Hz. Musanın əsasının, hz. İsanın palçıqdan düzəltdiyi quşun bir anda canlanması təkamüllə yaradılış olmadığının isbatlarındandır

Ol əmri və dərhal yaranış

Ali İmran surəsi, 49-cu ayədə İsa Məsih deyir ki, “Mən sizə palçıqdan quş formasında bir şey düzəldər, içinə üfürərəm, o da dərhal Allahın icazəsi ilə quş olar.” Yəni Allah “Ol” deyir, dərhal olur. Dərhal nə deməkdir? Dərhal deyəndə səhv anlamayın deyir. İsa Məsih başında gözləyir. Dərhal demək anında deməkdir. Hz. Musa (ə.s) da əsanı atanda, əsanı yerə vuranda birbaşa ilan olaraq düşür. Yəni dəyənək, əsa yerə dəyən kimi dərhal ilana çevrilir. Bildiyimiz ilan. O biri çubuqları, dəyənəkləri hamısını udur heyvan, tək-tək udur, ortada dəyənək, çubuq qalmır. Hadisənin möcüzəliyinə baxın. Sonra da əsa olan daha sonra ilana çevrilən bu varlıq, o əsaları udduqdan sonra yenidən əsa olur. O biri əsalar haradadır? O əsalar da onun içində olur, yox olur. Bu, çox böyük möcüzədir. Hər kəsin gözü qarşısında baş verir, oradakı insanların hamısı iman edir.