Hz. Mehdinin Adı Nə Olacaq?

Peyğəmbərimiz (s.ə.v)-in bir çox hədisində, hz. Mehdinin adının Peyğəmbərimiz (s.ə.v)-in adına “müvafiq” yəni “uyğun” olacağı bildirilir. Bu hədislərdən bəziləri belədir:

Ey insanlar, şübhəsiz Allahu Təala sizə zalımları, münafiqləri və onlara uyanları mən etmiş və sizə ümməti Məhəmmədin ən xeyirlisi olan və Məkkədə olan, İSMİ ƏHMƏD, atasının adı Abdullah olan hz. Mehdini rəis etmişdir. Ona qatılın. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 31)

Göydən belə bir səs eşidiləcək: “Ey insanlar artıq Allah cabbarları, münafiq və köməkçilərini sizdən uzaqlaşdırdı. Ümməti Məhəmmədin ən xeyirlisini başınıza gətirdi. Məkkədə ona qatılın, o Mehdidir. Adı da Əhməd ibn Abdullahdır. Digər bir rəvayət: “Sizə Məhəmməd Ümmətinin ən xeyirlisi olan Cabiri təyin etdi. Məkkədə ona çatın o Mehdidir. Adı Məhəmməd ibn Abdullahdır!” (Qiyamət əlamətləri, Mədinəli Əllamə Məhəmməd ibn Rəsul əl-Hüseyn Əl Bərzənci, Pamuk nəşriyyat, 8-ci nəşr, səh. 165)

Rəvayətlərin çoxunda Mehdinin adı “Məhəmməd” olaraq keçər; bəzi rəvayətlərdə isə “Əhməd” deyə izah edilər…

Əbu Davud ilə Tirmızinin İbni Məsud (r.ə)-dən nəql etdiklərinə görə, Allahın Elçisi (s.ə.v) belə buyurmuşdur: “Onun adı adıma, atasının adı da atamın adına müvafiq olacaq…” (Qiyamət əlamətləri, genişlədilmiş 9-cu nəşr, səh. 159-160)

Peyğəmbərimiz (s.ə.v) “Onun adı adıma, atasının adı da atamın adına müvafiq olacaq…” deyərək, Mehdi ilə adları arasında bir bənzərlik olacağına diqqət çəkmişdir. Bu mövzuya bağlı bəzi hədislərində isə Mehdinin adının “Əhməd” olacağını xəbər vermişdir.

Peyğəmbərimiz (s.ə.v)-in adı olan “Məhəmməd” və hədislərdə Mehdiyə işarə edən “Əhməd” adları ərəb dilində eyni feildən gəlməkdədir və məna olaraq da hədislərdə ifadə edildiyi kimi bir-birlərinə “müvafiq” yəni “uyğun”dur.

Lüğəti mənalarına baxıldığında da, hədislərdə işarə edilən Məhəmməd və Əhməd adlarının bu məna bənzərliyi açıq şəkildə görülür:

Əhməd: Daha çox təriflənməyə layiq, çox, ən çox mədh edilmiş olan.

Məhəmməd: Bir çox, təkrar-təkrar təriflənmiş, mədh edilmiş tərcüməsində bir ad.

Mövzuyla əlaqədar işari mənada bir ayədə isə belə bildirilir:

“…məndən sonra adı ƏHMƏD olan bir elçinin də müjdələyicisiyəm” demişdi… (Səff surəsi, 6)