“Birinci vəzifə maddi güc ilə deyil, bəlkə qüvvətli etiqad (güclü və səmimi iman) və ixlas (yalnız Allahın məmnuniyyətini güdmə) və sədaqətlə (ürəkdən bağlılıqla) olduğu halda, BU İKİNCİ VƏZİFƏ ÜÇÜN ÇOX BÖYÜK MADDİ GÜC VƏ HAKİMİYYƏT LAZIMDIR Kİ, TƏTBİQ EDİLƏ BİLSİN (yerinə gətirilə bilsin).” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman hz. Mehdinin ikinci vəzifəsini ancaq “BÖYÜK MADDİ GÜC VƏ HAKİMİYYƏT İLƏ” həyata keçəcəyini vurğulamışdır. Bu gücə sahib olacaq tək şəxs hz. Mehdidir. Bədiüzzaman hz. Mehdinin bu vəzifəsini dünya səviyyəsində həyata keçirəcəyini xatırladaraq, onun sahib olacağı maddi güc və hakimiyyətin də çox böyük miqyasda olacağına diqqət çəkmişdir. Bədiüzzaman yaşadığı müddət ərzində belə güc və hakimiyyət sahibi olmamışdır. Bütün həyatını Quran əxlaqının təbliğinə həsr etmiş, bu uğurda hər cür fədakarlığı gözə almış və çox böyük xidmət etmişdir. Ancaq onun təbliği maddi güc və hakimiyyət içərisində deyil, çox çətin maddi şərtlərdə və bənzərsiz çətinliklər içərisində keçmişdir. Həm Bədiüzzaman, həm də tələbələri böyük iman xidmətlərini çox məhdud imkanlarla reallaşdırmışlar. Bütün bu çətinliklər içərisində, Bədiüzzaman şərəfli mübarizəsini davam etdirmiş və ixlas ilə, səmimiyyəti ilə müsəlmanlara əhəmiyyətli nümunə olmuşdur. Ancaq şəxsən özünün də ifadə etdiyi kimi, bu vəziyyət, hz. Mehdinin əldə edəcəyi “çox böyük maddi güc və hakimiyyət”in Bədiüzzamanın həyatında heç vaxt olmadığını açıq şəkildə ortaya qoymuşdur. Necə ki, Bədiüzzaman da, özünə Mehdilik isnad edən şəxslərə hz. Mehdi olmadığını bu dəlili də qarşıya qoyaraq açıqlamışdır.

