Hz. Mehdi tam mənasıyla ortaya çıxdığında, hz. Məhəmmədin bildirdiyi şəkil və surəti, mübarizəsi, köməkçiləri, fəth edəcəyi yerlər ilə əlaqədar bütün hədisi-şəriflərlə uyğunluq göstərəcək, beləcə bu mövzuda heç kimin ürəyində ən kiçik bir şübhə və tərəddüd qalmayacaq. Hər kəs tam qərara gələrək, onun Mehdiliyini təsdiq edəcək. Hədislərdə hz. Mehdinin Mehdiliyinin, tam olaraq ortaya çıxdığı dövrdə hər kəs tərəfindən qəbul ediləcəyi belə bildirilir:
Onun adıyla səmadan səs eşidiləcək və heç kim onun Mehdiliyini inkar etməyəcək. (əl-Kavlu-l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
Bir insan (Mehdi) səmadan adıyla mütləq çağırılacaq və dəlil onu inkar etməyəcək, zəlil ona mane olmayacaq. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 52)
Göydən bir səs gələcək, onu nə dəlil inkar edəcək və nə də dəlil olmaqdan o saxlayacaqlar. (Qiyamət əlamətləri, səh. 200)

