Hz. Mehdinin Köməkçiləri Neçə İnsan Olacaq?

Hədislərdə verilən məlumatlardan hz. Mehdinin, ətrafında Allaha olan bağlılığı, ixlası və üstün əxlaqıyla diqqət çəkən biri olacağı aydın olur. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin, dinin və müsəlmanların xeyrinə istiqamətli olaraq çox xidmət edən, çox əhəmiyyətli fəaliyyətlər icra edən biri olacağını bildirmişdir. Normal şərtlərdə əxlaqı Peyğəmbərimiz (s.ə.v)-a bənzədilən, yalnız Allahın razılığına uyan, bütün insanların dünyada və axirətdəki qurtuluşu üçün səmimi səy göstərən, dünyaya hüzur, barış, bolluq, bərəkət gətirəcək belə xeyirli və qiymətli bir insanın ətrafında çox sayda insan toplanmış olması lazımdır. Onun bu əxlaqını və etdiyi xeyirli fəaliyyətləri açıq şəkildə görən hər müsəlmanın bu kimsənin yanında olmağı və hz. Mehdi ilə birlikdə davranan haqq birliyə dəstək verməyi istəməsi; və onlara kömək edə bilmək üçün böyük bir şövq və həyəcan içində bir-birləriylə yarışmaları lazımdır. Ancaq buna baxmayaraq hədislərdə, müsəlmanlar arasında da hz. Mehdini dəstəkləyən insanların saylarının son dərəcə az olacağı bildirilmişdir:

Sayları Bədir səhabələri (313) qədərdir. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər. Onların sayları Talut ilə çayı keçənlər qədərdir. (Kitab-ul Burhan Fi Əlaməti Mehdiyy-il Axırzaman, səh. 57)

Bu 313 insan gecə abid (çox ibadət edən kimsə) gündüz qəhrəman xüsusiyyətini daşıyırlar. (Qiyamət əlamətləri, səh. 169)

Aralarında qadınların da olduğu 314 nəfər bir qrup meydana gətirərlər. Onlar hər zalıma qalib gəlirlər. Onların ürəkləri dəmir kimidir və onlar gündüz aslan, gecə də abiddirlər. Nə əvvəlkilər, nə də sonrakılar fədakarlıqda onlara çata bilməz. (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 57-68)

Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 25)

Hz. Mehdinin bu vəziyyəti hz. Yusifin həyatıyla böyük bənzərlik göstərir. Quranın “(Quraqlıq başlayınca) Yusifin qardaşları yanına gəldilər, onu tanımadıqları halda özü onları dərhal tanıdı.” (Yusif surəsi, 58) ayəsiylə, Hz. Yusifin qardaşlarının onu tanıya bilmədiyi, ancaq onun qardaşlarını tanıması xəbər verilmişdir. Məhz hədislərin işarəsinə görə, hz. Mehdi də, eyni hz. Yusif kimi olacaq; o insanları görəcək, amma insanlar onu fərq edə bilməyəcəklər. Bundan ötəri də ona kömək edən insanların sayı olduqca az olacaq.