Dinsiz bir mühitdə əvvəlcə ailə anlayışı ortadan qalxar. Ailəni meydana gətirən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə yox olar. Unudulmamalıdır ki, ailə, cəmiyyətin təməlidir və əgər ailə çöksə cəmiyyət də çökər. Bu səbəbdən, dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti meydana gətirən bütün mənəvi dəyərlər yıxılmış olar.
• Həmçinin, dinsiz cəmiyyətlərdə kimsənin kimsəyə hörmət, sevgi və mərhəmət duyğuları duyması üçün bir səbəb qalmaz. Bunun nəticəsində isə ictimai anarxiya meydana gələr. Zənginlər kasıblara, kasıblar zənginlərə kinli olar, şikəst və ya möhtac olanlara qarşı qəzəb meydana gələr. Fərqli qövmlərə qarşı təcavüzkar olar, işçilər müdirlərinə, müdirlər işçilərinə, ata oğula, oğul ataya qarşı təcavüzkarlaşar.
Daima qan tökülməsinin, bəzi ölkələrdəki daima gündəmə gələn cinayət xəbərlərinin səbəbi dinsizlikdir. Bu xəbərlərdə hər gün gözünü qırpmadan və çox adi səbəblərlə bir-birlərini öldürən şəxslərin xəbərləri verilir.
Halbuki, axirətdə hesabını verəcəyini bilən bir insan, silahı başqa bir insanın üzünə istiqamətləndirib onu öldürə bilməz. Allahdan qorxar və pis haqq-hesabdan çəkinər. Allah insanları fəsad törətməkdən Quranda belə məhrum etmişdir:
Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)
• İntiharların bu qədər yayılmasının təməlində də dinsizlik vardır. İntihar edən əslində cinayət işləmiş olur.
Amma Qurana bağlı bir insan bunu qətiyyən etməz, belə bir düşüncəni bir an olsun ağlından belə keçirməz. İnanan bir insan ancaq Allah rizası üçün yaşayar və Allahın özünə dünyada verdiyi hər cür çətinlik və sıxıntı qarşısında səbir edər. Və bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə qat-qat çox alacağını unutmaz.
• Dinsiz cəmiyyətlərdə oğurluq da çox geniş yayılar. Oğurluq edən adam əşyasını oğurladığı adama necə bir əziyyət verdiyini düşünməz. Qarşısındakı adamın 10 illik əməyini 1 gecədə alıb gedər, o adamın nə qədər zərər çəkmiş olacağını heç nəzərə almaz. Qarşısındakı adama acı verdiyi kimi özü də vicdan əzabı ilə acı çəkər. Əgər vicdan əzabı çəkmirsə bu, onun üçün daha da pisdir. Çünki belə bir insan hər cür əxlaqsızlıq edəcək bir halda deməkdir.
• Dinsiz cəmiyyətlərdə qonaq qarşılama, insanların bir-birləri üçün fədakarlıqlar etmələri, həmrəylik, əliaçıqlıq kimi dəyərlər tamamilə ortadan qalxar. Hər şeydən əvvəl insanlar bir-birlərinə insan olaraq dəyər verməzlər, çünki bir-birlərini guya meymundan təkamülləşmiş varlıqlar olaraq görərlər. Bir insan, meymundan təkamül keçirdiyini düşündüyü bir insana xidmət etməz, onu qonaq etməz, ona gözəlliklər təqdim etmək istəməz. Bu düşüncəli insanlar bir-birlərinə dəyər verməzlər. Kimsə kimsənin sağlamlığını, dincliyini, rahatlığını düşünməz. İnsanlara bir zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmaz. Məsələn, xəstəxanalarda ölmək üzrə olan insanlar xərəyə uzun müddət buraxılar, onlarla heç maraqlanan olmaz. Və ya son dərəcə sağlam olmayan və natəmiz şərtlər altında işlədilən bir restoranın sahibi, orada yemək yeyən insanların sağlamlığına verəcəyi zərəri fikirləşməz. Ancaq öz qazanacağı pulun dərdinə düşər. Bunlar gündəlik həyatda tez-tez qarşılaşılan bir neçə nümunədir. Burada əhəmiyyətli olan məntiq, insanların ancaq bir mənfəət qarşılığında bir-birlərinə yaxşı davranmağa yanaşmalarıdır. Halbuki, Quran əxlaqında insanlar bir-birlərinə Allahın qulu olaraq dəyər verirlər. Yaxşılıq etmək üçün mənfəət nəzərə almadan, əksinə həmişə yaxşı işlər görüb xeyir işlərdə yarışaraq Allahın razılığını qazanmağa çalışırlar.

