1) Qasım, Məkkədə doğulmuşdur. Anası Xədicədir. 17 aylıq ikən ölmüşdür.
2) Abdullah, Peyğəmbərimizin (s) ikinci oğludur. Anası Xədicədir. Doğum tarixi bilinməməkdədir. Məkkədə doğulmuşdur. Xəstəlik və ya başqa səbəblərdən bir yaşına gəlmədən ölmüşdür.
3) Zeynəb, Hz. Məhəmməd (s) ilə Xədicənin ən böyük qızı. Qasımdan sonrakı ikinci uşağıdır. O doğulanda Hz. Məhəmməd (s) otuz yaşlarında idi. Hicrətin 8-ci ilində, 31 yaşında ölmüşdür.
4) Ruqiyyə, Hz. Məhəmmədin (s) həyat yoldaşı Xədicədən olan qızıdır. Çox gözəl olduğu rəvayət edilərdi. Əbu Ləhəbin oğlu Utbe ilə evli idi, ancaq müsəlman olduqdan sonra əri boşadı. Daha sonra Osman ilə evləndi. Mədinədə Bədir müharibəsi zamanında Hicrətin 2-ci ilində (624 Miladi) ölmüşdür. Osmandan olan oğlu Abdullah altı yaşında ölmüşdür.
5) Ümmü Gülsum, Hz. Məhəmməd (s) ilə Xədicənin üçüncü qızıdır. İlk olaraq Peyğəmbərin əmisi Əbu Ləhəbin oğulu Uteybə ilə evlənmiş, lakin İslamdan sonra Əbu Ləhəbin təzyiqi ilə əri ondan boşanmışdır. Osmanın ilk xanımı Ruqiyyənin vəfatından sonra Hicrətin üçüncü ili (625) onunla evlənmiş, heç uşaqları olmamışdır. Hicrətin doqquzuncu ilində öldü.
6) Fatimə, Hz. Məhəmmədin (s) Xədicə ilə olan qızı, Əli ibn Əbu Talibin həyat yoldaşı.
Hz. Məhəmmədin (s) soyu, Fatimə və Hz. Əlinin uşaqları yoluyla davam etmişdir, çünki Hz. Məhəmmədin (s) ölümündən sonra həyatda qalan tək uşağı Fatimədir. Sünni inanışına görə 605 və ya 609, Şiəyə görə 614-cü ildə Məkkədə dünyaya gəlmişdir. 632-ci ildə, Mədinədə atasının ölümündən 6 ay sonra vəfat etmişdir.
7) İbrahim, Hz. Məhəmmədin (s) Mariya ilə hicrətin 8-ci ilinin Zilhiccə ayında (630) dünyaya gələn uşağına İbrahim adı verildi. İbrahimin hansı yaşda öldüyü dəqiq bilinməməklə birlikdə, əsas olan görüş iki yaşını doldurmadan öldüyüdür.

