Hz. Nuh’un oğlu

Hz. Nuh, qövmünü Allaha iman etməyə çağırmış, ancaq qövmündən çox az insandan başqa iman edən

Hz. Nuh, qövmünü Allaha iman etməyə çağırmış, ancaq qövmündən çox az insandan başqa iman edən olmamışdır. Allah hz. Nuha, qövmünə bəla verərək onları həlak edəcəyini bildirmişdir.

Hz. Nuh Allahın əmri üzərinə bir gəmi hazırlamışdır. Ardından da yenə Allahın əmriylə, iman edənləri və ailəsini bu gəmiyə mindirmişdir.

Ancaq hz. Nuhun oğlu gəmiyə minməmiş və inkarçılarla birlikdə geridə qalmağı seçmişdir. Allahın onları suda boğacağını bilən hz. Nuh, oğlunu gəmiyə minməsi və onlarla birlikdə olmamağı mövzusunda xəbərdar etmişdir. Ancaq oğlu, bir dağa sığınacağını və dağın onu bu sel fəlakətindən qoruyacağını söyləyərək gəmiyə minməmişdir.

Şübhəsiz hz. Nuhun oğlunun bu dalğalardan xilas olması mümkün olmamış və sığındığı dağ onu qoruya bilməmişdir. Hz. Nuhun oğlunun ağılsız hərəkəti, Allahdan gələn bir əzabdan onu yenə Allahdan başqa qoruya biləcək bir güc olmadığını qavraya bilməmiş olmasıdır. Çünki dalğaları yaradan Allah olduğu kimi, dağı yaradan və ona boyun əydirən də yenə ancaq Allahdır. Allah bir insanı, ya da bir xalqı həlak etmək istədikdən sonra bu vəziyyətə qarşı qoya biləcək heç bir güc və heç bir sığınacaq yoxdur.