Hz. Mehdinin vəzifələri nələrdir?

a) Hz. Mehdi günümüzə qədər təsirini davam etdirən materializm, Darvinizm və ateizmi tamamilə susduracaq tərzdə imani fəaliyyət göstərəcək.

“Birincisi: FƏN (elm) VƏ FƏLSƏFƏNİN tasallutiyle (təsiri ilə) və MADDİYYUN VƏ TABİİYYUN TAUNU, (materializm, Darvinizm və ateizm xəstəliyi) bəşər içinə intişar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl FƏLSƏFƏNİ VƏ MADDİYYUN FİKİRİNİ (materializm, Darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz axınları) TAM SUSDURACAQ TƏRZDƏ imanı qurtarmaqdır. Əhli imanı dəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq)…” (Emirdağ Lahikası, səh. 259)

Bədiüzzaman bu sözündə, hz. Mehdinin üç böyük vəzifəsindən birincisini açıqlayır. Buna görə hz. Mehdinin birinci vəzifəsi, “materialist və ateist fəlsəfələri tamamilə susduracaq bir şəkildə insanların imanlarını qazanmasına vəsilə olmaq”dır.

Bədiüzzaman bu sözlərində, elm və fəlsəfənin təsiri ilə materializm, Darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz axınların insanlar arasında yayıldığına diqqət çəkmişdir. Bədiüzzaman bu axınların təsirsiz hala gətirilərək tam olaraq susdurulmasının və insanların imanının qurtarılmasının hz. Mehdinin birinci vəzifəsi olduğunu ifadə etmişdir.

Bədiüzzaman burada hz. Mehdinin birinci vəzifəsi ilə əlaqədar olaraq “fən və fəlsəfə”nin təsirinə xüsusilə diqqət çəkir. Elm və fəlsəfə iman şüuru ilə yaxınlaşan insanların dünyagörüşü ilə irəliləyəndə böyük hadisələrə, Allahın varlığının və sifətlərinin daha yaxşı başa düşülməsinə vəsilə olar. Elmin, materializm müdafiəçiləri tərəfindən insanlar üzərində yaradılan səhv istiqamətləndirmələrini, Bədiüzzamanın da ifadə etdiyi kimi hz. Mehdi ortadan qaldıracaq. Axırzamanda texnologiyanın sürətlə irəliləməsi ilə bir çox elm sahəsində irəliləyişlər olacaq. Allahın varlığının dəlilləri, yer üzündəki iman həqiqətləri elmi dəlilləri ilə açıq şəkildə ortaya çıxacaq. Hz. Mehdi bu həqiqətləri insanlara ən təsirli üsullarla çatdıracaq və bu mövzuda dünya səviyyəsində nəticə əldə edəcək. Məsih Dəccalın Axırzaman fitnəsi, ancaq belə güclü üsullarla qırılacaq.

Materializm və ateizm, insanlığa böyük fəlakətlər gətirən azğın axınlardır. Darvinizm, materializm və ateizmə fikri dayaq meydana gətirər. Darvinizmin iddiası kainatın və canlılığın kor təsadüflər nəticəsində öz- özünə həyatı yaratdığıdır. Son 150 ilin ən böyük yalanı olan bu axının fikirlə tamamilə susdurulması günümüzə qədər mümkün olmamışdır. Darvinizm müasir elmin son tapıntıları və irəliləyən texnologiya vəsiləsi ilə hz. Mehdi dövründə tamamilə ortadan qalxacaq. İnsanlıq tarixinin gördüyü bu ən şiddətli fitnənin fikirlə susdurulması hz. Mehdi zamanında reallaşdırılacaq.

Bədiüzzaman bu sözlərində hz. Mehdinin “FƏLSƏFƏNİ VƏ MADDİYYUN FİKİRİNİ TAM SUSDURACAQ TƏRZDƏ” fəaliyyət göstərərək insanların imanlarının xilas olmasına vəsilə olacağını ifadə etmişdir. Bədiüzzaman Axırzamanda ateist fəlsəfələrin təhlükə yaradacağını bildirmiş, xüsusilə Darvinist, materialist fəlsəfələrin ateizmlə güclənəcəklərini və Allahın varlığını inkar edəcək təhlükəli yol izləyəcəklərini ifadə etmişdir. Buna görə də hz. Mehdinin birinci vəzifəsinin, materializm fikri, yəni Allahı inkar üzərinə qurulmuş materialist, Darvinist və ateist fəlsəfələrlə mübarizə etmək və bu fəlsəfələrin insanlar üzərindəki təsirini tamamilə qaldırmaq olacağını ifadə etmişdir. Bədiüzzamanın burada istifadə etdiyi “TAMAMİLƏ SUSDURACAQ” ifadəsi çox əhəmiyyətlidir. Bilindiyi kimi, materializmin həm Türkiyədə, həm də dünyada güclənməsi Bədiüzzaman zamanında davam etdiyi kimi, vəfatından, yəni 1960-cı illərdən sonra da günümüzə qədər davam etmişdir. Televiziya və radio kanallarının inkişafı ilə yazılı mətbuatın da dəstəyi ilə təsirləri getdikcə artmışdır. Yəni Bədiüzzamanın vəfatından sonra da materializm təbliğatı artaraq 21-ci əsrə qədər gəlmişdir.

