Hz. Mehdinin “ən böyük müctəhid” olacağını söyləyən Bədiüzzaman ictihad edib?

“Axırzamanın ən böyük fitnə-fəsadının yaşandığı bir zamanda, əlbəttə ki, ƏN BÖYÜK MÜCTƏHİD (zərurət yarandıqda ayələrdən hökm çıxaran böyük İslam alimi) və ƏN BÖYÜK MÜCƏDDİD (hər əsrin dövrün ehtiyaclarına görə dini həqiqətləri öyrətmək üçün hər əsrin əvvəlində göndərilmiş böyük İslam alimi, yeniləyən) həm HAKİM, həm MEHDİ, həm də MÜRŞİD (doğru yolu göstərən şəxs) və həm də QÜTBÜ-ƏZƏM (müsəlmanların bağlı olduqları böyük övliyalardan biri, dövrün ən böyük mürşidi) olaraq BİR ZATI NURANİNİ (nurlu) GÖNDƏRƏCƏK və O ŞƏXS də ƏHLİ-BEYTİ NƏBƏVİDƏN (Peyğəmbərimiz (s.ə.v)-in nəslindən) OLACAQDIR.” (Məktubat, səh. 411-412)

Axırzaman əlamətlərinin şiddətləndiyi bir dövrdə Allahın insanların qurtulmasına vəsilə olması üçün Peyğəmbərimiz (s.ə.v)-in soyundan nurani bir şəxs olan hz. Mehdini göndərəcəyini bəyan etmiş və bu mübarək insanı keçmiş mücəddidlərindən fərqləndirən xüsusiyyətləri açıqlamışdır.

Ən böyük müctəhid və ən böyük mücəddid:

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hər əsrin əvvəllərində din əxlaqını və qaydalarını izah edəcək və dövrün ehtiyaclarına uyğun açıqlamalar verəcək insanlara bir mücəddid göndəriləcəyini bildirir. Məsələn, İmam Rəbbani hicri 1000-ci ilin mücəddididir. Mövlana Xalidi Bağdadi 12-13-cü əsrlər arasındakı mücəddiddir. Bədiüzzaman hicri 12-ci əsrin mücədddidi Mövlana Xaliddən düz yüz il sonra nəşr olunan Risalə-i Nurun müəllifi olduğu üçün 13-14-cü əsrlər arasında mücəddid olduğunu da ifadə etmişdir.

Bədiüzzaman hz. Mehdinin isə özündən sonra gələcəyini tarix verərək bildirmiş, hicri 14 və 15-ci əsrlər arasındakı “mücəddid”in hz. Mehdi olacağını müjdələmişdir. Bədiüzzaman bu ifadəsində də hz. Mehdi haqqında “ƏN BÖYÜK MÜCƏDDİD və ƏN BÖYÜK MÜCTƏHİD” sözlərindən istifadə edir. “MÜCƏDDİD” dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlayan, “MÜCTƏHİD” də ehtiyac olanda ayələrdən hökm çıxaran böyük İslam alimi və öndəridir. Bu vəsfə sahib böyük şəxslər İslam cəmiyyətlərinə nümunə olmuş, yol göstərmiş, zamanın qütbü olmuş öndərlərdir. Bu öndərlərdən bəziləri ictihad etmə (Quran və hədislərdən istifadə edərək hökmləri izah etmək) və hökm vermə vəsflərinə görə “məzhəb liderləri” olublar; müsəlmanlar da onlara tabe olublar.

İmam Hənəfi, İmam Şafi, İmam Hanbeli, İmam Maliki bu öndərlərdən olmuş 4 məzhəbin qurucusudurlar. Bütün əhli sünnət onların verdiyi hökmlərə əməl edirlər. Bədiüzzaman bu “müctəhid” və “mücəddid”lərin ən böyüyünün isə hz. Mehdi olacağını bildirmişdir. Bu da hz. Mehdinin ictihad etmə (Quran və hədislərdən istifadə edərək hökmləri izah etmək) və hökm vermə səlahiyyəti olan şəxs olaraq özünün də “bütün məzhəbləri aradan qaldıracağını” göstərir. Ən böyük məzhəb imamı olduğuna görə bütün məzhəbləri aradan qaldırmalıdır. Vaxtında hamının ona tabe olacağının bildirilməsi də bunu təsdiq edir.

