Hz. Mehdinin Gəlməsinin Yaxınlaşdığını Göstərəcək Olan Əlamətlər Hansılardır?

HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİNİN ARXA-ARXAYA MEYDANA GƏLMƏSİ

Qiyamət əlamətləri bir-birini təqib edərək meydana gəlir. Bir sıradakı muncuqların ard-arda qopması kimi. (Ramuz-Əl Ehadis, 277/6; Camiüs-Sagir, 3/167)

FİTNƏLƏRİN ÇOXALMASI

Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin səmadan səslənərək: “Ey insanlar, əmriniz artıq Mehdidir” deməsinə qədər davam edəcək. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

HZ. MEHDİNİN ÇIXIŞINDAN ƏVVƏL İĞTİŞAŞLARIN YAYILMASI

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar yayılmış hala gələcək… (Camiüs-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)

DÜNYANIN HƏR YERİNİ QARIŞIQLIQ VƏ İĞTİŞAŞLARIN BÜRÜMƏSİ

Dünya hərc-mərc* içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri bəzisinə hücum etdiyində, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə təmkinli davranmadığında Allah, bu sırada onlardan ədavətin (düşmənliyin) kökünü qazıyaraq dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, Axırzamanında dinə dəstək olacaq, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdi) göndərəcək. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman)

(*) hərc-mərc: İnsanlar arasında meydana gələn fitnə, fəsad, iğtişaş, qarışıq mühit.

QADINLAR VƏ UŞAQLARIN BELƏ QƏTL EDİLDİYİ FİTNƏLƏRİN YAŞANMASI

Günahsız insanlar qətl oluncaya qədər Mehdi çıxmayacaq və qırğınlara yerdə və göydəkilər, artıq dözə bilməz bir hala gəldiyində zühur edəcək… (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 37)

Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman özündən hər kəsin razı olacağı bir gedişatda olan hz. Mehdi çıxar. (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 38)

HZ. MEHDİ YOLLARIN KƏSİLDİYİ BİR DÖVRDƏ ÇIXACAQ

Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman… (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 39-40)

MÜSƏLMANLARA BASQININ ARTMASI

Rüku və səcdəyə gedən hər kəsi cəzalandırılar. Zülm, fəsad və fisq çıxarar. Alim və zahidləri qətl edər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Ali-Məhəmmədə düşmən kəsilər… (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 37)

Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmrlər, əmrlərdən sonra zalım məliklər gələr. Son olaraq da Əhli Beytimdən biri çıxar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 84)

MƏSCİDLƏRİN DAĞIDILMASI

Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən əsəbi sifətli, sərt ürəkli insanlardan bir ordu qurar və bunlar hər tərəfdə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 35)

HARAMLARIN HALAL SAYILMASI

Bir fitnə görülər, bunu digər fitnələr izləyər və birincilər sonuncuların qılıncla qarşıdurmaya dönüşünü qamçılayar və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gəlir. Sonra da xilafət, yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 26)

ALLAHIN AÇIQ ŞƏKİLDƏ İNKAR EDİLMƏSİ

Alenen və açıq-aşkar Allah Təala inkar edilənə qədər hz. Mehdi (ə.s) gəlməz. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 27)

İRAN-İRAQ MÜHARİBƏSİ

Axırzamanda meydana gələcək əhəmiyyətli bir müharibə hədisdə belə xəbər verilər:

Şəvval ayında qiyam, zilqədədə döyüş danışıqları, zilhiccədə isə hərb baş verəcək. (Qiyamət əlamətləri, Bərzənci, səh. 166)

Hədisdə ifadə edilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsindəki mərhələlər ilə eyni tarixlərə uyğun gəlir:

Şəvval ayında qiyam…

İran Şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə ifadə edilən 5 şəvval 1398 (8 sentyabr 1976)da olmuşdur.

Zilqədədə hərb danışıqları və zilhiccədə isə müharibə baş verəcək…

Hicri 1400 zilhiccə (1980 oktyabr) ayında İran-İraq arasındakı müharibə tam mənasıyla başlamışdır.