Buna görə də özünün də ifadə etdiyi kimi, Bədiüzzamanın dövründə bu mövzuda tam nəticə əldə edilməmişdir. Bədiüzzaman bu sözündə istifadə etdiyi “TAMAMİLƏ SUSDURACAQ” ifadəsi ilə bu həqiqətə diqqət çəkmişdir. Materializm, ateizm və Darvinizmin çöküşü ilə birlikdə insanların imanını qurtarma vəzifəsi dünya səviyyəsində hz. Mehdiyə verilmişdir. Bədiüzzamanın şəxsən başladığı, ancaq tamamilə sona çatmayan bu axınla fikri mübarizə hz. Mehdi ilə davam edəcək və nəticəyə çatdırılacaq.

Bədiüzzaman da “TAMAMİLƏ SUSDURACAQ” ifadəsi ilə, ancaq hz. Mehdinin bu mübarizədə “tam üstünlük təmin edəcəyinə” işarə edir. b) Hz. Mehdi müsəlmanların mənəvi öndəri olacaq.

“XİLAFƏTİ MƏHƏMMƏDİYƏ ÜNVAN İLƏ (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi ünvanı ilə) ŞEAİR-İ İSLAMİYEYİ (İslam əxlaqının əsaslarını) CANLANDIRMAQDIR (yenidən canlandırmaqdır).” (Emirdağ Lahikası, səh. 259)

Bədiüzzaman “XİLAFƏTİ MƏHƏMMƏDİYƏ ÜNVANI İLƏ” sözləri ilə hz. Mehdinin İslam dünyasının öndəri olacağını ifadə edir. Hz. Mehdinin “İSLAM CƏMİYYƏTİNİN LİDERİ XÜSUSİYYƏTİ İLƏ İslamiyyəti yenidən canlandırması, sayı milyonlarla olan toplumun maddi və mənəvi gücü ilə hərəkət edərək bütün yer üzündə İslam Birliyini təmin etməsi” xüsusiyyətləri, nə Bədiüzzaman, nə də ondan əvvəlki mücəddidlərin dövründə baş verməyib. Bədiüzzaman Səid Nursi yaşadığı dövr boyunca İslam dünyası və müsəlmanlar adına bənzərsiz xidmətlər göstərmiş, bir çox insanın doğru yolu tapmasına, Allaha yaxınlaşmasına və imanda dərinləşməsinə vəsilə olmuşdur. Ardında hələ də müsəlmanlar üçün əhəmiyyətli hidayət rəhbəri olan hikmət dolu əsərlər qoymuş, üstün elm və fərasəti ilə bütün müsəlmanlara yol göstərmişdir. Böyük mütəfəkkir Bədiüzzaman, şübhəsiz ki, 13-cü əsrin mücəddididir. Ancaq Peyğəmbərimiz (s.ə.v)-in hədisləri istiqamətində açıqladığı kimi, “BÜTÜN MÜSƏLMANLARIN LİDERİ” xüsusiyyətini daşıması mümkün olmamışdır. Allahın icazəsi ilə bütün İslam aləmi üçün böyük müjdələr ehtiva edən bu hadisələr, Axırzamanda hz. Mehdi vəsiləsi ilə yaşanacaq və bu ünvanı da hz. Mehdi daşıyacaq. Bədiüzzaman bu mövzunu bütün dəlilləri ilə birlikdə izah edərək, özünün Axırzaman Mehdisi olmadığını açıq şəkildə ifadə etmişdir.

Bu gün dünyada 1 milyarddan çox müsəlman yaşayır. Dünya tarixində ilk dəfə müsəlmanlar sayca bu qədər çoxdurlar. Bu böyüklükdə kütləyə öndərlik etmək tarixdə heç kimə nəsib olmamışdır. Bədiüzzamanın da müjdələdiyi kimi, bu şərəfli xüsusiyyəti Allahın icazəsi ilə Axırzamanın “Böyük Mehdisi” daşıyacaq.

