Hz. Nuh zindana salınan peyğəmbərlərdəndir

Hz. Nuh eynilə hz. Yusif, hz. İbrahim və Hz. Musa kimi müddəti müəyyən edilməmiş, yəni ömürlük həbs cəzasına bənzər şəkildə uzun illər zindanda qalmışdır. Həbs peyğəmbərlər və səmimi iman edənlər üçün Allahın bir sünnəti kimi təzahür etmişdir.

İslam tarixi, siyer və İslam elmləri sahəsində apardığı dərin və ətraflı araşdırmaları ilə tanınan, 31 il Dini İşlər üzrə Rəyasət Heyətində fəaliyyət göstərmiş türk İslam alimi, yazıçı və şair Mustafa Asım Köksal (1913–1998) “Peyğəmbərlər Tarixi” adlı əsərində Hz. Nuhun iki dəfə zindana salındığını qeyd edir:

Hz. Nuhun ilk dəfə həbs olunması: “Kral Mahvil bunu eşidəndə Hz. Nuhu hüzuruna gətizdirdi və ona dedi: “Sənin haqqında eşitdiklərim nədir?! Mənim dinimə və ataların oğullarının üzərində olduqları inanca qarşı bu davranışın nədir?! Bütləri taxtlarından salan bu güc nədir?! Bunu sənə kim öyrədib?”

Hz. Nuh dedi: “Əgər dediyin kimi onlar ilah olsaydılar, üzüstə yerə düşməzdilər. Mən Allahın qulu və elçisiyəm! Sən Uca Allahdan qorx və Ona heç bir şeyi şərik qoşma!” Kral Mahvil isə Hz. Nuh’un həbs olunmasını əmr etdi.”

Hz. Nuhun ikinci dəfə həbs olunması: “…Hz. Nuha dilləri ilə hər cür pislik etdilər, onu söydülər, təhqir etdilər. Kral Mahvilin ölümündən sonra onun yerinə keçən oğlu Dermesil Hz. Nuhu azad etdi. …Hz. Nuh onların yanına getdi. Aralarında ayaq üstə dayanaraq: “Lə iləhə illəllah — Allahdan başqa ilah yoxdur!” deməyə onları dəvət edərkən yenə başlarını paltarlarının altına saldılar, barmaqlarını qulaqlarına tıxadılar.

Hz. Nuhun toxunması ilə bütlərin taxtlarından yerə düşməsi bir oldu. Camaat yenə onun üstünə hücum etdi, Hz. Nuhu döydülər və üzüstə yerə yıxdılar. Başını yaraladılar. Onu sürüyərək kralın sarayına apardılar.

Kral Hz. Nuhdan soruşdu: “Sənə bütlərlə bağlı işlərə qarışma demədikmi?! Səni bundan çəkindirmədimmi?! Hətta onları taxtlarına qoyanda onlara səcdə edəcəksən deyə sənə əmr etmədimmi?! Bunu sənə kim öyrətdi?!”

Hz. Nuh qan içində krala dedi: “Əgər onlar ilah olsaydılar, yerə düşməzdilər. Ey Dermesil! Allahdan qorx! Ona heç bir şeyi şərik qoşma! Çünki O səni görür.” Dermesil isə dedi: “Sən bu cür mənimlə belə danışmaq gücünü özündə necə tapırsan?!”

“…onun həbs olunmasını, bütlər üçün qurban kəsilməsini və yerə düşən bütlərin yenidən taxtlarına yerləşdirilməsini əmr etdi. Bu əmr yerinə yetirildi.”

Tarixi mənbələrdə qeyd edildiyi kimi, Hz. Nuh dövrünün kralı tərəfindən xalqı Allaha iman etməyə dəvət etdiyi üçün tutularaq zindana salınmışdır. Kralın vəfatından sonra isə onun yerinə keçən oğlu Hz. Nuhu təbliğ etməmək şərti ilə azad etmiş, lakin Hz. Nuh təbliğə davam etdiyi üçün yenidən həbs olunmuşdur.