ƏFQANISTANIN İŞĞALI

Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla bilən insanlar vardır. Onlar Axırzaman Mehdisinin köməkçiləridir. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 59)

Talikana təəssüf oldu…

Hədisdə Əfqanıstanın hz. Mehdi zamanında işğal ediləcəyinə işarə ola bilər. Həqiqətən də rusların Əfqanıstanı işğalı olan 1979-cu il hicri 1400-cü ilə, digər bir ifadəylə hicri 14-cü əsrin başlanğıcına uyğun gəlir. Bilindiyi kimi hədislərdə hz. Mehdinin əsrin əvvəlində çıxacağı xəbər verilmişdir. Hz. Mehdiylə əlaqədar digər bir çox əlamətin də hicri 1400-cü ilə və hicri 14-cü əsrin əvvəllərinə uyğun gəlməsi bu tarixlərin hz. Mehdinin çıxışı haqqında əhəmiyyətli bir işarə daşıdığını göstərir.

Orada qızıl və gümüş olmayan xəzinələri vardır…

Rəvayətin bu hissəsində Əfqanıstanın maddi zənginlik qaynaqlarına diqqət çəkilmiş ola bilər. Bu gün Əfqanıstanda müxtəlif səbəblərlə istifadəyə verilməmiş böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri təsbit edilmişdir.

ÇÖLDƏ BATAN ORDU HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR

Ancaq bu ordu çölə girdiyində, Zulhüleyfə deyilən yerdə elə torpağa basdırılacaq ki, onların üstdə olanları altdakıları, altda olanları üstdəkiləri qiyamətə qədər görə bilməyəcəklər. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 21)

FİRATIN SUNUNUN KƏSİLMƏSİ

Mehdinin əlamətlərindəndir: Firat çayının dayandırılması. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 39)

RAMAZANDA AY VƏ GÜNƏŞ TUTULMALARI

Mehdi üçün 2 əlamət vardır ki, bunun birincisi, Ramazanın birinci gecəsi Ayın, ikincisinin də ortasında Günəşin tutulmasıdır. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 49)

Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq. (Qiyamət əlamətləri, Bərzənci, səh. 199)

Onun səltənəti zamanında, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın ilkində isə Ay qaralacaq… (Məktubatı Rəbbani, 2/1163)

… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması… (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 38)

Ramazanda iki dəfə Ay tutulması olacaq. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

Mehdinin gəlişi Ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq. (Qiyamət əlamətləri, səh. 200)

Mehdinin çıxmasından əvvəl bir Ramazan içində Günəş iki dəfə tutulacaq. (Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri, Şarani, səh. 440)

Yuxarıdakı rəvayətlərdə diqqəti çəkən ən əhəmiyyətli nöqtə ramazan ayının ortasında həm Günəş tutulmasının, həm də bir ay içində “Ay”ın və “Günəş”in iki dəfə tutulmasının qeyri-mümkün olduğunun fərq edilməsidir. Bu, normal şərtlərdə reallaşmayacaq bir vəziyyətdir. Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqliliklər olduğu gözə dəyər. Yuxarıdakı 1, 2 və 3-ci rəvayətlərdə Ay, ramazanın birinci günü, 4-cü rəvayətdə isə sonuncu günü tutulacaq. Buna görə, yuxarıdakı hədis rəvayətlərinin cəmindən çıxan ortaq nəticələndirər bunlardır:

1) Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.

2) Bu tutulmalar 14-15 gün arayla olacaq.

3) Bu tutulmalar iki dəfə təkrarlanacaq.

Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (hicri 1401-ci ildə) ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə “ikinci olaraq”, 1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.

Həmçinin bu hadisədə “Ay”ın ramazanın tam ortasında BÜTÖV AY halında tutulması və diqqətləri çəkəcək bir əlamət olaraq meydana çıxması da son dərəcə mənalıdır.

Bu hadisələrin hz. Mehdinin digər çıxış əlamətləriylə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində, üst-üstə iki il (1401-1402) möcüzəvi bir tərzdə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini qüvvətləndirir.

QUYRUQLU ULDUZUN DOĞULMASI

Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq. (Qiyamət əlamətləri, Bərzənci, səh. 200)

O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 32)

Hədislərdə ifadə edildiyi kimi:

– 1986-cı ildə (hicri 1406-cı ildə) yəni 14-cü əsrin əvvəllərində “Halley” quyruqlu ulduzun Dünyamızın yaxınından keçmişdir. Bu ulduz parlaq, işıqlı bir ulduzdur.

– Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.

