İmanın və inkarın insanların üzlərinə və dərilərinə əks olunması Allahın Quranda bildirdiyi sirlərdən biridir. Allah bir çox ayəsində iman edənlərin üzlərində nur, inkarçıların üzlərində isə qaranlıq zillət olduğunu bildirir:
Onlar cəhənnəmin qarşısına gətirildiklərində zillətdən boyunlarını bükərək göz ucu ilə gizlin-gizlin baxdıqlarını görərsən… (Şura surəsi, 45)
Yaxşı işlər görənlər üçün ən gözəl mükafat (cənnət) və daha da artığı (Allahı görmək) vardır. Onların üzünü nə bir toz, nə də bir zillət bürüyər. Onlar cənnət əhlidirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə etdikləri pis işlər qədər cəza verilər və onları zillət bürüyər. Heç kəs onları Allahdan qoruya bilməz. Üzləri sanki gecənin bir hissəsi ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 26-27)
Allahın bu ayələrdə bildirdiyi kimi, inkarçıların üzündə zillət və bir qaraltı vardır. Bunun əksinə möminlərin üzləri isə nurludur. Allah onların, üzlərindəki səcdə izindən tanındıqlarını bildirir:
Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir… (Fəth Surəsi, 29)
Allah başqa ayələrində də inkarçıların və günahkarların simalarından tanındıqlarını bildirir:
Günahkarlar simalarından tanınar, kəkillərindən və ayaqlarından yaxalanarlar. (Rəhman surəsi, 41)
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 30)
Bir insanın imanına və ya təqsirli, günahkar olmasına görə üzündə fiziki dəyişikliklər meydana gəlməsi Allahın böyük möcüzəsi və Quranda bildirdiyi əhəmiyyətli bir sirdir. Mənəvi hisslər, fiziki olaraq bədəndə təsir meydana gətirməkdə, o insanın bütün xətləri eyni qalmasına baxmayaraq üzündəki ifadəsi dəyişməkdə, üzünə aydınlıq və ya qaranlıq gəlməkdədir. Ətrafına iman gözü ilə baxan bir insan, Allahın insanlarda meydan gətirdiyi bu möcüzəsini, Allah diləsə görə bilər.

