“(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür. Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”. (Yusif surəsi, 52-53)
Yusif peyğəmbərin bu sözləri onun necə dərin imana və necə üstün əxlaqa sahib olduğunu çox açıq şəkildə ortaya qoymuşdur. O, ən başdan bəri Allahın köməyinin mütləq iman və səbir edənlərlə birlikdə olduğunu və Ona xəyanət edənlərin hiylələrinin mütləq boşa çıxardığını bilir. Allaha duyduğu güvən, taleyə olan təslimiyyətindən və təvəkkülündən aydın olur. Şərtlər nə qədər əleyhinə kimi görünsə də, əslində, bütün bunların arxasında Allahın yaxın olduğunu çox yaxşı görür.
