“Hər şeyə gücü çatan Allah hz. Mehdi ilə İslamın üstündəki qaranlığı dağıda bilər. Vəd etmişdir, vədini əlbəttə, həyata keçirəcək. Qüdrəti İlahiyyə (Allahın gücü) nöqtəsində çox asandır. Əgər səbəblər əsasında və hikməti Rəbbaniyə (Allahın diləməsi) nöqtəsində düşünülsə, yenə o qədər məqbul və həyata keçməyə layiqdir ki; əgər müxbiri Sadiqdən (doğru sözlü olan Peyğəmbər (s.ə.v)-dən) rəvayət olmazsa da hər halda elə olmalıdır. Və olacaqdır deyə əhli təfəkkür (mütəfəkkirlər) hökm edər.” (Mektubat, səh. 411-412)
Bədiüzzaman əsərlərində, gələcəyi hədislərdə dəqiq olaraq açıqlanan hz. Mehdinin müjdələnilməmiş olsa da, gəlməsinin Adətullaha (Allahın kainatda qoyduğu dəyişməz hökmlərə) uyğun olduğunu ifadə etmişdir.
Quranda bəhsi keçən bütün mömin toplumlarının başında bir elçi, ya da öndər vardır. Axırzamanda da Quran əxlaqının bütün yer üzünə hakim olması kimi dünya tarixinin çox müstəsna bir dövründə möminlərin başsız, öz halında toplum olaraq qalmaları Quranda bildirilən Adətullaha uyğun deyil (doğrusunu Allah bilir).
Ayələrdə bildirildiyi kimi, İslam əxlaqının hakimiyyəti Allahın vədidir. Allah “İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarını güc və iqtidar sahibi edəcəyini” (Nur surəsi, 55) vəd etmiş və bu vədinin qəti olduğunu bildirmişdir. Rəbbimiz bu vədini yerinə yetirəcək. Üstəlik Quranda, mömin toplumların başında mütləq bir liderin olduğu bildirilir. Hər peyğəmbər, nəbi və ya elçi, göndərildikləri cəmiyyətə öndərlik etmişdirlər. Tarix boyunca bütün nümunələrində görüldüyü kimi, hakimiyyət dövründə də müsəlmanların başında onlara yol göstərəcək liderləri mütləq olacaq. Peyğəmbərimiz (s.ə.v)-in mütəvatir hədislərində (içində yalan ehtimalı olmayan və yalan üzərində birləşmələri düşünülə bilməyəcək qədər çox olan bir camaata və əsaslı xəbərlərə əsaslanan hədislərlə), bu dövrdə möminlərin liderinin “hz. Mehdi” olacağı xəbər verilmişdir.
Uzun müddətdir ki, İslam dünyasının başında bütün müsəlmanları birləşdirəcək bir lider yoxdur. Müsəlmanların bu ilk lideri 1400 ildir müjdələnildiyi kimi hz. Mehdi olacaq. Hz. İsa Axırzamanda yer üzünə gələcək, möminlərə öndərlik edəcək və hz. Mehdi ilə birlikdə İslamın nurunun bütün insanları aydınlatmasına vəsilə olacaqlar.

