Allah Nisa surəsinin 70 və 71-ci ayələrində belə buyurur: “Bu lütf Allahdandır. Hər şeyi bilən olaraq Allah yetər! Ey iman edənlər, tədbirinizi alın və dəstə-dəstə, yaxud hamılıqla (cihada) çıxın!”. Beləliklə, Allah bütün iman əhlinə xitab edir. İstər İslamı təbliğ edərkən, istərsə də onu müdafiə edərkən aparılan mübarizədə ya hissə-hissə, ya da bütövlükdə hərəkət etmək əmr olunur. Bu, İttihad-ı İslamın (İslam Birliyinin) vacibliyinə bir dəlildir; bütün İslam aləmi birlikdə və toplu şəkildə fəaliyyət göstərməlidir.
Bu lütf Allahdandır. Hər şeyi bilən olaraq Allah yetər! (Nisa surəsi, 70)
Nisa Surəsinin 72-ci ayəsində Allah belə buyurur: “Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər”, yəni işi yubadan, hələ vaxt var deyib tələsməyənlər çoxdur. “Əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım.” Yəni onların arasında olsaydım başıma nələr gələcəkdi, amma indi çox rahat və firavanam deyər. Lakin risk, müsəlmanın həyatının ayrılmaz bir hissəsidir.
Müsəlman dünyada imtahan olunarkən həmişə bəla ilə sınaqdan keçər. Bəladan qaçmaz, bəlanın içində olar. Bəla nə deməkdir? İslamı müdafiə edərkən hər cür riski gözə almaq. Təbii ki, qanuna və hüquqa uyğun şəkildə. Hər cür çətinliyin içində olmaq. Çünki riski qəbul etməyən mübarizə apara bilməz.
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”. (Nisa surəsi, 72)
Bu yanaşma tərzi ilə darvinistlər “Aman, darvinizmi izah etməyək” deyərlər. Materialistlər “materializmi tənqid etməyək, olmaz” deyərlər. “Hz. Mehdidən bəhs etməyək. İnsanlar fikirlərimizə qarşı çıxar və bizi yanlış anlayarlar.” deyərlər. Xeyr, izah etməlisən. İsa Məsihin gəlişindən bəhs etməyək, çox adam etiraz edər, səhv başa düşər. Xeyr, izah etməlisən.
“İttihad-ı İslamdan bəhs etməyək, fitnə baş alıb gedər, orada-burada söz-söhbət yaranar.” Əgər sən Allahın hökmünü açıqlayırsansa o zaman qorxma, Allah səni qoruyar. Allaha verəcəyin bir can borcun var.
Allah Quranda buyurur ki, “…Cihad etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər…” (Nisa surəsi, 77).
İttihad-ı İslamı izah edə bilmir, təbliğ edə bilmir, qorxur. Mehdiyyəti də izah edə bilmir, qorxur. Hz. İsa Məsihin gəlişini də deyə bilmir, qorxur. Qorxudan hətta ayəni də inkar edir. Deyir ki, “belə bir şey deyilmir.” Səhih hədisləri də inkar edir. “Belə bir şey yoxdur” deyir. Baxın, “Cihadı nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın”, – dedilər.” Bizi təxirə salaydın, bu cür tiplər həmişə təxirə salırlar. Hz. Mehdinin zühuruna hələ var deyib təxirə salırlar.
İsa Məsihin gəlişinə hələ var deyib təxirə salırlar. İttihad-ı İslama hələ var deyib təxirə salırlar. Niyə? Çünki bunu bəla olaraq görür. Təxirə salsın ki, xilas olsun. Hətta qiyaməti də təxirə salmağa çalışırlar. Bədiüzzaman tarix olaraq “1545” deyir. “Yox, ən az 300 il var” deyirlər. Və yaxud “minlərlə il var” deyirlər. “Mən Nur tələbəsiyəm” deyir. Bədiüzzamanın ifadəsi aydındır, hədislərin hökmü açıqdır. Amma özünü anlamazlığa vurur.
Əlbəttə ki, qiyamət hər an qopa bilər. Peyğəmbərimiz dövründə də qiyamətlə bağlı ayə enmişdir. Peyğəmbərimiz deyir ki, “Qiyamət hər an qopa bilər.” Bu nə deməkdir? Allah, “hələ sənin peyğəmbərliyin davam edərkən də qiyaməti qopara bilərəm” deyir. Qiyamətdən hər an qorxmaq lazımdır, bu başqa, lakin qiyamətin əlamətləri də vardır. Ancaq Allah qiyamətin əlamətlərini gözləmədən də qopara bilər. Uca Allah əlamətlərə ehtiyac duymadan da qiyaməti bir an içində gerçəkləşdirə bilər.
Allah ayənin davamında deyir: “De ki: “Dünya mənfəəti azdır (fanidir).” Faydası azdır. Nə olacaq? Ən çox yemək yeyərsən, ondan da insanların xolesterolu yüksəlir, ya da kökəlirlər. Onu da yeyə bilmirlər. Dünyada başqa nə edə bilər? “Gəzirəm” deyir. Nə qədər gəzə bilirsən gəz. Həmişə ölümlü insanları görərsən, ölümlü quşları görərsən, ölümlü, dağılacaq binaları görərsən.
Gördüyümüz hər bina dağılacaq, kainat yox olacaq. “Axirət isə müttəqilər üçün daha xeyirlidir.” Niyə xeyirlidir? Çünki Allahın əsas istəyi budur və sonsuzluğa qədər davam edəcək. “Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.” Nə gözəl. Baxın, Allah “sizə axirətdə tam ədalətlə davranacam” deyir.
“(Cihaddan) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” – deyilən kimsələri görmədinmi?! Cihad etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Cihadı nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın”, – dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir. (Nisa surəsi, 77)

