Hz. Mehdinin Çıxışından Əvvəl Dünyanın Vəziyyəti Necə Olacaq?

Axırzamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gələr, belə ki, yerlər müsəlmanlara dar gəlir. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 12)

Mehdidən əvvəl, yayılmış qırğınların baş verəcəyi böyük bir fitnə görüləcək. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 37)

Günahsız insanlar qətl oluncaya qədər Mehdi çıxmayacaq və qırğınlara yerdə və göydəkilər, artıq dözə bilməz bir hala gəldiyində zühur edəcək… (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 37)

Heç bir tərəfin ondan məhfuz qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq… (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 21-22)

Dünya hərçi-mərc (fitnə, dağınıqlıq) içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri bəzisinə hücum etdiyində, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə təmkinli davranılmadığında Allah, bu sırada onlardan ədavətin kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, Axırzamanında dini dəstək olacaq, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdi) göndərəcək. (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 12)

Günahsız insanlar qətl oluncaya qədər Mehdi çıxmayacaq və bu qırğınlara yerdə və göydəkilər, artıq dözə bilməz bir hala gəldiyində zühur edəcək. Hz. Mehdi gəlincə, insanlar onu sevgi və məhəbbətlə qucaqlayacaqlar. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, səh. 37)

Mehdi çıxmadan əvvəl, millətlər arasında ticarət və yollar insanlar arasında fitnələr çoxalacaq. (Əl Kavlu-l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, Əhməd İbni Həcəri Mekki, səh. 39-40)

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi gəlmədən əvvəl bəzi müsəlman ölkələrdə, din əxlaqından uzaq, zalım və mərhəmətsiz xarakterli insanların iqtidarda olacağına işarə edilir. Həqiqətən də bu gün İslam dünyasının bir hissəsində iqtidarda olan rəhbərlər, müsəlman xalqa əziyyət edir, totalitar və despot rejimləri ilə insanları əzirlər. Bir qismində isə, işin əhli olmayan rəhbərlər səbəbiylə xalq müxtəlif bəlalara məruz qalır. Dünyanın bir çox yerində müsəlmanlar, ölkə rəhbərliyindəki liderlər tərəfindən təzyiq altına alınır, müxtəlif çətinlik və sıxıntılara məruz buraxılırlar. Müsəlmanların dinlərini azad şəkildə yaşamaları və ibadətlərini yerinə yetirmələri maneə törədilir, iqtisadi çətinliklər həyatı çətinləşdirir.

Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdinin gəlişi ilə əlaqədar bildirdiyi hədislərin böyük bir qismində, hz. Mehdi gəlmədən əvvəl dünyada qarışıqlıq, etibarsızlıq və narahatlığın hakim olacağı üzərində dayanır. Müharibələr və qarşıdurmalarla yanaşı, toplu qırğınların yaşanacaq olması da bu dövrün diqqətə çarpan xüsusiyyətləri arasındadır. Həmçinin hədisdə qırğınların yayılacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir.

Keçdiyimiz əsrdə iki böyük dünya müharibəsi yaşanmış və sadəcə bu döyüşlərdə 65 milyon insan həyatını itirmişdir. 20-ci əsr boyunca siyasi səbəblərlə qətl edilən mülki şəxslərin sayının 180 milyonu aşdığı təxmin edilir. Bu, daha əvvəlki əsrlərlə müqayisə edildiyində fövqəladə dərəcədə yüksək bir rəqəmdir.

Hz. Mehdinin çıxışı ilə əlaqədar hədislərdə qırğınların yayılmasından bəhs edilərkən, bu qırğınların günahsız insanları hədəf alacağına xüsusilə diqqət çəkilmişdir. Dövrümüzdə demək olar ki, döyüşlərdə əsas hədəf mülki xalq olur. Qırğınlar və terror hərəkətləri də əsas olaraq mülki şəxs və günahsız xalqa istiqamətli olaraq reallaşdırılır, əksəriyyət uşaqlar, yaşlılar və qadınlar qətl edilir. Xüsusilə özlərini müdafiə etmə imkanı olmayan bu insanların seçilmiş olması qırğınların diametrinin geniş, həyatlarını itirən insanların sayının yüksək olmasına səbəb olur.

“Fitnə” sözü isə “döyüş, qarışıqlıq, qırğınlar, ixtilaf” kimi mənaları da verir. Sözün bu mənaları düşünüldüyündə xüsusilə son bir əsrdir, hədisdə də ifadə edildiyi kimi “qaldığı yerdən dərhal başqa bir tərəfə yayılan” döyüşlər, daxili qarşıdurmalar, qarışıqlıqlar dünyanın dörd bir tərəfində bitib tükənmədən davam edir. Xüsusilə geridə buraxdığımız 20-ci əsr “Müharibələr əsri” olaraq xatırlanılır. Yaşadığımız 21-ci əsr isə döyüşlər və terror hadisələri ilə başlamışdır və hələ də bunlar dünyanın dörd bir tərəfində davam edir.

Axırzamanda, müharibələrlə, yoxluqla, aclıqla, ədalətsizliklər ilə, əxlaqi tənəzzül ilə və müxtəlif epidemiya xəstəlikləri ilə iç-içə yaşayan insanlar bütün bu neqativ halların ortadan qalxa biləcəyinə dair inanclarını itirərlər. Müsəlmanlar arasında da bir çox insan, Qızıl əsrin başlayıb, İslam əxlaqının dünya üzərində hakim olacağı istiqamətindəki gözləmələrini itirər və fitnələrin artaraq davam edəcəyinə inanar.

Necə ki, zəmanəmizdə də bu ruh halının nümunələri tez-tez görülür. Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdinin gəlişi və Qızıl əsrdə yaşanacaq olan gözəlliklərlə əlaqədar çox sayda hədisi olmasına baxmayaraq bir çox insan belə bir dövrün yaşanmayacağını zənn edir. Məhz bu zənn də, Axırzaman əlamətlərindən biridir. Qızıl əsr, bu ümidsizlik halının insanlar arasında yayıldığı bir zamanda, Allahın insanlara olan rəhməti sayəsində başlayacaqdır.