Hz. Mehdini digər mücəddidlərdən fərqləndirən xüsusiyyətlər nələrdir?

“Hərçənd HƏR ƏSRDƏ HİDAYƏT EDƏN, BİR NÖV MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞDİR. Lakin HƏR BİRİ ÜÇ VƏZİFƏDƏN BİRİNİ BİR CƏHƏTDƏ (baxımdan) İCRA ETDİYİNƏ GÖRƏ (səbəbi ilə) AXIRZAMANIN BÖYÜK MEHDİSİ ÜNVANINI ALMAMIŞDIR.” (Emirdağ Lahikası, səh. 260)

Bədiüzzaman bu sözündə, Quran əxlaqını dünyada hakim etmək məqsədi ilə əvvəlki əsrlərdə də bəzi Müsəlman şəxslərin gəldiyini, ancaq bunların heç birinin Axırzamanda hz. Mehdinin edəcəyi üç əhəmiyyətli vəzifəni bir yerdə yerinə yetirə bilmədiklərini ifadə etmişdir.

Bədiüzzaman bu sözü ilə bir neçə əhəmiyyətli mövzuya aydınlıq gətirmişdir. Bədiüzzaman əvvəlcə hz. Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq hər yüz ilin əvvəlində bir mücəddid (yeniləyici) göndəriləcəyini bildirmişdir. Bədiüzzaman Risalələrdə hz. Mehdinin də hicri 14-cü əsrin əvvəlində gələcəyini və 14 və 15-ci əsrlər arasındakı mücəddid olacağını ifadə etmişdir.

Bədiüzzaman bu sözü ilə keçmiş dövrlərdə göndərilmiş mücəddidlər ilə hz. Mehdi arasındakı fərqi açıqlamış və hz. Mehdinin hansı xüsusiyyəti ilə bu mücəddidlərdən fərqləndirilə biləcəyini bildirmişdir. Bədiüzzaman əsərlərində hz. Mehdidən əvvəl gələn mücəddidlərin, onun üç vəzifəsindən birini yerinə yetirdiklərini və bu baxımdan “bir növ Mehdi və mücəddid vəzifəsini boynuna götürdüklərini” söyləmişdir. Ancaq Bədiüzzaman yuxarıda bəhs etdiyi üç vəzifənin üçünü birdən yerinə yetirəcək şəxsin yalnız “BÖYÜK MEHDİ” olacağını və bu xüsusiyyəti ilə digər mücəddidlərdən fərqlənəcəyini ifadə etmişdir. Bədiüzzamanın istifadə etdiyi “BİR NÖV MEHDİ” ifadəsi də bu vəziyyəti açıqlayır. Bədiüzzaman keçmişdə gələn və hz. Mehdinin üç böyük vəzifəsindən yalnız birini icra edən şəxslərin əslində Axırzamanın gözlənilən Mehdisi olmadıqlarını, bu şəxsləri “bir növ mehdi” olaraq xarakterizə edərək ifadə etmişdir.

Bədiüzzaman sözlərində iki ayrı növ Mehdi olduğunu ifadə etmişdir. Bunlardan birincisini, “sabiq (əvvəlki) Mehdilər”, digərini isə Axırzamanda gələcək “BÖYÜK MEHDİ” adlandırmışdır. Bədiüzzaman Səid Nursi hz. Mehdinin edəcəyi fəaliyyətləri saymış və bunları ondan başqa heç kimin edə bilməyəcəyini ifadə etmişdir. Buna görə bu əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə vəsilə olan şəxsə “BÖYÜK MEHDİ” demişdir. Bədiüzzaman əsərlərində özü də daxil olmaqla əvvəlki dövrlərdə gələn, sabiq mehdilər olaraq adlandırdığı mücəddidlərin bu üç vəzifəni yerinə yetirə bilmədikləri üçün Böyük Mehdi ola bilməyəcəklərini izah etmişdir. Bədiüzzaman əsərlərində bu şəxslərin böyük Mehdi ünvanını ala bilməmələrinin bir başqa səbəbinin isə, bu şəxslərin Peyğəmbərimiz (s.ə.v)-in hədislərində ifadə etdiyi xüsusiyyətlərə uyğun gəlməmələri olduğunu bildirmişdir.