“Allah-Təala beyn-əs səma vəl-ərz aləmini (yer ilə səma arasında olan aləmi) bir dəqiqəyə buludlarla doldurub boşaltdığı kimi, dənizdəki tufanları bir saniyəyə təskin edər (sakitləşdirər), yazda bir saat ərzində yay fəslinin nümunəsini və yayda bir saat ərzində qış fırtınasını icad edən QƏDİRİ-ZÜLCƏLAL (hər şeyə qadir olan Allah-Təala) HZ. MEHDİ İLƏ ALEMİ İSLAMIN (İslam dünyasının) ZÜLUMATINI (zülm, zülmət dövrünü) ARADAN QALDIRA BİLƏR. BUNU VƏD ETMİŞDİR VƏ VƏDİNƏ ƏMƏL EDƏCƏKDİR.” (Mektubat, səh. 411-412)
Bədiüzzaman Cəlal və Qüdrət sahibi olan Rəbbimizin hz. Mehdi ilə dinsizlik və zülm dövrünü bitirəcəyini bildirmişdir. Rəbbimizin bir dəqiqədə yer ilə göy arasındakı aləmi buludlarla doldurub boşaltdığı, dəniz fırtınalarını bir saniyədə dayandırdığı kimi, yazda bir saatda yay mövsümünü, yayda bir saatda qış tufanını yaratdığı kimi bu hadisəni dərhal həyata keçirəcək gücə sahib olduğunu xatırlatmışdır. Bədiüzzaman Allahın bu vədinin haqq olduğunu və vədini mütləq yerinə yetirəcəyini bildirmişdir.
Hz. Mehdi Allahın izni ilə İslam dünyasının üzləşdiyi zülm və çətinliklərə son qoymaqla vəzifələndirlimiş şəxs olacaq və fəaliyyəti ilə bütün dünyada nüfuz sahibi olacaq. Halbuki, bütün dünyanın gözü qarşısında baş verəcək belə vəziyyət nə Bədiüzzaman dövründə, nə də ondan əvvəl yaşanmamışdır. Bu zülm Bədiüzzaman dövründə də davam edirdi; kommunizm hələ devrilməmişdi. Müsəlmanların zülmü bütün dünyanın gözü qarşısında baş verirdi. Çox yaxın vaxtlara qədər Bosniyada və hal-hazırda isə Kəşmir, Moro, Fələstində və dünyanın bir çox yerlərində müsəlmanların ən əsas hüquqları belə haqsız yerə əllərindən alınaraq öldürüldükləri hamıya məlumdur.
Buna görə də Bədiüzzamanın yaşadığı dövrdə zülm və əsarətin aradan qaldırılmasından söhbət gedə bilməzdi. Bu şərtlərə görə Bədiüzzamanın həyatının əksər hissəsini zülm və əsarət altında keçirmişdir. Bədiüzzamanın hədislərdə deyildiyi kimi, İslam dünyası üzərindəki bu zülmü aradan qaldıra biləcək yeganə şəxsin hz. Mehdi olacağını bildirmişdir. O, belə hadisəyə vəsilə olmadığını və bu vəzifəni yerinə yetirəcək şəxsin hz. Mehdi olduğunu bildirmişdir.