Bədiüzzaman hz. Mehdinin “ən böyük mücəddid və müctəhid” olduğunu və bütün məzhəblərdən üstün olacağını bildirmişdir. Keçmişdən bu günə qədər bir çox İslam alimləri əsərlərində bu mövzudan bəhs ediblər. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi “Fütühat-ül Mekkiye” kitabında bu mövzuda aşağıdakı məlumatları vermişdir:

“…MEHDİ, DİNİ PEYĞƏMBƏRİN DÖVRÜNDƏ OLDUĞU KİBİ TƏTBİQ EDƏCƏK. O, BÜTÜN MƏZHƏBLƏRİ YER ÜZƏRİNDƏN QALDIRACAQ. XALİS HAQQ DİNDƏN BAŞQA HEÇ BİR MƏZHƏB QALMAYACAQ.” (Muhammed ibn Rəsul əl Hüseyin əl Bərzənci, “Kıyamet Alametleri”, səh. 186-187)

Hüseyin Hilmi Işık isə “Saadet-i Ebediye” adlı əsərində hz. Mehdinin bu xüsusiyyətlərindən belə xəbər vermişdir:

“HZ. MEHDİ AXIRZAMANDA DÜNYAYA GƏLƏCƏK. Allahın Rəsulu (s.ə.v)-in nəslindən olacaq. İsa (ə.s) ilə görüşəcək, BÜTÜN MƏZHƏBLƏRİ ARADAN QALDIRACAQ, YALNIZ ONUN MƏZHƏBİ QALACAQ.” (H. Hilmi Işık, “Saadeti Ebediye”, səh. 35)

Bədiüzzaman Səid Nursi Şafi məzhəbindəndir. O, təriqətçi olmamış və başqa bir məzhəbin qurucusuna tabe olmuşdur; İmam Şafini imamı kimi qəbul etmişdir. Bədiüzzaman bu mövzunu əsərlərində belə ifadə etmişdir:

“Əvvəla: Mən Şafiyəm…” (“Emirdağ Lahikası”, səh. 38)

“… həm xüsusi Şaficə ibadətimə.” (“Büyük Tarihçe-i Hayat”, səh. 202)

“Yalnız bu qədər var. Mən Şafiyəm…” (“Büyük Tarihçe-i Hayat”, səh. 206)

“Hətta Şafi məzhəbində olduğu üçün…” (“Emirdağ Lahikası”, səh. 573)

Halbuki, hz. Mehdi bütün məzhəbləri ləğv edəcək və bütün məzhəblərdən üstün olacaq. Bir məzhəbə bağlı olan Bədiüzzaman da bu xüsusiyyətin hz. Mehdiyə aid olacağını ifadə edərək özünün hz. Mehdi olmadığını bəyan etmişdir.

Hakim:

Bədiüzzamanın işlətdiyi “HAKİM” sözünün lüğəti mənası “haqlı və haqsızı bir-birindən ayırıb ədalət əsasında hökm verən və idarə edən” deməkdir. Bədiüzzamanın əsərlərində hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrdən bəhs etmiş, parçalanmış İslam dünyasını birləşdirib, bu birliyin liderliyini öz üzərinə götürməsinin hz. Mehdinin bu vəzifələrindən biri olduğunu ifadə etmişdir. Bədiüzzaman hz. Mehdinin bütün İslam dünyasının başında olacağını və burada ifadə etdiyi “HAKİM” vəsfindən istifadə edərək müsəlmanların problemlərinə həll yolu gətirəcəyini bəyan etmişdir. Buna görə də hz. Mehdi hökm vermək səlahiyyətinə malik olacaq və İslam dünyası onun ədalətli hökmləri və verdiyi istiqamətlər ilə idarə olunacaq. Hələ indiyə qədər belə hadisə baş verməyib. Bədiüzzaman da bu həqiqəti xatırladaraq, hz. Mehdinin hələ gəlmədiyini bildirmiş; zühur edəndə isə hz. Mehdinin “HAKİMLİK XÜSUSİYYƏTİ İLƏ TANINACAĞINA” diqqət çəkmişdir. Bədiüzzaman Səid Nursi şərəfli fikri mübarizəsini davam etdirərkən 28 il həbsxanada və sürgündə qalmışdır. Həyatı boyunca ancaq “məhkum” olmuşdur; “hakim” olmamışdır.

