611-HZ. MEHDİ (Ə.S)-I MÜJDƏLƏYƏN BAŞISARIQLI ŞƏXS
Hz. Mehdi (ə.s) çıxarkən BAŞINDA SARIQ OLACAQ bir müəzzin “Bu, Allahın xəlifəsi olan Mehdidir, onun ardınca gedin” şəklində səslənəcək. (El-kavlu’l muhatasar fi alamet-il mehdiyy-il muntazar, Hadis no.23)
612-HZ. MEHDİ (Ə.S)-A ZƏMİN HAZIRLAYAN BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ
ŞƏRQ TƏRƏFİNDƏN BƏZİ İNSANLAR ÇIXIB hz. Mehdinin səltənətini hazırlayacaqlar. (El-kavlu’l muhatasar fi alamet-il mehdiyy-il muntazar, Hadis no.17)
ŞƏRQDƏN BİR CAMAAT ÇIXAR VƏ HZ. MEHDİ (Ə.S)-IN SƏLTƏNƏTİNƏ KÖMƏK EDƏR. (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti’nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 60)
Sənin bu aciz və kasıb, nadir olmayan qardaşın, həddimə düşmədiyi üçün, özümü O GƏLƏCƏK ŞƏXS (hz. Mehdi (ə.s)) olduğumu iddia edə bilmərəm, buna heç vəchlə ləyaqətim də çatmaz. Lakin o irəlidə gələcək heyrətli şəxsin (hz. Mehdi (ə.s)-ın) bir xidmətçisi (yəni hz. Mehdi (ə.s)-ın xidmətində olan bir şəxs olduğumu) və ona (hz. Mehdi (ə.s)-a) yer hazırlayacaq bir dümdarı (zəmin hazırlayacaq bir qabaqcılı) və o böyük komandirin (bütün İslam aləminin rəhbəri olan hz. Mehdi (ə.s)-ın) pişdar bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm. Ona görə də sən yazılan şeylərdən o heyrətləndirici qoxusunu hiss etdin. (Barla Lahikası, 28. Mektup, səh. 162)
613-YALANÇI MEHDİLƏR
Əbu Hureyre-rədiyallahu ənh-izah edir: Rəsulullah Əleyhissalam buyurdu ki: “OTUZA QƏDƏR YALANÇI DƏCCALLAR ÇIXMADIQCA qiyamət qopmaz. Bunlardan hər biri Allahın elçisi olduğunu zənn edər”. (Tirmizi, Ebu Dâvud)
614-SAXTAKAR YAŞLI BİR ADAMIN İNSANLARI ALLAHA İMANDAN UZAQLAŞDIRMASI (TƏKAMÜL NƏZƏRİYYƏSİNİN YARADICISI ÇARLZ DARVİNƏ İŞARƏ)
Əmr ibn al-as rəvayət etmişdir: “Peyğəmbərimiz belə buyurmuşdur: “MƏN BU ÜMMƏTİN İLKİYƏM. HZ. MEHDİ (Ə.S) BU ÜMMƏTİN ORTASINDA, HZ. İSA (Ə.S) İSƏ SONUNDADIR. ARAMIZDA İSƏ SAXTAKAR YAŞLI BİR ADAM VARDIR”. (Bihar ül Envar, 51-ci cild, Kitab ul Gaybet, Allame Muhammed Bakır ElMeclisi, səh. 132)
615-KƏNANİ ADINDAKI ŞƏXS
Hədislərdə həmçinin MEHDİ ZAMANINDA “KƏNANİ” ADINDA BİR ADAMIN ÇIXACAĞI və onun da müxtəlif mücadilələrinin olacağı ifadə edilir. (Muhammed İbn Resul Al-Hüseyni El Berzenci, ’Kıyamet Alametleri’, Pamuk Yayınları, səh. 175)
616-KƏHF ƏHLİ VƏ HZ. MEHDİ (Ə.S)
İmam Əbu İshaq Saləbi təfsirində Kəhf qissəsini izah edərkən deyir ki: “Mehdi çıxdığı zaman KƏHF ƏHLİNƏ GEDİB SALAM VERİNCƏ ALLAH ONLARI DİRİLDƏCƏK VƏ MEHDİNİN YANINDA YERLƏRİNİ ALACAQLAR” (Kitab ul Burhan Fi Əlamət-el Mehdiyy el Axır Zaman, səh. 39)
ƏSHABİ-KƏHF MEHDİNİN KÖMƏKÇİLƏRİ OLACAQ. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, səh. 39)

