Hz. Mehdinin tələbələrinin xüsusiyyətləri nələrdir?

“Bu vəzifənin istinad etdiyi (əsaslandığı) güc və mənəvi ordusu tək ixlas, sədaqət və təsanüd (həmrəylik) sifətlərinə tam sahib olan bəzi şagirdlərdir (tələbələrdir). NƏ QƏDƏR AZ olsalar, mənəvi bir ordu qədər qüvvətli və qiymətli sayılarlar.” (Emirdağ Lahikası, səh. 259)

1) Hz. Mehdi camaatının sayının hədislərdə 313 nəfər olacağı ifadə edilmişdir. Belə olması da yenə cəmiyyətin əksəriyyəti tərəfindən tanına bilmədiklərini göstərir. İnsanları Allaha iman etməyə dəvət edən, dinə çox böyük xidmətlər verən belə qiymətli bir insana inananların sayının bu qədər az olması çox təəccüblüdür. Hədislərdə hz. Mehdiyə çox az insanın tabe olacağı belə bildirilir:

“Məhəmməd ibn Hənəfi (r.ə)-dan rəvayət edildi ki: Sayları Bədir Səhabələri (313) qədərdir. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara yetişə bilməzlər. Onların sayları Talut ilə çayı keçənlər qədərdir.” (Kitab-ul Burhan Fi Əlaməti Mehdiyy-il Axır Zaman, səh. 57)

“Bədir döyüşündəki əsgərlər kimi 313 nəfərin əmrini əlində tutaraq ətrafa meydan oxuyacaq. Çünki bu 313 nəfər gecə abid (çox ibadət edən şəxs) gündüz qəhrəman xüsusiyyətini daşıyar.” (Kıyamet Alametleri, səh. 169)

“Aralarında qadınların da olduğu 314 nəfərdən ibarət qrupdurlar. Onlar hər zalıma qalib gələrlər. Onların ürəkləri dəmir kimidir və onlar gündüz aslan, gecə isə abiddirlər. Nə əvvəlkilər, nə də sonrakılar fədakarlıqda onlara yetişə bilməz.” (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh.57-68)

“Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək.” (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 25)

Hədislərin işarələrinə görə Axırzamanda müsəlmanlara yönəldiləcək təzyiq mühiti, onların əleyhinə icra edilən təbliğatlar və atılan böhtanlara görə hz. Mehdiyə çox az insan tabe olacaqdır (doğrusunu Allah bilir).

Belə qiymətli şəxsin ətrafında saysız insan olmalı, insanlar ona kömək edə bilmək üçün böyük bir şövq və həyəcan içində yarışmalıdırlar. Ancaq dövrün Axırzaman olması, haqq ilə batilin yer dəyişdirməsi, insanların Quran əxlaqından uzaqlaşmaları əxlaqi korlanmanın çox yüksək səviyyəyə çatması, hz. Mehdinin camaatının sayının az, amma qətiyyətli şəxslərdən meydana gəlməsinə səbəb olacaq.

2) Sosial təzyiq, insanların tarix boyunca iman sahiblərinə kömək etmələrinə maneə törədən əhəmiyyətli səbəblərdən biridir. Quran ayələrində bu mövzuda hz. Musaya iman edən gənclər nümunə verilir. Ayədə bu şəkildə bildirilir:

“Firon və qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız bir dəstə (gənc) iman gətirdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı və həddi aşanlardan idi.” (Yunis surəsi, 83)

Yuxarıdakı ayədə hz. Musaya “Firon və qövmü bəlaya məruz qalmaq qorxusu ilə” iman edən heç kimin olmadığı bildirilir. İnsanlar hz. Musaya iman etsələr, təzyiqə məruz qalacaqlarını, yurdlarından sürgün ediləcəklərini, həbs olunub öldürüləcəklərini düşünürdülər. Bu qorxu səbəbi ilə də iman edənlərdən uzaq durmuş, başlarına pis şeylər gələcəyini düşündükləri üçün onlara yaxınlaşmamışlar. Halbuki hz. Musa və onunla birlikdə olan saleh möminlər, Allahın icazəsi ilə çox şərəfli və mübarək həyat yaşayıblar. Axirətdə də gözəl əxlaqlarının, səbirlərinin, yaxşı davranışlarının qarşılığını ən gözəl şəkildə alacaqlarına ümid edirlər. Hədislərin işarələrinə görə eyni vəziyyət hz. Mehdinin ilk dövrlərində də olacaq, cəmiyyətin böyük təbəqəsi mənfəətlərinə zərər gəlməsin deyə hz. Mehdiyə yaxın olmaqdan, onu dəstəkləməkdən qaçacaqlar.

Ayədə xəbər verilən məlumatlardan biri də hz. Musaya yalnız qövmündən gənc toplumun iman etməsidir. Hədislərdə, hz. Mehdiyə də gənclərin tabe olacağına işarə edilir. Bu məlumatlara görə hz. Mehdinin camaatı sayca az, gənclərdən ibarət olacaq (doğrusunu Allah bilir). Hz. Mehdinin ətrafında gənclərin olacağına işarə edən hədislərdən bəziləri bu şəkildədir:

“Mehdi bizdən Əhli Beytdən (soyumdan) bir gəncdir. Qocalarınız ona yetişməyəcək, gəncləriniz isə ona ümid edəcəklər. Allah dilədiyini edəcək.” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh.23)

“Mehdinin bayraqdarı, saqqalı yüngül, rəngi sarı, kiçik gənc olacaq.” (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 51)

“Onun bayraqdarı şərqdən Təmimi soyuna mənsub bir gənc olacaq.” (El- Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 26)