Axırzamandayıq. Rəsulullahın xəbər verdiyi əlamətlərin demək olar hamısı reallaşdı. Həyata keçən 600-dan çox əlamət hz. Mehdinin vəzifəsinin başında olduğunu və çox yaxın zamanda Allahın icazəsi ilə onu görəcəyimizi göstərir. Hz. Mehdini sevən və gözləyən onun kimi əxlaq yaşamalı, bu yolla ona ən gözəl şərait hazırlamalıdır. Peyğəmbərimiz Mehdinin sülh və sevgi insanı olduğunu bildirmişdir. Belə ki, saleh möminlərin də “Mehdi tələbəsi olmağı ümid edərək” sevgi və sülh insanı olmaları önəmlidir. Hədislərdə Mehdinin bu gözəl xüsusiyyəti belə xəbər verilir:
“İnsanlar bal arılarının başçılarının ətrafında toplandığı kimi hz. Mehdinin əhatəsində toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar. Ədaləti elə səviyyədə olar ki, yuxuda olan insan belə oyandırılmaz və bir damla qan belə axıdılmaz. Dünya sanki əsri səadət dövrünə geri dönər” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)
“Hz. Mehdi Peyğəmbərin yolu ilə gedəcək. Yatan insanı oyatmayacaq, qan da axıdılmayacaq.” (Qiyamət əlamətləri, səh. 63)
“(Hz. Mehdinin) zamanında nə bir nəfər yuxusundan oyandırılar, nə də bir nəfərin burnu qanayar.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 44)
“Ona (hz. Mehdiyə) beyət edənlər (Kəbə ətrafındakı) rükun və məqam arasında beyət edərlər. Yatanı oyandırmaz, əsla qan tökməzlər.” (El-Heytemî, El-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24)
Hz. Mehdinin dövründə müharibələr başa çatacaq, ordular silahı və digər əşyaları (buraxacaqlar) tərk edəcəklər:
“Müharibə də (ərbabı) ağırlıqlarını (silahları və digər əşyaları) buraxacaq.” (Süneni İbn-i Mace, 10/334)
“Hərb (ərbabı) ağırlıqlarını (silah və s.) buraxar.” (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)
“Düşmənlik və kini də aradan qaldıracaq. Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Müharibə də ağırlıqlarını buraxacaq.” (Sünen-i Ibn-i Mace, 10/334)
Hz. Mehdi dövründə düşmənlik, münaqişə və müharibələr bitəcək.
“Heç kəsin arasında düşmənlik hissi qalmayacaq. Bütün düşmənliklər, mübahisələr, münaqişələr mütləq yox olub gedəcək.” (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)
Hz. Mehdi dövründə yer üzü ədalətlə dolacaq.
“Zülmlə dolu olan dünya o (hz. Mehdi) gəldikdən sonra ədalətlə dolub daşacaq.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 20)
“Hz. Mehdi məndəndir. Yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu doğruluq və ədalətlə doldurar.” (Süneni-i Ebu Davud, 5/93)
Hz. Mehdinin dövründə sülh yer üzünə hakim olacaq
“(Hz. Mehdi dövründə) düşmənlik və kini aradan qaldırılacaq. Zəhərli olan hər heyvanın zəhəri çıxarılacaq. Hətta kiçik oğlan uşağı əlini ilanın ağzına soxacaq, amma ilan ona zərər verməyəcək. Canavar qoyun-keçi sürüsünün içində sürünün iti kimi olacaq. Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Müharibə də ağırlıqlarını tərk edəcək.” (Süneni İbni Mace, Kitabül fiten, cild. 10, səh. 331)
Onun (hz. Mehdi) dövründə canavarla qoyun birlikdə oynayacaq, ilanlar uşaqlara zərər yetirməyəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 43)

