Hz. Nuhun həyat yoldaşı

Hz. Nuhun münafiq həyat yoldaşı, qövmünün azğınlıqlarını dəstəkləyir, peyğəmbərin əleyhinə

Hz. Nuhun münafiq həyat yoldaşı, qövmünün azğınlıqlarını dəstəkləyir, peyğəmbərin əleyhinə inkarçılar üçün məlumat toplayırdı.

Hz. Nuh, azğın yolda olan qövmünü, Allahın dininə tabe olmaları və azğınlıqlarından imtina etmələri məsələsində dəfələrlə xəbərdar etdiyi halda, onlar Peyğəmbəri yalançı saydılar və şirk qoşmağa davam etdilər. Sonra da qövmünün qabaqcılları hz. Nuhu öz aləmlərində “onlara qarşı üstünlük əldə etməyə çalışmaq”“dəlilik” kimi böhtanlarla ləkələməyə çalışdılar. Həmçinin onu müşahidə etməyə, təzyiq altında saxlamağa qərar verdilər. Bundan sonra Allah hz. Nuha, bir gəmi inşa etməsini; inkarçıların suda boğularaq əzab çəkəcəyini və təkcə iman edənlərin xilas olacağını vəhy etdi.

Allah Quranın; “Allah, inkarçılar üçün Nuhun həyat yoldaşı ilə Lutun həyat yoldaşını misal çəkdi. İkisi də bəndələrimizdən saleh olan iki bəndəmizin kəbini altında idilər, lakin onlara xəyanət etdilər. Bundan ötrü, (ərləri) özlərini Allahdan gələn heç bir vəchlə xilas edə bilmədilər. İkisinə də: “Oda digər girənlərlə birlikdə girin” deyildi” (Təhrim surəsi, 10) ayəsi ilə, hz. Nuhun həyat yoldaşının da, hz. Lutun həyat yoldaşı kimi, inkarçı qövmü ilə birlikdə həlak edildiyini xəbər vermişdir.

Çünki hz. Nuhun həyat yoldaşı da, eynilə hz. Lut Peyğəmbərin həyat yoldaşı kimi münafiqlik edərək, “Peyğəmbərə xəyanət etmiş və dövrün inkarçılarıyla əməkdaşlıq etmişdi”. Onlara “Peyğəmbərin və müsəlmanların əleyhinə məlumat daşımış, öz cəmiyyətindəki zülm edən insanlara iman edənləri xəbər vermişdir”.

Həmçinin hz. Nuh-a göstərdikləri azğın davranışda din düşməni olan qövmünə dəstək olmuş, alçaqca iddialar edərək “Peyğəmbəri “dəliliklə” ittiham etməyə cəhd etmiş və aravuranlıq etmişdir”. “Qövmü ilə bir olmuş və öz aləmində Peyğəmbərə lağ etmişdir” (Peyğəmbəri tənzih edirik). Hz. Nuhun sirr kimi qəbul etdiyi vəhy xəbərlərini də müşriklərə və münafiqlərə elan etmişdir. Azğın yolda olan inkarçı qövmü ilə dost olub pis ittifaqlar quraraq onların azğınlıqlarına dəstək olmuşdur.

Hz. Nuhun həyat yoldaşı, Allahın sevdiyi, razı olduğu, cənnəti ilə müjdələdiyi mübarək Peyğəmbərlə evli olduğu halda; bu yaxınlıq, ona heç nə qazandırmamışdır. Tam əksinə Peyğəmbərin yanında göstərdiyi münafiq xarakterinə görə Allahın əzabı ilə qarşılaşmışdır.

İbn Abbas bu xəyanətin formasını belə ifadə etmişdir: “Hz. Nuhun xanımı, yoldaşına iman gətirmədiyi (Peyğəmbər olduğuna inanmadığı) kimi, insanlara onun dəli olduğunu deyirdi”. (Taberi, Zemahşeri, Razi, İbn Kesir, Kurtubî, Təhrim surəsi, 10-cu ayənin təfsiri)

Digər bir rəvayətə görə, hz. Nuhun xanımı, iman edənləri (onlara işgəncə versinlər deyə) cəmiyyətin güclü olan zalım insanlara xəbər verirdi. (Taberi, Kurtubi, Beydavi)