Hz. Mehdinin Çıxış Əlamətləri Bir-biri Ardınca Reallaşacaq?

Hz. Mehdinin çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin arxa-arxaya, “təsbeh dənələri” kimi meydana gələcəyi ifadə edilir. Həqiqətən də bu əlamətlər, bir-birinin ardınca və Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi şəkildə meydana gəlir. Hədislərdə ifadə edildiyi kimi, dünyanın dörd bir tərəfində qarışıqlıq və anarxiya artır, arxa-arxaya fitnələr meydana gəlir, qırğınlar və böyük fəlakətlər yaşanmaqda, yoxluq və aclıq artır, insanlar böyük çətinliklər çəkir. Bütün bu əlamətlərin arxa-arxaya müəyyən bir dövr içində reallaşması, müsəlmanların əsrlərdir gəlişini gözlədikləri hz. Mehdinin ortaya çıxışının çox yaxınlaşdığını göstərməkdədir (doğrusunu Allah bilir).

Mən Əbu Abdullah Hüseyn ibn Əliyə dedim ki, “Bu işin əvvəlində əlamətlər vardır?” – ki Mehdinin zühurunu qəsd edir- Dedi ki, “Bəli. Dedim, “Nədir onlar?” Dedi ki, “Beni Abbasın həlakı, Süfyaninin ortaya çıxması, Beydada batma.” Mən yenə, “Bu işin uzanmasından qorxuram” dedim. Dedi ki, “Bu iş təsbeh dənələri kimi arxa-arxaya meydana gəlir.” (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 34)

Qiyamət əlamətləri bir-birini təqibən meydana gəlir. Bir sıradakı muncuqların ard-arda qopması kimi. (Ramuz-Əl Ehadis, 277/6; Camiüs-Sagir, 3/167)

Çox kədərli vəziyyətlər və əlim mənzərələr görülər. Fitnələr arxa-arxaya davam edər… (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 36)

Bir fitnə görülər, bunu digər fitnələr izləyər… (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axırzaman, səh. 26)