Mehdi:

Bədiüzzaman Rəbbimizin Axırzamanın ən çətin mühitində bütün insanların xilasına vəsilə olmaq üçün göndərəcəyi mübarək insanın da “MEHDİ” xüsusiyyətini daşıyacağını ifadə etmişdir. “MEHDİ” sözü “HİDAYƏT OLUNMUŞ, HİDAYƏTƏ VƏSİLƏ OLAN VƏ HİDAYƏTƏ YÖNƏLDƏN” mənasını verir. Mehdi sifəti lütf olaraq Allahın hidayət etdiyi və Allahın yol göstərdiyi insanı ifadə edir. Axırzamanda gələcək hz. Mehdi də öz adını bu xüsusiyyətindən almışdır.

Mürşid və Qütbü Əzəm:

Bədiüzzaman hz. Mehdinin bəzi xüsusiyyətlərini sadaladığı bu ifadəsində onun həm “MÜRŞİD”, həm də “QÜTBÜ ƏZƏM” olacağını bildirir. “MÜRŞİD” sözünün mənası “DOĞRU YOL GÖSTƏRƏN ŞƏXS” deməkdir. “QÜTBÜ ƏZƏM” ifadəsi “MÜSƏLMANLARIN TABE OLDUQLARI BÖYÜK ÖVLİYA, ZAMANIN ƏN BÖYÜK MÜRŞİDİ” deməkdir. Bədiüzzaman bu cümlənin əvvəlindəki “Axırzamanın ən böyük fitnəsi zamanı” ifadəsi ilə hz. Mehdinin dünyanın bəlkə də ən çətin dövrü olan Axırzamanda dünya səviyyəsində göstərdiyi fəaliyyətləri ilə, imandan, doğru yoldan, din əxlaqından uzaqlaşan bəşəriyyəti qəflət yuxusundan oyadıb hidayətə yönəldəcəyini bildirmişdir. Hz. Mehdi müsəlmanların tabe olduqları və zamanın ən böyük yol göstərəni olacaqdır.

Zati Nurani:

Bədiüzzaman burada hz. Mehdinin “ZATİ NURANİ” olduğunu qeyd edir. Əgər Bədiüzzaman hz. Mehdinin şəxsi-mənəvi olduğunu vurğulamaq istəsəydi, “zati nurani” ifadəsindən deyil, “şəxsi-mənəvi nuranidən”dən bəhs edərdi. Ancaq hz. Mehdi haqqında “BİR ZAT” ifadəsini işlətmişdir. Üstəlik, “NURANİ” kəlməsi ilə bu mübarək şəxsin bir xüsusiyyətini də vurğulayaraq, onun “NURLU BİR ŞƏXS” olduğunu bildirmişdir.

Əhli-Beyti Nəbəvidən:

Bədiüzzaman bu sözü ilə hz. Mehdinin “BİR ŞƏXS” olduğunu başqa mühüm dəlili xatırladaraq yenidən izah edir. Bədiüzzaman “HZ. MEHDİNİN PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN SOYUNDAN GƏLƏCƏYİNİ” bildirilir. Bədiüzzaman əsərlərində bu mövzunu tez-tez vurğulayır. Şübhəsiz ki, Bədiüzzaman şəxsi-mənəvinin peyğəmbər nəslindən ola bilməyəcəyini yaxşı bilir. Bu xüsusiyyəti xatırladaraq hz. Mehdinin mübarək nəsildən olan “BİR İNSAN” olacağını bildirir. Bundan əlavə, Bədiüzzaman risalələrdə Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmadığını bildirmiş və hz. Mehdi zühur edəndə bu xüsusiyyəti ilə digər mücəddidlərdən fərqlənəcəyinə diqqət çəkmişdir.