Hz. Musa (ə) və onunla birlikdə olan möminlər iki dənizin birləşdiyi yerə gəlib çatanda bir tərəfdə dəniz, digər tərəfdə isə Fironun əsgərləri var idi. O vaxt Fironun yanındakı adamlardan biri Hz. Musaya (ə) və səhabələrinə Fironun qalib gəldiyini və Hz. Musanın (ə) artıq edə biləcəyi heç bir şey qalmadığını düşünə bilərdi. Hətta Hz. Musanın (ə) yanında olan, ona və onun gətirdiyi haqq dinə iman etmiş insanlardan bəziləri də “Artıq yaxalandıq” dedilər.
Halbuki Allah belə bir vəziyyət yaradaraq onları imtahan edirdi. Fironu da əsgərlərini də idarə edən yalnız Allah idi. Digər tərəfdən də dənizin sularına hökm edən yeganə güc də yenə yalnız Rəbbimizə aid idi. Allah Hz. Musanın (ə) və ona inananların Allahdan başqa bir güc olmadığını və Allahın hər şeyə güc çatdıra biləcək bir qüdrət sahibi olduğunu başa düşmələri üçün belə bir vəziyyət yaratmışdı. O an xilas ola bilməyəcəklərini fikirləşənlər isə qəflətə düşmüşdülər. Düşdükləri o vəziyyətdən yalnız öz gücləri ilə xilas ola biləcəklərini zənn etmişdilər. Mövcud olan şərtlərə qarşı öz güclərinin çatmayacağını görəndə isə “çarəsiz” olduqlarını düşünmüşdülər.
Halbuki Hz. Musa (ə) o çətin anda, bu həqiqətin fərqindəydi. O yanındakı bəzi insanlar kimi “yaxalandıq” demədi. Həmin insanların etdiyi hərəkətə qarşı çıxdı. “Xeyr, şübhəsiz Rəbbim mənimlə bərabərdir; mənə yol göstərəcəkdir” dedi. Bir çox insanın panikaya və qorxuya qapılaraq, həyacanlandığı bir anda Hz. Musa (ə) Allaha könüldən bir imanla güvəndi. Zahirən heç bir xilas yolu görünmədiyi halda o, Allahın yardımından qətiyyən ümidini kəsmədi. Allahın bir çıxış yolu yaradacağından qəti şəkildə əmin olan əxlaq göstərdi. Özünün heç bir gücü olmadığını, ancaq Allahın dilədiyi hər şeyi etməyə qadir olduğunu bilirdi. Allahın yaxşıları, könüldən iman edənləri mütləq qoruyacağına, ondan kömək istəyənə mütləq bir yol açacağına güvənirdi. Bu səbəblə də belə çətin bir şəraitə düşdüyü zaman Hz. Musanın (ə) ilk etdiyi Allaha sığınmaq, Allahın ismini ucaltmaq, Allaha dua etmək və Allahın köməyinin çox yaxın olduğuna qəti şəkildə inanmaq oldu….
I …Allah Hz. Musanın (ə) bu dərin imanına və Allaha olan təslimiyyətinə qarşılıq insanların heç gözləmədikləri və heyrətlə izlədikləri bir möcüzə yaratdı.
Allahın Quranda bildirdiyi bu hekayədən götürə biləcəyi həddən artıq çox öyüd var. Allah Quranın bir çox ayəsində qullarına “dua etmələrini, dua edənin duasına mütləq cavab verəcəyini” xəbər vermişdir. Allah “səmimi iman edən qullarına mütləq kömək edəcəyini” vəd etmişdir. “Allahdan lazımi qədər qorxub, çəkinənlərə mütləq bir çıxış yolu göstərəcəyini” bildirmişdir. “Əgər qəlblərində bir xeyir və gözəllik görərsə, o qullarına olduqları vəziyyətdən daha gözəli ilə qarşılıq verəcəyini” xəbər vermişdir.
Allaha könüldən güvənən hər insan üçün Allah Qatından xüsusi bir yardım vardır. Allaha sarsılmaz bir təvəkkül ilə təslim olaraq inanmaq həqiqi imanın göstəricisidir. Allaha olan belə bir inam həyatının sonuna qədər möminin xilasıdır. Allah bu əxlaqına görə onu həyatının sonuna qədər qoruyacaq, hər sıxıntını və çətinliyi keçməsinə kömək edəcək. Belə bir insan, həyatı boyunca nə cür maneə ilə qarşılaşsa da bunların heç biri onun üçün problem olmayacaq. Allaha olan inamı Allahın ona mütləq çıxış yolunu göstərməsi ilə nəticələnəcək.
Allaha dua edərkən Onu düzgün dəyərləndirərək və bunu nəzərə alaraq etməlidir. Allahın səmimi bir quluna mütləq yardım edəcəyindən qəti şəkildə əmin olmalı, əsla şübhəyə düşməməlidir. Allah istəsə insanı imtahan etmək üçün duaya dərhal qarşılıq verməyə bilər. Ya da Allah insanı düşdüyü sıxıntını dərhal ortadan qaldırmaya bilər. Mömin bunda da Allahın təqdir etdiyi bir çox xeyir və hikmət olduğunu biləcək, həyatının sonuna qədər bir an belə şübhəyə düşmədən Allaha güvənməyə, Allaha dua etməyə, yardımı Allahdan istəməyə davam edəcəkdir.
