Quranda xəbər verilən məlumatlardan biri də hz. Musaya yalnız qövmündən gənc bir birliyin iman etmiş olmasıdır:
Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)
Hədislərdə, hz. Mehdiyə də gənclərin tabe olacağına işarə edilir. Bu məlumatlara görə hz. Mehdinin camaatı həm say baxımından az, həm də gənclərdən ibarət olan bir birlik olacaq (doğrusunu Allah bilir). Hz. Mehdinin ətrafında gənclərin olacağına işarə edən hədislərdən bəziləri bu şəkildədir:
Mehdi bizdən Əhli Beytdən (soyumdan) bir gəncdir. Qocaların ona çatmayacaq, gəncləriniz isə onu ümid edəcəklər. Allah dilədiyini edəcək. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 23)
Mehdinin bayraqdarı, saqqalı yüngül, rəngi sarı, kiçik bir gənc olacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 51)
Onun bayraqdarı şərqdən Temimi soyuna mənsub bir gənc olacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 26)

