İnsan çətinlik, yaxud sıxıntı yaşadığı zamanda iki fərqli səs eşidir. Bunlardan biri fədakarlığı, cəsarəti, gözəl əxlaqı və hər zaman Allahın dilədiyi şəkildə davranmağı əmr edən vicdanının səsidir. Bu səsi dinləyən şəxs Allahın razılığının ən çoxunu tapar, səbri və təvəkkülü seçər. İkinci səs isə “Yusif” surəsinin 53-cü ayəsində də bildirildiyi kimi, pis işləri əmr edən nəfsin səsidir. Bu səs insana üsyanı, eqoistliyi və qorxaqlığı pıçıldayır. Bu səsi dinləyənlər isə böyük itkiyə məruz qalır və nəfsə təsir edən şeytanı özlərinə dost tuturlar. İnsanların nəfsə uyaraq nələri itirəcəklərini anlamaq üçün şeytanın onlar üzərindəki təsirinin necə olduğunu da bilmək lazımdır. Quranda bu mövzuda ətraflı məlumat verilir və inananlar şeytanın tələsinə qarşı xəbərdar edilir.
Ayələrdə də bildirildiyi kimi (Əraf surəsi 16-18, İsra surəsi 62-64), şeytan insanları doğru yoldan ayırmaq üçün hər cür yolu sınayır, şükür etmələrinə və gözəl əxlaq göstərmələrinə mane olmağa çalışır. Bunun nəticəsində də insanların böyük hissəsini öz tərəfinə çəkir. Nəfs də şeytanın insanları aldatmaq və doğru yoldan ayırmaq üçün istifadə etdiyi səsdir. Buna görə də çətinlik qarşısında insana hər zaman öz mənfəətini düşündürür, fədakarlığı, şəfqəti və mərhəməti pis və çətin göstərir (Bəqərə surəsi 168-169).
Buna görə də müsəlmanlar çətinlik, sıxıntı yaxud müsibətlə qarşılaşdıqda dərhal vicdanın səsini dinləməlidirlər. Çünki iki seçimdən biri şeytanın tərəfdarlarının yoludur. Bu yolda eqoistlik, mənfəət, öz rahatlığını istəmək, ikiüzlülük, yəni pis əxlaqa aid bir çox xüsusiyyət vardır. Digəri isə saleh möminlərin yoludur. Müsəlmanlar vicdanlarının səsini dinləyər və yaxşı yolu seçərlər.
I … “İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!” (Muhəmməd surəsi 21) ayəsində də bildirildiyi kimi, gözəl əxlaq qətilik tələb olunduğu zamanlarda göstərilməlidir. Çünki insanların böyük hissəsi çətinlik anlarında göstərilən sədaqətin üstün əxlaq xüsusiyyəti olduğunu bilir və belə vəziyyətlə qarşılaşdıqlarında sadiq və güclü olacaqlarına dair and içirlər. Lakin çətinlik anındakı davranışları əvvəlcə verdikləri vədləri ilə eyni olmaz.
Ən kiçik çətinlik qarşısında belə pis əxlaq göstərə bilər, kobudlaşa bilər, sevgi və şəfqət kimi duyğulardan uzaqlaşıb kin və qəzəblə hərəkət edə bilərlər. Təvəkkülsüz, üsyankar, zalım ola bilərlər. Buna görə də belə zamanlar güclü olanlarla gücsüz olanların bir-birindən ayrıldığı, pis əxlaqın ortaya çıxdığı, imanı zəif olanların özlərini büruzə verdiyi dövrdür. Bu zəif insanlar daha sonra inkarçılara meyllənib onlarla birlikdə müsəlmanların əleyhində fəaliyyət göstərirlər. Bunun kimi nümunələr səmimi və güclü imana sahib müsəlmanların dəyərini qat-qat artırır.

