İman edən alimlər: Dr. Allan Sendeyc

Allan Sendeyc ən məşhur amerikan astronomlarındandır. Sendeyc dünyanı Allahın yaratdığına inanırdı və bunu etiraf edirdi. O, 1998-ci ildə üz qabığında “Elm Allahı tapır” başlıqlı yazı yayımlanmış “News week” jurnalına verdiyi müsahibəsində inancı ilə bağlı belə demişdir:

“Məni bu qənaətə gətirən şey dünyanın elmlə izah olunmayacaq qədər mürəkkəb olması idi. Yaradılışın sirlərini ancaq imanla anlaya bilərəm”. (News week, 27 iyul 1998, səh.46)