Hz. Süleyman, Allaha dərin sevgisi olan və Allaha bağlı olan, Onu dua edib ucaldan mübarək peyğəmbərimizdir. Rəbbimiz bu mübarək şəxsə axirətdəki sonsuz gözəlliklərin yanında dünyada da bənzərsiz nemətlər vermiş və ona görkəmli iqtidar və hakimiyyət nəsib etmişdir. Bu bənzərsiz hakimiyyətin əsl sirri isə, Hz. Süleymanın həmişə Allaha yönəlməsi və etdiyi hər işi yalnız Rəbbimizin razılığı üçün reallaşdırmasıdır.
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər. (Nəml surəsi, 17)
Hz. Süleyman bənzəri görülməmiş, çox güclü orduya sahib idi. Bu ordu, cinlərdən, quşlardan və insanlardan meydana gəlməklə çox güclü kəşfiyyat şəbəkəsi ilə dəstəklənməkdə idi.
Ayədə Hz. Süleymanın tək bir ordusunun deyil, ordularının olduğu bildirilir. Bu, onun ordusunun gücünün və sayının coxluğunun bir ifadəsidir.
Hz. Süleymanın ordusunun ən maraqlı məqamlarından biri isə intizamıdır. Cinlər, quşlar və insanlar kimi üç fərqli birlik eyni ordu içində, böyük uyğunluqla xidmət etməkdə, ordudakı nizamda ən kiçik uyğunsuzluq baş verməməkdədir.
Peyğəmbərlərin həyatını araşdırdığımızda verdikləri qərarlarda, müxtəlif işlərində, danışıqlarında Allahın onlara lütf etdiyi üstün elmin verdiyi ağıl və hikmət açıqca görülməkdədir.
Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, peyğəmbərlik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik. (Ənbiya surəsi, 79)
Ayədə bildirildiyi kimi hökm və elm verilmiş peyğəmbər idi. Yaşadığı zamanda eyni atası Hz. Davud kimi ədalət sisteminin müvəffəqiyyətlə icra edilməsi üçün hər şeydən əvvəl ədalətli rəhbərlərə, ədalətlə hökm edən iman sahibi insanlara ehtiyac vardır.
Hər ümmətin bir peyğəmbəri vardır. Peyğəmbərləri gəldiyi zaman onların aralarında ədalətlə hökm olunar və onlara heç bir haqsızlıq edilməz. (Yunis surəsi, 47)
Hz. Süleymanın dövrü də, ayədə xəbər verildiyi kimi, bu ədalət anlayışının həqiqi mənada yaşandığı bir dövrdür. Ayədə Hz. Süleymanın dövründə ədalətli mühakimə sistemi olduğu aydın görülməkdədir. (Ənbiya surəsi, 78)
Ordusunun cinlər və şeytanlarla dəstəklənməsi, Hz. Süleymana bir çox üstünlük vermişdir. Bu varlıqlar insanların edə bilmədikləri bir çox şeyi asanlıqla edə bilirlər. “…Həqiqətən, o və onun əsgərləri sizin onları görə bilmədiyiniz yerdən sizi görürlər…” (Əraf surəsi, 27) ayəsində bildirildiyi kimi, özlərini göstərmədən insanları görə bilirlər. Bu xüsusiyyət, cinlərə kəşfiyyat sahəsində çox böyük üstünlük verməkdədir.
Bənna və dalğıc olan bütün şeytanları da onun ixtiyarına verdik. Başqalarını da zəncirlərlə bağlanmış halda onun xidmətinə verdik. (Sad surəsi, 37-38)
Ayədə deyilən “zəncirlərlə bağlanmış halda” ifadəsi, Hz. Süleymanın, xidmətinə verilmiş olan cin və şeytanlar üzərində böyük hakimiyyətin olduğuna işarə etməkdədir.
Bu məlumatlar, Hz. Süleymanın hakimiyyətinin yalnız dindar və təslim olmuş cinləri deyil, inkarçıları da əhatə etdiyini göstərməkdədir. Bu ayədən Hz. Süleymanın şeytanları, şeytanın təsiri altındakı insanları və dinsiz insanları zərərsiz hala gətirdiyi aydın görülməkdədir. Üstəlik onları İslama faydalı hala gətirmiş, onlara müxtəlif vəzifələr vermişdir.
Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, – demişdi. (Nəml surəsi, 16)
Allah Hz. Süleymana quşların danışıq dilini öyrədib və bu üstün elm sayəsində ordusunda quşlardan ibarət olan bir dəstə qurmasını təmin etmişdir. Hz. Süleyman hekayəsindəki bu məlumatdan, bəzi əhəmiyyətli nəticələr çıxmaqdadır:
Quşların, digər insanların eşidə bilmədiyi xüsusi bir dalğada, onlara xas danışığı vardır. Hz. Süleyman quşların bu fərqli tezliklərdəki səsli ünsiyyətini anlaması sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmiş ola bilərlər (doğrusunu Allah bilir).
Hz. Süleyman quşları bəzən xəbər çatdırmaq üçün, bəzən də kəşfiyyat toplamada istifadə etmiş və beləcə çox əhəmiyyətli nəticələr əldə etmişdir. Bu elm, onun digər ölkələrlə ünsiyyətini asanlaşdırmış, çox çətin gedilə biləcək bölgələrə rahatlıqla çatmasına imkan vermişdir (doğrusunu Allah bilir).
Buna görə də Biz küləyi onun xidmətinə verdik. Külək onun əmri ilə istədiyi tərəfə asanlıqla əsirdi. (Sad surəsi, 36)
Allah, küləyi, Hz. Süleymanın əmrinə verib və müxtəlif işlərdə bir vasitə olaraq istifadə etməsinə imkan vermişdir. Bu ifadə ilə Hz. Süleyman dövründə və eyni Axırzamanda külək enerjisinin, texnologiyada istifadə ediləcəyinə işarə edilə bilər.
Başqa bir ayədə olan “Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik.…” (Səba surəsi, 12) ifadəsi ilə Hz. Süleymanın müxtəlif bölgələr arasında sürətli şəkildə hərəkət etməsinə işarə ola bilər.
Hz. Süleyman, öz dövründə, zəmanəmizdəki təyyarə texnologiyasına bənzər bir texnologiyadan istifadə edib, küləklə hərəkət edən vasitələr yaratmış və bunlar vasitəsilə uzaq məsafələri qısa müddətdə qət etmiş ola bilər (doğrusunu Allah bilir).
Şübhəsiz ki, Hz. Süleymana verilən bütün bu elm və nemətlər, Hz. Süleymanın iqtidarında əhəmiyyətli bir yerə malikdir. Ancaq çox vacib qeyd edilməlidir ki, güclü orduya sahib olunması, cin və şeytanlar əmrində olması, küləklərin Hz. Süleymana boyun əyməsi və ərimiş mis mədəni kimi elm və nemətlər ancaq bir vəsilədir. Ona elm lütf edilən Hz. Süleymanın bənzərsiz iqtidarının əsl sirri; kainatdakı bütün elmlərin, mülkün və hökmün həqiqi sahibinin aləmlərin Rəbbi Allah olduğunu hər zaman bilərək, hər işində daima Allaha yönəlməsi, Ona qarşı olan təslimiyyətli davranışını həyatı boyu mühafizə etməsidir. Hz. Süleymanın bu nümunəvi davranışı bir ayədə belə xəbər verilir:
De ki: “Sizə vəd olunmuş elə bir gün vardır ki, ondan nə bir an geri qala bilər, nə də irəli keçə bilərsiniz”. (Səba surəsi, 30)
Hz. Süleyman, bütpərəstliyin geniş yayıldığı bir dövrdə yaşadığına baxmayaraq, din əxlaqının yaşanmasında qətiyyət göstərib və üstün əxlaqı ilə bütün insanlara nümunə olmuşdur. Mənfi kimi görünən hər hansı bir hadisə qarşısında dərhal Allaha yönəlmiş, hər danışığında Allahı zikr etmiş, hər qərarını Allahın adını xatırlayaraq vermişdir.
Ancaq Hz. Süleyman yalnız çətinlik zamanı deyil, hər hansı bir başarı ya da zəfər anında da eyni əxlaqı göstərmiş, həmişə təvazökar və Allaha qarşı acizliyini bilən bəndə olmuşdur. Şübhəsiz bu ixlaslı davranışı, onun bənzərsiz və görkəmli iqtidarının əsl sirri olmuşdur.
Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən. (Sad surəsi, 35)
Hz. Süleymanın yuxarıdakı ayədə xəbər verilən duasına Allah cavab vermiş və onu Öz qatından çox böyük nemətlərlə və üstün elmlərlə dəstəkləmiş, ona heç kimin sahib olmadığı bir mülk, böyük səltənət, görülməmiş bir hakimiyyət vermişdir.

