Hz. Mehdi siyasət ilə maraqlanacaq?

Yuxarıdakı sualın cavabında izah edildiyi kimi, Bədiüzzamanın əsərlərində hz. Mehdinin yerinə yetirəcəyi üç böyük vəzifə və hz. Mehdinin “din, siyasət, səltənət və mübarizə sahələrində Mehdi vəzifəsini necə yerinə yetirəcəyini” ətraflı izah etmişdir.

Bu sözlərlə hz. Mehdinin “İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, müsəlmanların mənəvi liderliyini öz üzərinə götürəcəyini və İslam Birliyini təmin edəcəyini, xristian dünyası ilə müttəfiq olacağını” ətraflı izah etmişdir. Bədiüzzamanın bu açıqlamaları heç bir müzakirə və şərhə yer qoymur.

Əgər Bədiüzzaman hz. Mehdinin siyasət və səltənət sahələrində deyil, yalnız iman həqiqətləri istiqamətində xidmət edəcəyini düşünsəydi, risalələrdə belə izaha yer verməz, hz. Mehdinin bu istiqamətdəki vəzifələrini Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq bu qədər uzun və ətraflı izah etməzdi.

Ancaq Bədiüzzaman hz. Mehdinin siyasət sahəsindəki vəzifəsi ilə bağlı sözlərini daha yaxşı başa düşmək üçün ilk növbədə Bədiüzzamanın “siyasət” anlayışından istifadə etməsinin mənasını və “hz. Mehdinin siyasət sahəsində yerinə yetirəcəyi vəzifələr” dedikdə nəyi nəzərdə tutduğunu dəqiq izah etmək lazımdır.

Bədiüzzaman “…və SİYASƏT, DƏYANƏT, SƏLTƏNƏT MÜCADİLƏ ALƏMİNDƏ, bir çox dairədə vəzifələri olduğu kimi…” (Şualar, səh. 590), hz. Mehdinin siyasət aləmində əhəmiyyətli vəzifələri üzərinə götürəcəyini bildirir. Bədiüzzaman hz. Mehdinin “Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi”, yəni “müsəlmanların mənəvi lideri” olacağını və dünya müsəlmanları arasında İslam Birliyi quracağını, xristian dünyası ilə ittifaq edəcəyini və hz. İsa ilə birlikdə İslam əxlaqını bütün dünyada hakim edəcəyini ifadə etmişdir. Bədiüzzamanın ətraflı izah etdiyi hz. Mehdinin üzərinə götürəcəyi bu vəzifələr, hz. Mehdinin “Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi, yəni dünyadakı bütün müsəlmanların mənəvi lideri” xüsusiyyətlərinə sahib olacağını və “rəhbər” mövqeyində olacağını açıq şəkildə bildirir.

Ancaq xəlifə olması; yəni müsəlmanların mənəvi rəhbəri və siyasət mövzusu fərqli məsələdir. Hz. Mehdi dünya siyasəti ilə şəxsən maraqlanmaya bilər, lakin “Müsəlmanlar ilə əlaqəli hər məsələyə həll yolu gətirəcək şəxs olaraq onların mənəvi lideri olacaq”. Hz. Mehdinin boynuna götürəcəyi bu vəzifənin necə adlandırılmasının heç bir əhəmiyyəti yoxdur. “Hz. Mehdinin maraqlanacağı siyasət “Quran əxlaqı daxilində siyasət” olacaq. Əsas odur ki, hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə “Quranın hökmü”dür. “Quran əxlaqına uyğun siyasət”in mənası “fəzilətli, mərhəmətli, ədalətli davranmaq, möminlər arasında birlik və qardaşlığı, sülh və sosial ədaləti təmin etmək, haqsızlığı aradan qaldırmaq, zənginlik və firavanlıq” təmin etmək”dir. Quranda hz. Mehdinin yerinə yetirəcəyi bu vəzifə “İslam əxlaqının hakim olması” kimi müjdələnir:

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir.” (Nur surəsi, 55)

Hz. Mehdi Quranın bu hökmünə uyğun olaraq bütün müsəlmanların sülh, birlik və həmrəyliyini təmin edəcək, İslam əxlaqının gözəlliyini bütün dünyada bərqərar edəcəkdir. Bədiüzzamanın siyasət və səltənət anlayışlarında nəzərdə tutulan əsas mövzu budur; “hz. Mehdinin bütün dünya müsəlmanlarına rəhbərlik etməsi və İslam dünyasının mənafeyi naminə Quranda bildirilən bu müddəaya uyğun fəaliyyət göstərməsidir”. Bunlar Quran əxlaqının və Quran ayələrinin tələbidir. Bədiüzzamanın “O insanın ikinci vəzifəsi şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) icra və tətbiq etməkdir” (Sikke-i Tasdik-i Gaybi, səh. 9) sözləri ilə bildirdiyi kimi hz. Mehdi də Quran əxlaqının tələblərini tətbiq etdikdə İslam Birliyi yaranmaması, hz. Mehdinin rəhbər xüsusiyyətinə və səlahiyyət sahibi olmaması və ya rəhbər vəzifəsində olmaması mümkün deyil. Çünki bunlar Allahın bütün müsəlmanları yaşamaq ilə məsul etdiyi hökmlərdir. Əslində Bədiüzzaman hz. Mehdinin bu xüsusiyyətlərə sahib olacağını, “Xilafəti Muhammediye (s.ə.v) (Peyğəmbərimiz (s.ə.v)-in xəlifəsi) ünvanı ilə şeari-İslamiyəyi (İslam əxlaqının əsaslarını) ihya etməkdir (diriltməkdir). (Emirdağ Lahikası, səh. 259)

Allah bir ayədə müsəlmanlara aralarındakı “əmr sahiblər”nin ardınca getmələrini belə xəbər verir:

“Ey iman gətirənlər, Allaha itaət edin! Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (idarəçilərə) də itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə ərz edin (onların əmrlərinə uyğun olaraq həll edin)! Bu həm daha xeyirli, həm də nəticə etibarilə daha gözəldir.” (Nisa surəsi, 59)

Bu ayə kimi, Quranda müsəlmanların Allahın onları dünya və axirətdə nicat tapmaları üçün göndərdiyi elçilərə itaət etmələri ilə bağlı çoxlu ayələr vardır. Bədiüzzamanın “Siyasət, dəyanət, səltənət və mübarizə dünyasında bir çox dairələrdə etdiyi fəaliyyətlər kimi” sözləri ilə hz. Mehdinin onun üçün nəzərdə tutduğu siyasət anlayışı budur. Bu sözlərlə “siyasət və səltənət” anlayışları ilə Bədiüzzaman Mehdinin bu Quran əmrini necə yerinə yetirəcəyini açıqlayır.