İllüminatların inqilab planları

Məbədçi ənənənin masonluğa çevrilməsində, bəzi yan məhsullar da ortaya çıxdı. Qızılgül-Xaçlar bunların biri idi. Bir başqası isə, gizli tarixinin ən mübahisəli təşkilatlarından biri olan İllüminatlar (Aydınlanmışlar) dərnəyi idi. Almaniyanın cənubundakı Bavyera bölgəsində qurulduğu üçün “Bavyera aydınlanmışları” olaraq da bilinən dərnək, masonik ideallara uyğun siyasi nizamı inqilab yoluyla qurmaq məqsədini daşıyırdı. Monarxiyalara və kilsəyə şiddətlə düşmən olan İllüminatlar, Adam Veyshaupt adlı hüquq professoru tərəfindən qurulmuşdu. Adam Veyshaupt, təşkilatın məqsədlərini bu şəkildə sıralamışdı:

1) Bütün monarxiyaların və nizamlı hökumətlərin ləğv edilməsi,

2) Şəxsi mülkiyyət və varisliyin ləğv edilməsi,

3) Ailə həyatı və evlilik təşkilatının ləğv edilməsi və uşaqlar üçün kommunal təhsil sisteminin qurulması,

4) Bütün dinlərin ləğv edilməsi. (Eustace Mullins, The World Order: Our Secret Rulers, səh. 5)

“The Encyclopedia of Occult”un bildirdiyinə görə, Almaniya içində getdikcə güclənən İllüminatlar hərəkəti, bütün masonik ayinləri tətbiq etməklə birlikdə, ənənəvi mason lojalarından ayrı quruluşda idi. Veyshaupt, təşkilata qatılan yüzlərlə intellektual üzərində böyük nüfuz qurmuşdu. Təşkilat üzvlərinin yalnız çox az bir hissəsini, “Böyük ustad”la, yəni Veyshauptla üz-üzə görüşə bilirdi. 1780-ci ildə Alman mason lojalarının ustadlarından olan Baron Von Kniggenin iştirakıyla, təşkilatın gücü yaxşıca artdı. Veyshaupt və Knigge, Almaniyada, din və monarxiya əleyhinə inqilab hazırlığına girişdilər. Lakin hökumətin vəziyyətdən xəbərdar olması üzərinə, İllüminatlar ustadları Veyshaupt və Knigge, təşkilatı dağıdıb normal mason lojalarına qatılmağa qərar verdilər. Birləşmə, 1784-cü ildə reallaşdı.

Gizli tarixçilər tərəfindən qəbul edildiyinə görə, Fransız İnqilabında rol oynayacaq olan bəzi inqilabçıların arasında, Babeuf kimi İllüminati mənşəlilər də əhəmiyyətli yer tuturdu. (Lewis Spence, The Encyclopedia of the Occult, səh. 223)

İllüminatlar, xüsusilə din düşmənliyi ilə ön plana çıxan təşkilat idi. İngilis tarixçi Maykl Hovardın ifadəsiylə, təşkilatın Böyük ustadı olan Veyshaupt, təşkilatı dinə qarşı “patalojik nifrət” duyurdu. (Michael Howard, The Occult Conspiracy, səh. 63) Bu nifrəti, siyasi inqilabla tətbiq etməyə çalışdılar. Müvəffəqiyyətli ola bilmədilər, ancaq hədəflədikləri inqilab, Fransadakı “qardaşları” tərəfindən hazırlandı və həyata keçirildi. Bu, məşhur Fransız İnqilabı idi.