Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Axırzaman əlamətlərindən birinin də, insanların “Mehdinin gəlməyəcəyi yönündə bir ümidsizliyə qapılmaları” olduğu bildirilmişdir. Hədislərdəki işarələrə görə, Axırzamanda müharibələrlə, yoxluqla, aclıqla, ədalətsizliklərlə, əxlaqi tənəzzüllə və müxtəlif epidemiya xəstəliklərlə iç-içə yaşayan bəzi insanlar, bütün bu neqativ halları ortadan qalxa biləcəyinə dair inanclarını itirəcəklər. Müsəlmanlar arasında da bir çox insan, Qızıl əsrin başlayıb, Quran əxlaqının dünya üzərində hakim olacağı yönündəki ümidlərini itirəcək və fitnələrin artaraq davam edəcəyinə inanacaq. Peyğəmbərimiz (s.ə.v) hədislərində “Hz. Mehdi gəlməyəcəkmiş, Hz. Mehdi yoxmuş” kimi sözlər deyilməsinin hz. Mehdinin çıxış əlamətlərindən olduğunu belə bildirmişdir:
İnsanların ümidsiz olduğu və “Heç Mehdi yoxmuş” dediyi bir sırada Allah Mehdini göndərər… (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Axırzaman, səh. 55)
…Mehdi, Rəsulullahın bayrağı ilə, insanların başlarına bəla üzərinə bəla yağdığı və çıxışından ümid kəsildiyi bir sırada çıxar… (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 55)
Günahsız insanlar qətl oluncaya qədər Mehdi çıxmayacaq və qırğınlara yerdə və göydəkilər, artıq dözə bilməyəcək hala gəldiyində zühur edəcəkdir… (Əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 37)

