Nur surəsi, 11-ci ayə “Doğrusu, uydurulmuş bir yalanla gələnlər, sizin içinizdən birlikdə davranan bir topluluqdur;” Müsəlmanlar yalandan, dedi-qodudan uzaqlaşmalıdırlar. “Siz onu özünüz üçün şər saymayın, əksinə o sizin üçün bir xeyirdir. Onlardan hər bir adama qazandığı günahdan (bir cəza) vardır. Onlardan (böhtanın-günahın) böyüyünü yüklənənə isə böyük bir əzab vardır.” Böhtan atan daha çox günaha girir, amma böhtana məruz qalanın əleyhinə olmaz, deyir Allah. Yəni onun lehinə olar. Çünki savab qazanmış olar. Böhtan atan adamın savabları da onun üstünə keçər. Bu səbəbdən, çox lehinə vəziyyət olmuş olar.
“Onu eşitdiyiniz zaman, kişi möminlər və qadın möminlərdən öz nəfsləri adına elə bir zənn edib: “Bu, açıq uydurulmuş böhtandır” demələri lazım deyildi mi?” Məsələn, müsəlmanlar haqqında, kimsə internetdə böhtan atır. Bir çox adam buna inanır. Sonra da başlayırlar həmin adamı qınamağa. Halbuki, mütləq araşdırılması lazımdır. Səmimi müsəlman, doğru yoxsa səhv olduğunu araşdırmalıdır, inşaAllah. Allah deyir ki; “Ona qarşı dörd şahidlə gəlmələri lazım deyildi mi?” Dörd saleh şahid. “Şahidləri gətirmədiklərinə görə, artıq onlar Allah qatında yalançıdırlar.” Deməli, müsəlmana böhtan atmaqdan uzaq durmaq lazımdır. İsbat edilə bilmirsə xüsusilə çox dəhşətli bir vəziyyət olar. “Onlar yalançıdırlar” Allah onları yalançı elan edir
“Əgər Allahın dünyada və axirətdə sizin üzərinizdə fəzli və rəhməti olmasaydı, içinə daldığınız dedi-qoduya görə sizə böyük bir əzab toxunardı.” Bəzi düşüncəsiz insanlar vardır, işi gücü yoxdur, ancaq müsəlmanların dedi-qodusunu edərlər. Axşama qədər dedi-qodu ilə vaxt keçirərlər. Allah bunu qadağan edir. Ayədə “daldınız” deyir, dalır çünki, özünü itirir. Bütün günü dedi-qoduyla vaxt keçirir. Allah bunu çirkin hərəkət olaraq qadağan edir.
“Onu eşitdiyiniz zaman: “Bu mövzuda söz söyləmək bizə yaraşmaz, (Allahım) Sən ucasan; bu, böyük bir böhtandır” deməyiniz lazım deyildi mi?” Bu vəziyyətdə müsəlman böhtandır deyib inanmayacaq. Ya saleh dörd şahid gətirməlidir, yoxsa onun sözünü inanmayacaq.

