İbtidai insan deyə bir şey yoxdur. Bu mövzudakı bir çox dəlildən bir neçəsi bu cürdür:
1995-ci ildə İspaniyada tapılan insan qalığı “insanın təkamülü” nağılını qəti olaraq yıxmışdır. Atapuerko (Atapuerca) bölgəsində olan 800 min illik insanın kəllə qutusu fosili, təkamülçülərin yarı meymun canlıların yaşadığını iddia etdikləri dövrə aiddir və dövrümüzdəki insandan fərqi yoxdur. Yəni 800 min il əvvəlki insanla bugünkü insan arasında heç bir fərq yoxdur.
14 Mart 1998-ci ildə New Scientist jurnalında nəşr olunan, “İlk insanlar sandığımızdan çox daha ağıllıydı …” başlıqlı bir xəbərə görə; təkamülçülərin Homo Erectus olaraq adlandırdıqları insanlar bundan 700 min il əvvəl gəmiçilik edirdilər. Gəmi düzəltmək üçün məlumat və texnologiyaya və dəniz nəqliyyatını tələb edən bir mədəniyyətə sahib olan bu insanların “ibtidai” sayılması əlbəttə qeyri-mümkündür.
