“MƏN SEYİD (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) DEYİLƏM. Bu zamanda nəsillər bilinmir. Halbuki AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ ALİ BEYTDƏN (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) OLACAQ.” (Emirdağ Lahikası, səh. 247)
Hz. Mehdinin hədislərdə bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri də “SEYİD”, yəni Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmasıdır:
“Qiyamətin qopması üçün bir gündən çox vaxt qalmasa da, Allah MƏNİM ƏHLİ BEYTİMDƏN (SOYUMDAN) BİR ŞƏXSİ (hz. Mehdini) göndərəcək.” (Süneni Əbu Davud, 5/92)
Bədiüzzaman da bu sözündə özünün Peyğəmbərimiz (s.ə.v)-in soyundan olmadığını, hz. Mehdinin isə bu mübarək soydan olacağını ifadə etmişdir.
Bədiüzzaman seyid deyil və seyid olmamasının onun Mehdi olmayacağının dəlillərindən biri olduğunu ifadə edir. Şübhəsiz ki, insana sual verilməsinin səbəbi, bu mövzu haqqında doğru məlumat əldə etməkdir. Bədiüzzaman Səid Nursidən də Mehdi olub olmadığının soruşulmasının səbəbi doğruları öyrənməkdir. Bu sual qarşısında “Xeyr, mən Mehdi deyiləm” deyirsə və bunun onlarla dəlilini qarşıya qoyursa, buna inanmaq lazımdır. Çünki Bədiüzzaman çox açıq şəkildə bu mövzuya cavab vermiş və “mən seyid deyiləm” demişdir.
Üstəlik, Bədiüzzaman seyid olsaydı, bunu gizlətməsi üçün heç bir səbəb yox idi. Çünki seyid olmaq, gizlədiləsi xüsusiyyət deyil. Əksinə, Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmaq müsəlmanlar üçün böyük şərəfdir. Buna görə Bədiüzzaman seyid olsaydı, bunu heç bir şəkildə gizlətməz və açıq şəkildə ifadə edərdi. Peyğəmbərimiz (s.ə.v)-in soyundan olduğunu ifadə etməkdən böyük qürur duyardı. Ondan belə sual soruşanda “Bəli seyidəm, amma Mehdi deyiləm” deyərdi. Çünki Bədiüzzaman şəxsən öz əsərlərində Peyğəmbərimiz (s.ə.v)-in hədisini xatırladaraq “seyid olan bir şəxsin seyidliyini gizlətməsinin Quran əxlaqına uyğun olmadığını” ifadə etmişdir.
“Seyid olmayan seyidəm desə və seyid olan deyiləm desə, iksi də duhul və huruc (üsyan) haram olduğu kimi harama girmiş olar.. hədis və Quranda da çox və ya nöqsan etmək qadağan edilmişdir.” (Muhakemat, səh. 52)
Bədiüzzamanın bu sözü çox açıqdır. Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirildiyi kimi, İslam əxlaqına görə seyid olan bir şəxs səbəb nə olursa olsun, bunu gizlədə bilməz. Seyid olmayan bir insan da mən seyidəm deyə bilməz. Bu vəziyyətdə Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı bir şəxsin, seyidliyini gizlətdiyi yanaşması çox yanlış düşüncədir. Bununla yanaşı hər seyid olan şəxs mütləq Mehdi olacaq deyə bir vəziyyət də yoxdur. Dünya üzərində milyonlarla seyid olan insan var. Bir insanın seyid olması Mehdi olmasını tələb etmədiyi üçün, hər insan bu həqiqətləri rahatlıqla dilə gətirə bilər. Üstəlik, Bədiüzzaman “Mənim bu mövzudakı tək əskikliyim seyidliyimdir, əgər seyid olsaydım Mehdi olardım” da deməmişdir. Əksinə Bədiüzzaman hz. Mehdinin bütün xüsusiyyətlərini, edəcəyi bənzərsiz fəaliyyətləri uzun-uzun açıqlamış və bunların heç birinin öz yaşadığı dövrdə hələ həyata keçmədiyini ifadə etmişdir.

