Hədislərdə hz. Mehdiyə beyətin özü istəmədiyi halda ediləcəyi bildirilir. Bu da hz. Mehdinin, özünü heç bir zaman Mehdi olaraq elan etməyəcəyini göstərir. Hətta insanlar ona gəlib “əlamətlər səndə mövcuddur, sən Mehdisən” dedikləri halda o yenə rədd edəcək. Ancaq “ölümlə təhdid” edildikdən sonra, insanların özünə beyət etməsini qəbul edəcək. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bu mövzu belə bildirilir:
İnsanlar nəhayət Mehdiyə gələrlər və Rükn ilə Mövqe arasında, özü istəmədiyi halda ona beyət edərlər. “Əgər qəbul etməzsənsə, boynunu vurarıq” deyərlər. Yer və göy əhli ondan razı olar. (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 31)
Xəlifənin ölümü anında ixtilaf olar. Mədinə xalqından bir insan qaçaraq Məkkəyə çatar. Məkkə xalqından bir qrup onu, istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxararlar. Həcəri Esvədlə Məqamı İbrahim arasında ona beyət edərlər. (Sünəni Əbu Davud, 5/94; əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
Nəticədə istəmədiyi halda Əhli Bədir sayı qədər insan ona, rükn ilə məqam arasında beyət edər. (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 34)
…Və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona çatsanız, ona beyət edin. Çünki o yerdə də göydə də Mehdidir. (Əli ibn Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin təsnifindən hədislər – Axırzaman Mehdisinin əlamətləri, Qəhrəman nəşriyyat, səh. 35)
…Onu təkrar Məkkədə taparaq yenə, “Sən filan oğlu filansan, anan da filan qızı filanadır, səndə bu əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun uzat əlini sənə beyət edək” deyərlər. Bunun üzərinə o “Mən axtardığınız deyiləm” deyər və təkrar Mədinəyə gedər. Mədinədə yenə axtarılınca təkrar Məkkəyə dönər. Məkkədə onu Rükndə taparaq belə deyərlər: “Əgər beyətlərimizi qəbul etməzsənsə, bizi axtarmaqda olan və başında Həddəmdən birinin olduğu Süfyani ordusuna qarşı qorumazsansa, günahlarımız sənin üzərinə və qanlarımız da boynuna olsun” deyərlər. Bunun üzərinə Mehdi, rükn ilə məqam arasına oturar və əlini uzadaraq beyətləri qəbul edər. (əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 39-40)
Fitnə içindəki insanlar qan axıdıldığı bir zamanda evində oturmaqda olan Mehdiyə gələr və “Bizim üçün qalx artıq” deyər. O isə qəbul etməz, ancaq ölümlə təhdid edildikdən sonra onlar üçün qalxar. Ondan sonra artıq qan tökülməz. (İbn Əbi Şeybe, cild VII, səh. 531; Abdurrezzak H. 20771, cild XI, səh. 372; Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 52-53)
Hz. Fatiməninın soyundan gələn Mehdi, Məkkədə meydana çıxarılar və istəmədiyi halda ona beyət edilər. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, səh. 52-53)

