Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir. Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür. (Hədid surəsi, 1-4)
İbadət qulluq mənasını verir. Yəni, insanların bəndə olaraq Allah üçün etdikləri hər hərəkət, danışıq, hal və rəftar ibadətdir. Namaz bir insan üçün necə vacib və fərz ibadətdirsə, eyni şəkildə əsəbini boğmaq, gözəl söz söyləmək, insanları xəbərdar edib pis xüsusiyyətlərdən çəkindirmək, sui-zənn etməmək, mübahisədən uzaq durmaq da bir ibadətdir.
O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. Elə isə, Ona ibadət et və Ona ibadətdə səbirli ol! Ona oxşar birini tanıyırsanmı?! (Məryəm surəsi, 65)
“Qərarlı olmaq” bir işdə qətiyyət göstərmək, məqsədə çatmaq üçün heç bir maneədən qorxmamaq və əzmlə cəhd göstərərək yolundan dönməmək mənasını verir. Yuxarıdakı ayədə keçən “səbir” bu mənada istifadə edilmişdir. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qərarlı olmalarını istəyir.
Ancaq insanlar ibadətdə qərarlı olmağı yalnız bəzi ibadətlərə aid edirlər. Çünki ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insanlara fərz olan bəzi hökmlərə aid olduğunu zənn edirlər. Halbuki ibadət “qulluq” mənasını verir. Yəni, insanların bəndə olaraq Allah üçün etdikləri hər hərəkət, danışıq, hal və rəftar ibadətdir. Namaz bir insan üçün necə vacib və fərz ibadətdirsə, eyni şəkildə əsəbiləşdikdə əsəbini boğmaq, gözəl söz söyləmək, insanları doğru yola dəvət etmək (cihad etmək), islama maddi yardım etmək (infaq etmək), sui-zənn etməmək, yaxud da mübahisədən uzaq durmaq da bir ibadətdir. Buna görə də, Allahın “ibadətdə qərarlı ol” əmri həm feili ibadətlər, həm də mənəvi ibadətlərə aiddir.
Allah müsəlmanlara dinlərində qərarlı olmaları əmrini verir və Quranın bir çox ayəsində müsəlmanların qətiyyətini sınaqdan keçirəcəyini bildirir. Ayələrdə keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatından hadisələr təqdim edilərək, tez-tez onların iman və iradələrinin sınandığı hadisələrdən nümunələr verilir.
Çünki bu cür dövrlər müsəlmanların Allaha olan bağlılıqları və sədaqətli olduqlarını isbat etmək üçün qiymətli fürsətlərdir.
Allah müsəlmanların dinlərinə olan bağlılıqlarını sınadığı zamanlara dair inkarçıların sözlü, yaxud da feili hücum anlarını nümunə verir. Bundan başqa, müsəlmanlara böhtan atılması, insanların toplu şəkildə üz çevirməsi, xəstəlik, aclıq, susuzluq, yorğunluq, çətin və təhlükəli vəziyyətlə qarşı-qarşıya qalması və xüsusilə, insan canının təhlükə altına girməsindən bəhs edilir. Bu cür vəziyyətlər müsəlmanların öz dinlərini yaşamaqda və yaşatmaqda iradə göstərəcəyi vəziyyətlərdir.
Bir də Allahın var-dövlət, sağlamlıq, dinclik, zənginlik və ya iqtidar verdiyi zamanlar da vardır ki, bunlar insanın zəifliyə düşməməsi və onun dini yaşamaq üçün qətiyyət göstərəcəyi çox qiymətli zamanlardır. Yəni, müsəlmanlar həm çətinlik, həm də asanlıqla sınanırlar. Hər iki vəziyyət də müsəlmanların rəftarında mənfi dəyişikliyə səbəb olmaz.
Allah insanları bəzən bolluq və zənginliklə, bəzən də darlıq və çətinliklə sınayır. Hər bir vəziyyətdə müsəlman böyük səbirlə Allahın razılığını axtarmaqda yoluna davam etməlidir.
Əsəbini boğmaq, gözəl söz söyləmək, insanları xəbərdar edib pis xüsusiyyətlərdən çəkindirmək, sui-zənn etməmək, islama (Allaha) xidmət etmək, mübahisədən uzaq durmaq Allahın insanlara Quranda əmr etdiyi ibadətlərdəndir.