Bədiüzzaman “ŞEAİRİ İSLAMİYEYİ CANLANDIRMAQDIR” sözləri ilə hz. Mehdinin ikinci vəzifəsinin İslam əxlaqının əsaslarını yenidən canlandırmaq olduğunu ifadə etmişdir. Bədiüzzamanın burada istifadə etdiyi “CANLANDIRMAQ” sözü çox əhəmiyyətlidir. Bu söz “yenidən həyata qovuşdurmaq” mənasındadır. Hz. Mehdi İslam əxlaqının dünya səviyyəsində yaşanmasına vəsilə olacaq. Bədiüzzaman bu mövzunun toxumlarını atmışdır, ancaq özünün də ifadə etdiyi kimi “yenidən həyata qovuşdurma şəklində bir canlanma”, tam mənası ilə hz. Mehdi vəsiləsi ilə yerinə yetiriləcək. c) İndiyə qədər olmamış İslam Birliyini hz. Mehdi quracaq.

“ALƏMİ İSLAMIN VƏHDƏTİNİ (İslam aləminin birliyini) NÖQTƏ-İ İSTİNAD EDİB (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və qəzəbi İlahidən (Allahın əzabından) qurtarmaqdır.” (Emirdağ Lahikası, səh. 259)

Bədiüzzamanın açıqlamalarına görə hz. Mehdi hal-hazırda müxtəlif qruplar halında dağınıq olan müsəlmanları birləşdirəcək, İslam əxlaqını və fəzilətini, Peyğəmbərimiz (s.ə.v)-in əsl sünnələrini canlandıracaq. İslam aləminin birliyini meydana gətirəcək, bu vəsilə ilə bəşəriyyəti maddi və mənəvi təhlükələrdən qurtaracaq və insanların Quran əxlaqını tətbiq edərək Allahın qəzəbindən çəkinmələrinə vəsilə olacaq.

Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin daha əvvəl heç bir mücəddid tərəfindən yerinə yetirilməmiş vəzifələrindən birinin “İSLAM BİRLİYİNİN TƏMİN EDİLMƏSİ” olduğunu bildirir. Hz. Mehdi bu birliyin qurulmasına vəsilə olacaq, milyonlarla Müsəlmanı bir yerə gətirəcək. Bədiüzzamanın da vurğuladığı kimi, İslam Birliyinin təmin edilməsi və bu birliyin liderliyi ünvanının daşınması Bədiüzzamanın dövründə, ondan əvvəlki mücəddidlərin tarixində və dövrümüzdə hələ baş verməyib. Bədiüzzaman da bu həqiqəti vurğulamış, bu hadisələrin hz. Mehdinin tanınmasında ən əhəmiyyətli əlamətlərdən biri olacağını xatırlatmışdır. Hz. Mehdi gələndə Bədiüzzamanın da ifadə etdiyi kimi, vəsilə olacağı bu hadisələrlə Allah onu bütün insanlara tanıdacaq. d) Hz. Mehdi əsl İsəvilər ilə ittifaq edib, Quran əxlaqını dünyaya

yayacaq.

“O ŞƏXSİN üçüncü vəzifəsi, XİLAFƏTİ İSLAMI, yəni (İslam xəlifəliyini) BİRLİYİ İSLAMA BİNA EDƏRƏK (İslam Birliyi üzərinə quraraq), İSƏVİ RUHANİLƏR İLƏ (dindar Xristianlarla və Xristian alimləri ilə) İTTİFAQ EDİB (əməkdaşlıq və həmrəylik içərisinə girərək) DİNİ İSLAMA (İslam dininə) XİDMƏT ETMƏKDİR.” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)

Bədiüzzaman hz. Mehdinin üçüncü vəzifəsinin, İslam cəmiyyətini birləşdirib Xristian öndərlər ilə İslam və Xristianlığın ortaq cəbhəsi olan “materializm və dinsizliyə” qarşı ittifaq etmək və bu yolla İslam dininə xidmət etmək olduğunu bildirir. Bir Quran ayəsində, “…Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, – deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.” (Maidə surəsi, 82) sözləri ilə bildirildiyi kimi, səmimi müsəlmanlar və səmimi xristianlar bir-birlərinin müttəfiqidirlər. Dinsizliyə qarşı ortaq fikri mübarizə aparmalı və bir- birlərinə kömək etməlidirlər. Axırzamanda bu həmrəyliyin ən gözəl nümunəsi hz. İsa və hz. Mehdi vəsiləsi ilə yaşanacaq. Bədiüzzaman da bu sözləri ilə hz. Mehdinin bu əhəmiyyətli əlamətinə diqqət çəkir.

Hz. Mehdinin İslam Birliyini qurub Xristian öndərlərlə ittifaq etməsi və bu vəsilə ilə İslama xidmət etməsi, Bədiüzzamanın yaşadığı dövrdə və əvvəlində baş verməmişdir. Bədiüzzaman özü həyatda ikən hələ baş verməmiş bu hadisələri xatırladaraq, hz. Mehdinin özündən sonrakı tarixdə gələcəyini müjdələyir və özünün hz. Mehdi olmadığını bir daha vurğulayır.