– 1981 və 1982-ci (1401-1402) illərində meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.

KƏBƏ BASQINI VƏ KƏBƏDƏ QAN AXIDILMASI

Onun çıxacağı il, insanlar həccə, başlarında bir əmr olmadan gedəcəklər. Birlikdə Beyti Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cəmrəsinin üzərinə axacaq. (Qiyamət əlamətləri, Bərzənci, səh. 169)

İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində ətrafları, itlərin savaşı kimi sarılıb, qəbilələrin bir-birinə girməsi ilə böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 35)

Yuxarıdakı hədislərdə “onun çıxacağı il” cümləsi istifadə edilərək, hz. Mehdinin çıxış tarixində Həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkilir. 1979-cu ildə, həcc əsnasında reallaşan Kəbə basqınında eynilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki; bu qanlı Kəbə basqını da Mehdinin digər əlamətlərinin reallaşdığı dövrün tam başında yəni hicri 1400-cü ilin ilk günündə, məhərrəm ayının 1-i 1400-cü il (21 noyabr 1979) tarixində meydana gəlmişdir.

Yenə hədisi-şərifdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə terrorçu militanlar arasında meydana gələn vuruşmada 30 insanın öldürülməsi, bu rəvayətin qalan qismini də təsdiqləmişdir.

1979-cu ildə (hicri 1400) reallaşan bu Kəbə basqınının ardından 7 il sonra hicri 1407-ci ildə, Həcc əsnasında çox daha böyük qanlı bir hadisə meydana gəlmişdir. Bu hadisədə, küçələrdə nümayiş edən hacılara hücum edilərək 402 insan qətl edilmiş, çox qan axıdılmışdır. Beytül Muazzamın yanında, müsəlmanların (Səudiyyə ərəbistanı əsgərləri ilə İranlı hacıların) bir-birlərini öldürmələri ilə böyük cinayətlər işlənmiş, harama girilmişdir. Bu qanlı hadisələr, hədislərdə təsvir edilən mühitlə çox böyük bənzərliklər daşıyır:

Rəsulullah buyurdu: Ramazanda bir səda, şəvvalda bir səs, zilqədədə qəbilələr arasında döyüş olar. Hacılar talana uğrayar. Minada ölülərin çox olacağı bir döyüş olar, belə ki orada daşları qan gölü içində buraxacaq qədər qan axar. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 31)

ŞƏRQ TƏRƏFİNDƏN BİR ATƏŞİN GÖRÜLMƏSİ

“İkdiddurer” adlı kitabda Mehdinin zühur əlamətləri belə bəhs edilir: Şərqdə, səmada üç gecə görünən böyük bir atəşin çıxması. Mutad (alışılmış) şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada görülüb üfüqdə yayılması. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 32)

Şərqdən üç və ya yeddi gün ard-arda böyük bir atəş zühur edəcək, göydə qaranlıq görüləcək, göydə alışılmış olan qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq. Yer üzünün eşidib anlaya biləcəyi bir dillə səs eşidiləcək. (Qiyamət əlamətləri, Bərzənci, səh. 166)

Bilindiyi kimi İraqın, Küveyti iyul 1991-ci ildəki işğalı sonrasında, Küveytə aid neft quyularını atəşə verməsi nəticəsində Küveyt və Basra Körfəzini çox böyük bir atəş bürümüşdür.

Atəşə verilən iki quyu, Türkiyənin bir gündə çıxara bildiyi qədər neft verir və tüstülər 55 km. uzaqlıqdakı Səudiyyə Ərəbistanından belə görülə bilir. (Hürriyet, 23 yanvar 1991)

SAXTA PEYĞƏMBƏRLƏRİN ÇOXALMASI

Hər biri Allahın Elçisi olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 43; Əbu Davud, Melahim: 16)

Hər birisi özünü Tək Məbud olan Allahdan rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 36)

DİNİN ŞƏXSİ ÇIXARLAR ÜÇÜN İSTİFADƏ EDİLMƏSİ

Hər biri Allahın elçisi olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə qiyamət qopmayacaq. (Tirmizi, Fiten 43; Əbu Davud, Melahim 16)

Hər birisi özünün Tək Məbud olan Allahdan rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 36)

BÖYÜK VƏ HEYRƏT VERİCİ ŞEYLƏRİN MEYDANA GƏLMƏSİ

Onun zamanında böyük hadisələr baş verəcək. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)

Onun zühur qaynaqları və müqəddimələri (çıxış əlamətləri) Rəsulullahımızın irhasatına* bənzəyər. (Məktubatı Rəbbani, 2/258)

(*) İrhasat: Hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərliyindən əvvəl meydana gələn fövqəladə hallardır ki, bunlar peyğəmbərliyinə dəlil təşkil edən hadisələrdəndir.

