İnsan nə qədər çətin və çarəsiz vəziyyətdə qalsa da, həmişə Allaha güvənməli və Ondan kömək istəməlidir. Musa peyğəmbər Fironun ordusu və dəniz arasında qaldıqda əsla ümidsizliyə qapılmamış və Allaha güvənmişdi. Məhz Yunis peyğəmbərin davranışı da belə gözəl davranışın nümunələrindəndir.
Yunis peyğəmbər əvvəlcə Allahın ona verdiyi vəzifəyə baxmayaraq, xəbərdar etməli olduğu cəmiyyəti tərk etmişdi. Buna görə də, Allah onu müxtəlif sınaqlardan keçirtdi. Hz. Yunis əvvəlcə mindiyi gəmidəki insanlar tərəfindən dənizə atıldı. Sonra dənizdə onu nəhəng bir balıq uddu. Bu hadisələr nəticəsində hz. Yunis etdiklərinə görə peşman oldu və Allaha sığınıb ona dua etdi. Quranda bu hadisə belə bildirilir:
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik. (Ənbiya surəsi, 87-88)
Əgər hz. Yunis Allaha güvənib, ona dua etməsəydi, başına bir hadisə gələcəkdi. Allah bu hadisəni Quranda belə bildirmişdir:
Əgər o, Allahı təsbeh edənlərdən olmasaydı, Həqiqətən, qiyamət gününə qədər onun qarnında qalacaqdı. Beləcə, onu halsız bir vəziyyətdə boş bir sahilə atdıq. Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik. Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik. (Saffat surəsi, 143-147)
Allah Yunis peyğəmbəri tamamilə çıxılmaz kimi görünən bir vəziyyətdən xilas etmişdir. Bu, Allahdan heç vaxt ümid kəsilməyəcəyinə dair açıq bir işarədir. Quranda bildirilən bu hadisələri oxuyub öyrəndiyimizə görə hər nə çətinliklə qarşılaşsaq da, daim Allaha dua edib Ondan kömək diləməliyik.

