Kasıblar çoxalacaq. (Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri, səh. 455)
Aclıq və həyat bahalılığı mümkün olduğu qədər yayılacaq. (Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri, səh. 440)
Dəccalın zühurundan üç il əvvəl, son dərəcə böhranlı günlər olacaq, aclıq hökm sürəcək… (Qiyamət əlamətləri, səh. 220)
Dəccalın çıxmasından əvvəl səma üç il yağışını saxlayar. Birinci ildə normal yağışın üçdə birini tutub üçdə ikisini yağdırar. Yer üzü bitkisinin üçdə birini bitirməz. İkinci ildə səma normal yağışının üçdə ikisini yağdırmaz. Yer üzü də bitkisinin üçdə ikisini bitirməz. Üçüncü ildə isə səma yağışının hamısını kəsər, yer üzü də bitkisindən heç birini bitirməz. (Əbu Davud, İbni Macə, Taberani; Gələcəyin tarixi 3, səh. 241)
Peyğəmbərimiz (s.ə.v)-n hədislərində hz. Mehdidən əvvəl yer üzündəki xalqlar arasında aclıq və kasıblığın yayılacağı bildirilmişdir. Heç şübhəsiz tarix boyunca aclıq və səfalət həmişə var olmuşdur. Ancaq Axırzamanda kasıblıq bütün dünya daxilində çox surətlə artacaqdır. Və bu vəziyyət də hz. Mehdinin gəlişinin xəbərçisi olacaq. Quranda bu vəziyyətin Allahın bir adetullahı olduğu belə xəbər verilir:
Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. (Əraf surəsi, 94)