Onun zamanında nə qədər heyrət verən hallar zühur edəcək. (Məktubatı Rəbbani, 2/258)

Hz. Məhəmməd (s.ə.v)-in doğumundan əvvəl böyük və fövqəladə hadisələr meydana gəlmişdi. Doğulduğu gecə yeni bir ulduz doğulmuş, atəşə tapınan İran Padşahlarının sarayının 14 bürcü yıxılmış, İranda 1000 ildir yanmaqda olan atəşpərəst atəşi sönmüş, Səmavi Vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu.

Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, hz. Mehdinin ortaya çıxışı da, Peyğəmbərimiz (s.ə.v)-kinə bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzə hadisələr olacaq. Son 100 ildir dünya üzərində meydana gələn böyük hadisələrin bəziləri belədir:

Kəbə basıldı və çox sayda müsəlmanın qanı axıdıldı.

2500 illik İran şahlığı yıxıldı və İran Şahı Rıza Pəhləvi öldü.

Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20.000 insanın ölümünə gətirib çıxardı.

İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir döyüş başladı.

Ruslar, Əfqanıstanı işğal etdi.

Mexiko City şiddətli bir zəlzələ ilə yerlə bir oldu.

Şimali Kolumbiyadakı Nevado Des Ruiz vulkanı 400 ildən sonra ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçıq üzündən Armero şəhəri xəritədən silindi. 20.000 insan öldü.

Banqladeşdəki sel 25.000 insanın ölümünə səbəb oldu.

Xristianlığın mərkəzi Romanı sular basdı.

1986-cı ildə Çində, tarixinin ən böyük meşə yanğını oldu.

Hindistan başçısı Qandi, Misir dövlət başçısı Ənvər Sədat, İsveç Baş naziri Olof Palme öldürüldü.

Papa II Jean Paul vuruldu.

1980-ci ilin əvvəllərində ilk AIDS hadisələri təsbit edildi. İndiyə qədər on minlərlə insanın ölümünə səbəb olan bu xəstəliyə “Əsrin vəbası” adı verildi.

1986-cı ildə kosmik gəmisi Challenger kosmosa buraxıldıqdan sonra partladı.

26 aprel 1986-cı ildə Ukraynadakı Çernobil nüvə stansiyasında indiyə qədər görülən ən böyük nüvə qəzası meydana gəldi. Bir çox Avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.

Ozon təbəqəsinin deşilməsi dünya iqlimi üzərində çox mənfi təsirlər buraxdı.

Sovet İttifaqı dağıldı və Qorbaçovla birlikdə Müstəqil Dövlətlər Birliyi ortaya çıxdı.

İraqın Küveyti işğal etməsindən sonra illərcə sürəcək olan Körfəz Müharibəsi başladı.

Ermənistandakı zəlzələdə şəhər xarabaya çevrildi. 500.000 insan evini tərk edərkən, ölü sayı 40.000-i aşdı.

1989-cu ildə Çində kommunist bölüklər tanklarla şagirdlərin üzərinə sürdü, Tiananmen meydanında 2000 şagird öldü.

Soyuq Müharibənin simvolu olan Berlin divarı inşasından tam 28 il sonra dağıdıldı.

1990-cı ildə Kəbədəki tuneldə yaşanan izdihamda 1400-dən çox hacı həyatını itirdi.

1991-ci ildə Banqladeşdə meydana gələn sellərin sonrasında təxminən 139.000 insan öldü, on milyonlarla insan evsiz qaldı.

Son 20 ildir Amerikada fırtınalar, qasırğalar, xortumlar və sellər dayanmaq bilmədi. Minlərlə insan öldü, milyonlarla insan evini tərk etdi və zərər hər səfərində milyard dollarlarla ölçüldü.

