İman gətirənlərə nəsib olan elm

Möminlər Quranı çox yaxşı bilən, Qurandakı hikmətləri yadda saxlayaraq həyatının hər anında

Möminlər Quranı çox yaxşı bilən, Qurandakı hikmətləri yadda saxlayaraq həyatının hər anında gözəl əxlaq yaşamağa səy göstərən, Peyğəmbərimizin həyatını nümunə götürən şəxslərdir.

Dünya həyatının əsl üzünü bilib, həqiqi həyatı olan axirət üçün hazırlıq görən möminin Allaha qarşı olan qorxusu və sevgisi çox dərindir. Dərin iman sahibi olan möminlərdə dərin ağıl, fərasət, bəsirət meydana gələr. İman gətirənlərə nəsib olan bu elm onları Allahın məmnun olmadığı bütün pis davranışlardan, düşüncələrdən uzaq tutar. Unutduqları və yanıldıqları hər hansı bir şey üçün və ya etdikləri səhv hərəkətlərə israr etməzlər, dərhal səhvini düzəltmək üçün səy göstərərlər. Allah Quranda möminlərə belə buyurur:

O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər. O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) bilərək israr etməzlər. (Ali İmran surəsi, 134-135)

İnsan qəflətə düşə bilən, unudan, yanıla bilən, səhv edə bilən bir varlıqdır. Hər an bir çox mövzuda yanlış düşünə, səhv qərar verə, düzgün olmayan rəftar göstərə bilər. Buna görə də, Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük bir lütf, çox böyük bir nemətdir. Səhv edən mömin dərhal səhvindən ibrət götürməli, peşman olub doğruya yönəlməli, vaxt itirmədən Uca Allaha sığınaraq və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməlidir.

Böyük İslam alimi İmam Qəzali həqiqi elm sahiblərinin Uca Allaha olan dərin bağlılıqlarını “Zəlalətdən hidayətə” adlı əsərində belə izah etmişdir:

“Əsl alim günahı ancaq yanılmaq kimi edər. O günah işləməkdə əsla təkid etməz. Çünki həqiqi elm günahın öldürücü bir zəhər, axirətin də dünyadan daha xeyirli olduğunu öyrədəndir. Bunu bilən kimsə daha xeyirli olanı daha pisə dəyişməz. Bu elm insanların çoxunun məşğul olduğu müxtəlif elmlərlə əldə edilməz… Həqiqi elm isə sahibində Allaha qarşı vahimə və qorxunu artırar. Bu qorxu özü ilə günahları arasına girər. Ancaq bəşərin xilas ola bilmədiyi səhvlər müstəsnadır. Bunlar imanın zəifliyini göstərməz. Mömin səhvlərə düşsə də, çox tövbə edəndir. Günah işləməkdə təkid etməz. (İmam-ı Qəzali, “Zəlalətdən hidayətə”, səh. 95)

Möminlər səhv etməməyə, Allahın sərhədlərini qorumağa çox diqqət göstərərlər. Eyni şəkildə səhvlərdən sonra tövbə edib sonsuz mərhəmət sahibi Uca Allahdan bağışlanma diləmək də çox üstün bir mömin xüsusiyyətidir.