Hz. Mehdi və hz. İsanın çıxışını həsrətlə gözləyənlər

Hal-hazırda yaşayan hz. Mehdi və hz. İsanın çıxışını həsrətlə, ümidlə, şövqlə gözləyən, səmimi iman edən kəslər inşaAllah onların köməkçilərindən, dostlarından və yaxınlarından olmaq şərəfinə çata biləcəklər. Yer üzündəki dinsiz cərəyanlara qarşı aparacaqları fikri mübarizələrində, bütün dünyaya İslam əxlaqının yayılmasında, Türk-İslam dünyasının birləşməsində, xristian və yəhudi dünyasının Qurana tabe olmasında inşaAllah onların dəstəkçilərindən ola biləcəklər.

Bu mübarək şəxslərin köməkçilərindən olub, bütün dünyanın həsrət qaldığı ədalətə, sülhə, dincliyə, xoşbəxtliyə, bolluğa və bərəkətə qovuşmasına vəsilə olmaq şərəfini əldə etmək, bütün insanlıq üçün əlbəttə ki, çox böyük müjdədir. Allahın vədi haqdır və reallaşacaqdır.

“Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir. Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir.” (Rum surəsi, 5-6)