman sahibləri isə Allaha olan inancında və sədaqətində daimidirlər. Bunun əsl səbəbi onların “qəti olaraq” iman etmələridir. “Qəti iman etmək”, Allahın və axirətin varlığına ağlı, qəlbi və vicdanı ilə qəti olaraq qavramasıdır.
Quranda, “O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman edir, axirətə də şəksiz-şübhəsiz inanırlar.” (Bəqərə surəsi, 4) ayəsi ilə də iman edənlərin bu xüsusiyyəti vurğulanır.
