“İbtidai insan” deyə bir şey yoxdur. Bu mövzudakı bir çox dəlildən bir neçəsi belədir
1995-ci ildə İspaniyada tapılan insan fosili “insanın təkamülü” nağılını qəti şəkildə alt-üst etmişdir. Atapuerka bölgəsində tapılan 800 min illik insan kəllə sümüyü fosili təkamülçülərin yarı meymun canlıların yaşadığını iddia etdikləri dövrə aiddir və müasir insandan fərqlənmir. Yəni 800 min il əvvəlki insanla bugünkü insan arasında heç bir fərq yoxdur.
14 mart 1998-ci ildə “New Scientist” jurnalında dərc olunan “İlk insanlar sandığımızdan çox daha ağıllı idi…” başlıqlı xəbərə görə, təkamülçülərin Homo Erectus olaraq adlandırdıqları insanlar bundan 700 min il əvvəl gəmiçiliklə məşğul olurdular. Gəmi hazırlayacaq bilik və texnologiyaya, eləcə də dəniz nəqliyyatını tələb edən bir mədəniyyətə sahib olan bu insanların “ibtidai” sayılması, əlbəttə ki, qeyri-mümkündür.
Təkamülçülərin Neandertal insanı kimi xarakterizə etdiyi insan irqinin günümüzdən on minlərlə il əvvəl geyim-kecim biliyinə sahib olduğunu göstərən 26 min illik iynə fosilləri də tapılmışdır. Buradan aydın olur ki, saxta təsvirlərlə qəsdən meymunabənzər bir görünüş verilən Neandertalların da bugünkü insanlardan heç bir fərqi yoxdur.

