“O Zat bütün Əhl-i İmanın (iman edənlərin) mənəvi yardımları ilə və İttihad-ı İslamı müavinəti ilə (İslam Birliyinin yardımlaşması ilə) və bütün üləma və övliyaların (alimlərin və vəlilərin) və xüsusilə, Al-i Beytin nəslindən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) hər əsrdə güclü və kəsrətli (çoxlu) olan milyonlarla fədakar seyidlərin iltihaqı ilə (Peyğəmbər soyundan olan fədakar şəxslərin təşəbbüsü ilə) o vəzifei-uzmanı (böyük vəzifəni) etməyə çalışar.” (Emirdağ Lahikası, səh. 260)
Bədiüzzaman hz. Mehdinin üçüncü vəzifəsini çox əhəmiyyətli və geniş kütlələrin dəstəyi ilə həyata keçirəcəyini bildirmişdir. Bədiüzzaman “bütün Əhli-İmanın mənəvi köməyi ilə” sözləri ilə “bütün müsəlmanların” ittifaq edərək yaradacaqları birliyin hz. Mehdinin bu vəzifədəki köməkçiləri olacağını bildirmişdir.
Hz. Mehdi və köməkçiləri güclərini Allah sevgisindən, iman coşğusundan alan cəsur insanlar olacaqlar. İmanlarının nuru bütün dünyanın aydınlanmasına vəsilə olacaq. Bədiüzzamanın dövründə bütün müsəlmanların daxil olduğu belə geniş miqyaslı dəstək olmamışdı. Bədiüzzamanın da müjdələdiyi kimi, bu geniş kütlənin mənəvi köməyi, ancaq Axırzamanda hz. Mehdi ilə birlikdə meydana gələcək və onun üçüncü vəzifəsinin həyata keçməsində böyük rol oynayacaq.
Bədiüzzaman “İslam Birliyinin müavinəti ilə” sözləri ilə hz. Mehdinin üçüncü vəzifəsini “İslam Birliyinin yardımlaşması” ilə yerinə yetirəcəyini də bildirmişdir. Belə birlik Bədiüzzamanın yaşadığı dövrdə olmamışdı, buna görə də belə böyük ittifaqın köməyindən söhbət gedə bilməz. Bədiüzzaman İslam Birliyinin bu yardımlaşmasının hz. Mehdi dövründə olacağını və onun üçüncü vəzifəsinə böyük dəstək verəcəyini ifadə etmişdir.
Bədiüzzaman hz. Mehdinin bu üçüncü vəzifəsindəki digər dəstəyin “bütün üləma və övliyaların iştirakı ilə” olacağını bildirmişdir. Hz. Mehdinin gəlişi 1400 ildir bütün İslam alimləri və iman sahibləri tərəfindən böyük həyəcan ilə gözlənilir. Şübhəsiz ki, bütün alimlərin və vəlilərin iştirakı ilə olacaq böyük dəstək hz. Mehdinin mübarizəsində və bu vəzifəsini icra etməsində çox əhəmiyyətli rol oynayacaq və böyük asanlıq təmin edəcək. Diqqət yetirilsə, Bədiüzzaman burada “bütün” sözündən xüsusilə ifadə etmiş və hz. Mehdini “bütün alimlərin” dəstəkləyəcəyini bildirmişdir. Bədiüzzamanın yaşadığı dövrdə İslam alimlərinin belə böyük ittifaq halında dəstək verməsi kimi bir hadisə olmamışdır. Bədiüzzaman bunun ancaq hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə ilə birlikdə həyata keçəcəyini xatırlatmışdır.
Bədiüzzaman bu sözü ilə hz. Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in mübarək soyundan olacağına, ona dəstək verənlər arasında da Əhli-Beytdən, yəni Peyğəmbər soyundan gələn şəxslərin olacağına diqqət çəkmişdir. Bədiüzzaman bütün müsəlmanlar, İslam alimləri və övliyalar ilə birlikdə “milyonlarla seyidin də hz. Mehdinin yanında olacağını və bu müqəddəs şəxsə dəstək verəcəyini” bildirmişdir. Hz. Mehdinin üçüncü vəzifəsindəki digər köməkçilərində olduğu kimi, belə dəstək də əvvəllər nə Bədiüzzaman dövründə, nə də ondan əvvəlki mücəddidlərin dövründə olmamışdır. Bədiüzzamanın izah etdiyi kimi, “Peyğəmbərimiz (s.ə.v)-in soyundan gələn milyonlarla seyidin iştirakı” ancaq hz. Mehdi dövründə olacaq.
Bədiüzzaman “o vəzifəi-uzmanı icra etməyə çalışar” sözləri ilə isə hz. Mehdinin şəxsi-mənəvi deyil, “insan kimi fəaliyyət göstərəcəyini” ifadə etmişdir. Çünki şəxsi-mənəvinin bir vəzifəni “etməyə çalışması” mümkün deyil. Belə cəhdi ancaq bir insan edə bilər. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq hz. Mehdinin şəxs olduğunu ifadə etmişdir.
Bədiüzzaman sözlərində hz. Mehdinin yerinə yetirəcəyi xidməti “böyük vəzifə” olaraq xarakterizə etmişdir. Bədiüzzamanın bu ifadəsinə görə hz. Mehdinin edəcəyi xidmətlər özündən əvvəlki dövrlərdə gələn mücəddidlərin vəzifələrindən fərqli, “böyük miqyaslı” fəaliyyətlərdir. Hz. Mehdi İslam əxlaqını dünya səviyyəsində hakim edəcək, İslam dünyasını birləşdirəcək və bütün müsəlmanların lideri olacaq. Bədiüzzamanın “vəzifəi-uzma” sözləri ilə ifadə etdiyi bu hadisələr hz. Mehdinin tanınmasını təmin edəcək ən əhəmiyyətli əlamətlərindən olacaq.

