Qızıl əsrdə yaşanacaq olan bütün gözəlliklərlə yanaşı cəmiyyət həyatı da son dərəcə hüzurlu olacaq. Allah, iman edən və dininə yönələn insanlara, o dövrə qədər görülməmiş gözəllikdə bir həyat təqdim edəcək. Allah Quranda, gözəllik edən, Quran əxlaqına tabe olan qullarını daha gözəli və daha artığı ilə nemətləndirəcəyini belə müjdələyir:
Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 25-26)
Ayədə bildirilən “gözəllik edən” insanlara vəd edilən “sülh yurdu” Qızıl əsrdə tam mənasıyla yaşanacaq. Quran əxlaqının yaşanması, “…Allahın verdiyi ruzidən yeyin, için və yer üzündə təxribatçılıq (fəsad) edərək qarışıqlıq çıxarmayın.” (Bəqərə surəsi, 60) ayəsini lazımınca, insanların qarışıqlığa, narahatlığa və çətinliyə yol aça biləcək hər cür rəftardan çəkinmələrini təmin edəcək. Cəmiyyətlər, hər zaman üçün Quran əxlaqına uyğun hüzur və sükunət dolu, etidallı, tolerant, problemləri ağıllı bir şəkildə həll etmə axtarışı içində olan, hadisələri böyütməyən əksinə hər zaman uzlaşdırıcı istiqamətdə olan bir tutum sərgiləyəcəklər.