Bosniya və Kosovadakı qırğınlarda yüz minlərlə müsəlman öldürüldü və yüz minlərləsi yurdlarından çıxarıldı.

Ebola virusu on minlərlə insanın ölümünə səbəb oldu.

Əl Nino bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.

19 oktyabr 1987-ci ildə London birjası çökdü. Yaşanan böyük çaxnaşma nəticəsində 50 milyard sterlinqlik dəyər itkisi yaşandı.

19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki Federal binaya edilən bombalı hücumda 168 insan öldü.

22 mart 1997-ci ildə Hale-Bopp kometası, saatda 160 km. sürətlə dünyanın 195 milyon km. yaxınından keçdi. Adi gözlə görülə bilən Hale-Boppun keçməsi, bütün dünyada milyonlarla insan tərəfindən böyük bir maraqla qarşılandı.

10 may 1997-ci ildə İrandakı 7.1 şiddətindəki zəlzələdə 1500 insan öldü.

4 fevral 1998-ci ildə Əfqanıstandakı 6.1 şiddətindəki zəlzələdə 5 ibn insan həyatını itirdi.

25 yanvar 1999-cu ildə Kolumbiyadakı 6 şiddətindəki zəlzələdə 1171 insan həyatını itirdi.

21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 şiddətindəki zəlzələdə 2100-dən çox insan həyatını itirdi.

11 sentyabr 2001-ci ildə ABŞ-a, tarixin ən böyük terrorist hücumu təşkil edildi: İki sərnişin təyyarəsi, səhər saatlarında 18 dəqiqə ara ilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin olduğu iki göydələni vurdu. Ardından bir başqa təyyarə Pentaqona düşdü. Hücumda beş minindən çox insan öldü.

Hindistanda böyüklüyü 7.9 olan zəlzələ meydana gəldi və minlərlə insan həyatını itirdi.

Avropada yaşanan həddindən artıq istilər 10 minlərlə insanın ölümünə səbəb oldu.

60.000 ildə bir reallaşan hadisə meydana gəldi və Mars planeti Dünyaya ən yaxın mövqeyə gəldi.

Noyabr 2003-cü ildə dünyanın ən quraq bölgələrindən olan Məkkədə meydana gələn sel fəlakətində 12 insan həyatını itirdi.

26 dekabr 2004-cü ildə Cənubi Asiyada meydana gələn son 40 ilin ən böyüyü, 1900-cü ildən bu günə qədər isə ən böyük beşinci olan, 9 bal böyüklüyündəki zəlzələ və ardından meydana gələn tsunami, 225 mindən çox insanın ölümüylə nəticələnən bir fəlakətə səbəb oldu. Tsunamilər, Cənubi Asiya ölkələrindən İndoneziya, Şri Lanka, Hindistan, Malayziya, Tailand, Banqladeş, Myanmar, Maldiv Adaları və Seyşel Adalarını hətta 5 ibn km uzaqlıqdakı bir Afrika ölkəsi olan Somali sahillərinə belə vurdu.

GÜNƏŞDƏN BİR ƏLAMƏTİN MEYDANA ÇIXMASI

Mehdi, Günəşdən bir əlamət meydana çıxana qədər gəlməyəcək. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 49)

Günəş bir əlamət olaraq doğulmadıqca Mehdi çıxmaz. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 33)

Günəşdə belə böyük bir partlama hadisəsi ilk dəfə, yaşadığımız əsrdə meydana gəlmişdir.

Günəş tutulması

11 avqust 1999-cu ildə reallaşan Günəş tutulması əsrin axırıncı tam Günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını, həm də bu qədər uzun müddət izləyə bilmiş, araşdırma fürsəti əldə etmişdir. Bu tutulmada diqqət çəkən bir nöqtə də Türkiyənin bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən biri olmasıdır. Bartindən Silopiyə qədər, təxminən 12 şəhər və 100 rayon tutulmağı müşahidə edə bilmişdir.

BÖYÜK ŞƏHƏRLƏRİN YOX OLMASI

Böyük şəhərlər, dünən sanki yoxmuş kimi həlak olar. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 38)

ZƏLZƏLƏLƏRİN ÇOXALMASI

…Zəlzələlər çoxalmadıqca, fitnələr zahir olmadıqca, cinayətlər çoxalmadıqca qiyamət qopmaz. (Qiyamət əlamətləri, səh. 109)