İmtahanda iman və vicdanın əhəmiyyəti

Çətinlik fərq yaradır

Çətinliyin olması vacibdir, yəni başqa insanlarla müqayisədə fərq yaratmaq üçün. Bu bir yarışdır. Necə ki, maneələrlə qaçış yarışı var. Başqa insanlar olmadığı zaman rahat şəkildə qaçacaq. Amma maneə olduqda, insan üçün çətinlik yaranır. Məsələn, 5.000 metr məsafəyə qaçışda çətinlik çəkir. Ancaq qalib gəldikdə sevincdən nəfəsi kəsilmiş kimi olur. Birinci olur. Məhz bu cür yarış çətinliklər, xəstəliklər tələb edir. Yoxsa yarış da olmazdı. Hamı eyni səviyyədə olardı. Bu yarış bunun üçündür.

Amma bu yarış bəzi insanların əleyhinə olur. Ağlı zəif olanlar düşünürlər ki, bu maneələr onların əleyhinədir. Allahın əleyhinə düşünürlər. Ağlını itirir. Halbuki o imtahan insanın özünü tanıması üçün vacib şərtdir. Başqa yol yoxdur. Və yarışmanın başqa bir yolu da yoxdur. Məsələn, alimlər, ilahiyyatçı hocalar vardır televiziya kanallarına çıxırlar. Amma o, yarışda uduzmuşdur. İlahiyyat professorudur amma əksəriyyəti deistdir. İctimaiyyətdən gizlədirlər. Onlar Allahı açıq-aşkar inkar edirlər. Danışıq üslubundan aydın görünür.

Məhz bu yarışın dəyəri burada ortaya çıxır. Elmlə olsa yarışı qazanar. Yəni elmlə olsa bu cür adama yetişmək mümkün deyil. Adamın böyük elmi karyerası var. Amma imanı və vicdanı zəif olduğuna görə yarışı qazana bilmir. Məsələn, dağdakı çoban yarışı qazana bilər. Cahil çoban onun yanından asanlıqla keçə bilər. Ancaq alim, 30 il oxuyub. Quranı, hədisləri, fiqhi əzbər bilir, amma imanı və vicdanı zəif olduğu üçün dağdakı cahil bir çoban onu çox asanlıqla keçər. İmtahanın xüsusiyyəti budur. Əziyyətin, çətinliyin faydası budur. Çətinliklərin faydası budur. Yoxsa o alim hamını keçərdi.

Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər. (Ali İmran surəsi, 114)