İmanlı insan ibadətinə göstərdiyi diqqəti ilə bilinər. Allahın vacib etdiyi namaz, oruc və təsbihat ibadətlərini həyatı boyunca həvəslə davam etdirər. Allah saleh müsəlmanların ibadət həvəsini bir çox ayəsində belə xəbər verir.
Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır. (Rad surəsi, 22)
Namaz və təsbihat, möminlərə ömrünün axırına kimi davam etdirmələri əmr olunan, vaxtları təyin olunmuş bir ibadətdir. İnsan unutqanlığa və qəflətə düşməyə uyğun bir varlıqdır. İradəsindən istifadə etməyib özünü gündəlik hadisələrin axarına təslim edərsə diqqət verməsi və unutmamalı mövzulardan uzaqlaşar. Allahın onu hər tərəfdən əhatə etdiyini, hər an onu izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allaha verəcəyini, ölümü, axirətin varlığını, taleyin xaricində heç bir hadisənin baş verməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək, həyatının əsl məqsədini anlamaya bilər.
Gündə 5 dəfə edilən təsbihat və 3 dəfə qılınan namaz isə, bu unutqanlığı və qəfləti yox edərək, möminin şüurunu və iradəsini canlı tutur. Möminin daimi Allaha yönəlməsini təmin edir və Rəbbimizin əmrlərini həyatı boyunca davam etdirməsinə kömək edir. Namaz qılmaq üçün Allahın hüzurunda dayanan mömin, Rəbbimiz ilə mənəvi əlaqə qurur. Namazın insana Allahı xatırlatdığını və insanı hər cür pis əməldən qoruduğu bir ayədə belə bildirilir:
(Ey Peyğəmbər!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək (namaz) ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
Tarix boyu peyğəmbərlər qövmlərinə Allahın vacib etdiyi namazı və təsbihat ibadətini təbliğ edib, özləri də həyatı boyu bu ibadətləri ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olublar. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:
– Hz. İbrahim üçün:
Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)
– Hz. İsmayıl üçün:
Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm surəsi, 54-55)
– Hz. Musa üçün:
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Ta ha surəsi, 14)
– Hz. İsa üçün:
(Körpə) (dil) (açıb) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 30-31)
Mömin qadınlara nümunə olaraq göstərilən Hz. Məryəmə də namaz qılmaq əmr olunub:
Ey Məryəm, Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” (Ali İmran surəsi, 43)
Namazı və təsbihatı huşu ilə etmək, Uca Rəbbimizin hüzurunda Onun heybət və əzəmətini qəlbimizdə hiss edərək, Ona hörmət dolu qorxu bəsləyərək bu ibadəti yerinə yetirməkdir. Bu ibadətləri haqqı ilə yerinə yetirmək istəyən bir mömin, huşuya mane olan şeylərə qarşı tədbir görməli, namazda lazım olan diqqəti maksimum dərəcədə göstərməlidir.
Namazı və təsbihatı doğru etmək Rəbbimizi xatırlamamızı, Onu ucaltmamızı və bütün nöqsanlardan uzaq tutaraq Onu tək Allah olaraq qəbul etməmiz üçün böyük bir fürsətdir.
Quranda ibadətlərlə bağlı @quranda_ibadetler səhifəsindən geniş məlumat ala bilərsiz, inşaAllah.

