“Ümmətin gözlədiyi AXIRZAMANDA GƏLƏCƏK ŞƏXSİN ÜÇ VƏZİFƏSİNDƏN ƏN ƏHƏMİYYƏTLİSİ, ƏN BÖYÜYÜ VƏ ƏN DƏYƏRLİSİ OLAN İMAN-I TƏHKİKİYİ (əsl imanı) NƏŞR (yazmaq və paylamaq yolu ilə yaymaq) VƏ ƏHLİ İMANI (iman edənləri) DƏLALƏTDƏN (bidətdən) QURTARMAQ…” (Sikke-i Tasdik-i Gaybi, səh. 9)
Bədiüzzaman hz. Mehdinin üç böyük vəzifəsindən birincisinin və ən əhəmiyyətlisinin həqiqi imanı yayaraq insanların azğınlıqdan qurtulmalarına vəsilə olmaq olduğunu bildirmişdir.
Bədiüzzaman müsəlmanların gözlədiyi və Axırzamanda gələcək mübarək insanın tək bir vəzifəsinin olmayacağını bildirmişdir. Bu şəxsin “ÜÇ BÖYÜK VƏ GENİŞ MİQYASLI VƏZİFƏSİ” olacağını bildirmişdir. Bədiüzzaman bu vəzifələrin;
“İnsanların imanını xilas etmək,
İslam Birliyini qurmaq və bütün dünya müsəlmanlarının lideri olmaq,
Quran əxlaqını bütün dünyaya hakim etmək və xristianlarla ittifaq etmək olduğunu” açıqlamışdır.
Peyğəmbərimiz (s.ə.v)-in dövründən bu günə qədər göndərilən mücəddidlər arasında, 1400 ildir bu vəzifələrdən birini yalnız müəyyən istiqamətləri ilə yerinə yetirmiş İslam rəhbərləri olmuşdur. İslam tarixində insanların imanına vəsilə olmuş çoxlu böyük alimlər olmuşdur. Osmanlı sultanları İslam Birliyini idarə etmiş müsəlman liderlərdir. Lakin onların heç biri qeyd edilən ən vacib üç vəzifəni eyni zamanda və bütün dünyada geniş miqyaslı şəkildə yerinə yetirə bilməyiblər. Bədiüzzaman da burada hz. Mehdinin bu xüsusiyyətini vurğulayaraq, bu yüksək bacarıqlı insanın keçmişdə gəldiyini söyləməyin düzgün olmadığını və bu vəzifələri yerinə yetirməsinin onu insanlara tanıdan bir əlamət olacağını ifadə etmişdir.
Bədiüzzamanın “İMANI QURTARMA VƏZİFƏSİ”nin Axırzamanda gələcək hz. Mehdinin üç vəzifəsindən birincisi olduğunu bildirmişdir. Bu vəzifəni hz. Mehdinin “ən mühüm və ən qiymətli vəzifəsi” adlandırmışdır. Axırzamanda gələcək bu mübarək insanın öz zamanında “çox böyük və əhəmiyyətli imani xidmət” edəcəyini bildirmişdir. Bu xidmətin miqyası əvvəllər heç kimə nəsib olmamış dərəcədə böyük olacaq. Bədiüzzaman burada istifadə etdiyi “NƏŞR” sözü ilə iman həqiqətlərinin hər cür vasitə və müxtəlif kütləvi informasiya vasitələri ilə ediləcəyinə diqqət çəkmişdir. Bu yol ilə imanı yayma çalışması dünyadakı bütün insanlara məlum olacaq. Axırzamanda Məsih Dəccalın fitnəsi bütün insanları əhatə edəcək və bu qədər böyük fitnəni təsirsiz hala gətirib iman edənlərin imanını qorumaq hz. Mehdinin ən böyük vəzifələrindən biri olacaq. Bədiüzzaman heç bir mücəddidin belə böyük miqyaslı “imanı xilas etmə vəzifəsi”ni icra etmədiyini bildirmiş və hz. Mehdi (ə.s)-in bu vəzifəni böyük iz qoyacaq şəkildə yerinə yetirməsi ilə tanınacağına diqqət çəkmişdir.

